“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Prezidentin köməkçisi Qriqoryanla birgə “Euronews”a müsahibə verdi - İlk dəfə

Tarix 10.12.25, 0:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohada ilk dəfə “Euronews”a birgə müsahibə veriblər.

“Qafqazinfo” xəbər verir ki, onlar 2020-ci ildən start götürən sülh prosesindən və onun gələcək istiqamətlərindən danışıblar.

Siyasilərin sözlərinə görə, iki ölkə arasında əsas dialoq kanalları 2020-ci ildə Avropa İttifaqının (Aİ) dəstəyi ilə formalaşıb. Prosesin kulminasiyası ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda paraflanan sülh sazişi olub.

Açıklama yok.

Bundan əlavə Hikmət Hacıyev bildirib ki, Brüsseldə aparılan danışıqlar bu prosesə xüsusi təkan verib:

“Brüsseldə yaxşı imkan yarandı və liderlər sülhə doğru irəliləmək barədə qərar verdilər”.

Qriqoryan vurğulayıb ki, hazırda hər iki ölkə nümayəndələrinin qarşısında duran başlıca məqsəd regionda davamlı sabitlik və etimad quruculuğu yaratmaqdır. O, bunun çətin period olduğunu desə də, həmin istiqamət üzrə addım-addım irəliləyişlərin əldə olduğunu bildirib:

“Bütün münaqişələrdə tərəflər bir-birinə etimad etmirlər. Bunun üzərində işləyirik. Məşhur mahnıda deyildiyi kimi - divara daha bir kərpic əlavə edirik. Bu dəfə müsbət mənada. İndi etimad divarını qururuq”.

Hikmət Hacıyev isə öz növbəsində sülh prosesini dünya miqyasında uğurlu model kimi qiymətləndirib:

“Münaqişə səhifəsi bağlanıb. İndi real sülh və yeni regional əməkdaşlıq imkanları var”.

Açıklama yok.

Müsahibədə ABŞ-də əldə olunmuş böyük razılaşmanın tərkib hissəsi olan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi də müzakirə olunub.

Prezidentin köməkçisi bildirib ki, layihə materikin nəqliyyat xəritəsini kökündən dəyişərək regionu yeni tranzit mərkəzinə çevirəcək:

“Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi Avrasiyanın nəqliyyat xəritəsini tamamilə dəyişəcək”.

“Ümid edirik layihənin icrası tezliklə başlayacaq. Bu, regionda tarixi dönüş nöqtəsi deməkdir”, - Qriqoryan bildirib.

Açıklama yok.

Ermənistan nümayəndəsi əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı maraqları artıracaq, sülhü və hər iki cəmiyyət üçün iqtisadi mənfəəti gücləndirəcək:

“Biz bu istiqamətdə irəliləyirik və bunun sübutu da odur ki, mən Hikmət Hacıyevlə Dohada sizin studiyanızda oturmuşam”.

Rəsmilər yekunda müharibənin bitdiyini, sülhün gələcək nəsillər üçün əbədi olması və hər iki ölkənin indi birgə gələcəyə baxmalı olduğunu vurğulayıblar:

“Müharibə keçmişdə qalıb. Sülh isə əbədi olmalıdır”.
 







Xəbərin oxunma sayı : 577




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap