Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Yanğının mənbəyi restoran olub, üç gün əvvəl ustanı döyüblər“ - Bina sakini

Tarix 22.11.25, 13:16

Font ölçüsü : - / +
bitmap-img6


"Hadisə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək".

AzFakt.com xəbər verir ki, bu fikirləri "Trend"ə açıqlamasında dünən axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.

O qeyd edib ki, mənzili binanın 12-ci mərtəbəsində yerləşir:

"Hadisə baş verəndə beşinci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarıya qalxdıq".

Sakin bildirib ki, evin qapısını tüstü keçməməsi üçün yaş dəsmallarla izolyasiya ediblər:

"Mən 2010-cu ildən bu binada yaşayıram. "Loft" restoranı isə iki il bundan öncə binada fəaliyyətə başlayıb. Yanğının mənbəyi də sözügedən restoran olub. Sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib".

H.Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib:

"Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə isə adamı döyüblər".




Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap