“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Sakinlər yaşadıqları binanın zirzəmisindəki avtotəmir sexinin fəaliyyətindən narazıdırlar - VİDEO

Tarix 08.12.25, 10:34

Font ölçüsü : - / +
bitmap-img6


Sakinlər yaşadıqları binanın zirzəmisindəki avtotəmir sexinin fəaliyyətindən narazıdırlar

Bakıda binanın ərazisi zəbt edildiyindən sakinlər avtomobillərini park etməyə yer tapa bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonu, Tbilisi prospekti, 185 ünvanında yerləşən “Şakir MTK”ya məxsus binadan gedir.

Həmin binanın sakinləri bununla bağlı “Xəzər Xəbər”ə müraciət ediblər.

Onlar iddia edirlər ki, yaşadıqları binanın zirzəmisi hansısa sahibkar tərəfindən zəbt edilərək avtomobil təmir emalatxanası olaraq faəliyyət göstərir. Bu səbəbdən də onlar binaya nə həmin ərazidən giriş-çıxış edə, nə də avtomobillərini zirzəmidə saxlaya bilirlər. Səs-küy də ki, öz yerində.

Sakinlər iddia edirlər ki, ötən ay sexlərdən birində baş verən yanğın da onları qorxuya salıb.

Onlar məsələ ilə bağlı müxtəlif qurumlarla yanaşı, təmir emalatxanasının sahibinə də müraciət etdiklərini bildirirlər.

Məsələ ilə bağlı sözügedən avtomobil təmiri emalatxanasının sahibi ilə əlaqə saxladıq. Bildirildi ki, vətəndaşların iddiası əsassızdır və 1996-cı ildən burada olan təmir sexi qanunvericiliyin tələblərinə əsasən faəliyyət göstərir. Sakinlərin iddia etdikləri qaraj yeri və yol isə binanın layihəsində mövcud deyil. Əgər sakinlər mövcud vəziyyətlə bağlı hər hansı qanun pozuntusu olduğunu düşünürlərsə aidiyyəti qurumlara şikayət edib, haqlarını tələb edə bilərlər.






Xəbərin oxunma sayı : 565




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap