“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Xaricdə cinayət törədən kriminal qruplaşma üzvləri saxlanıldı - DTX-dan xüsusi əməliyyat

Tarix 10.12.25, 14:16

Font ölçüsü : - / +
bitmap-img6


Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş Azərbaycan vətəndaşları saxlanılmışlar.

Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilmişdir.

Görülmüş müvafiq tədbirlərlə Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunsuz silahlı birləşmənin fəaliyyətinin təşkili, həmin birləşmənin tərkibində xarici dövlətin rəsmi şəxslərinin güdülməsi və digər cinayət əməllərinin törədilməsinə cəlb edilmiş, özlərini “kriminal aləm”in nümayəndələri hesab edən Azərbaycan Respublikasının vətəndaşları müəyyənləşdirilərək ifşa olunmuşlar.

Qeyd olunan cinayət əməllərinin törədilməsində şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədov Amid Saməddin oğlunun xarici ölkə ərazisində gizləndiyi yer müəyyən edildikdən sonra o, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, Azərbaycan Respublikasına gətirilərək istintaqa cəlb edilmişdir.

Eləcə də, bu cinayətlərin törədilməsində şübhəli bilinən 1997-ci il təvəllüdlü Səfərov Nurlan İlham oğlu və 1983-cü il təvəllüdlü İsrafilov Edik Nəbi oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Davam edən tədbirlər və cinayət məsuliyyətinə cəlb edilmiş digər şəxslər barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcəkdir.






Xəbərin oxunma sayı : 214




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap