Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Fəzail Ağamalı ilə oğlu arasında yeni qalmaqal: 12 nəfər partiyadan niyə qovulub?

Tarix 22.11.25, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Ana Vətən Partiyasının 12 rayon təşkilat sədrlərinin partiyadan çıxarılmasının təfərrüatları məlum olub.

Özünü partiyanın sədri hesab edən Elçin Ağamalı Qaynarinfo-ya açıqlamasında bildirib ki, 12 rayon təşkilatından qurultaya gələn nümayəndələrin partiya üzvü olmadığı vurğulanıb:

"Həqiqətdə isə həmin 12 nəfər partiyanın üzvləridir, amma onların adları Ədliyyə Nazirliyinin reyestrində yoxdur. Partiya üzvünün adlarının reyestrdə olmaması həmin şəxsin partiya üzvü olmaması mənasına gəlmir. Onların partiya üzvləri olduğunu əks etdirən əsas fakt ərizələridir. Həmin ərizələr də var, onlar partiyanın üzvləridir. Burada heç bir problem yoxdur. Partiya elə bir qurumdur ki, yeni üzvlər gəlir və həmçinin partiyadan gedənlər, eyni zamanda dünyasını dəyişənlər də olur. Ola bilsin, həmin şəxslərin adları aparata təqdim olunmayıb, yaxud da təqdim olunub, amma onlar reyestrə daxil edilməyib".

Elçin Ağamalının sözlərinə görə, partiya üzvünü təsdiq edən sənəd şəxsin ərizəsidir:

"Ərizəsi varsa və rayon təşkilatları onları üzv kimi partiyaya qəbul edibsə, onların qurultay nümayəndəsi olmasında heç bir qəbahət yoxdur".

Elçin Ağamalı həmin şəxslərin Fəzail Ağamalının təşəbbüsü ilə partiyadan çıxarıldığını bildirib:

"İdarə Heyətinin qərarı var. Həmin şəxslər də Ədliyyə Nazirliyinə müraciət edərək bildirib ki, Fəzail Ağamalının bu qərarı qanunsuzdur. Birinci ona görə ki, İdarə Heyəti bir struktur kimi mövcud deyil. Olmayan strukturun adından belə bir qərarın verilməsi nə dərəcədə düzgün ola bilər".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə hesab edir ki, onların təşkilatdan çıxarılması qanunidir:

"Bu məsələdə partiya nizamnaməsinin müddəaları tam nəzərə alınıb, hüquq-ekspertizası tərəfindən işlənilib. Bundan əlavə heç bir izahat vermək istəmirəm".



Xəbərin oxunma sayı : 103




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap