“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir

Tarix 10.12.25, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


"Qanunvericilikdə edilən yenilik işçinin işdən kənarlaşdırılması ilə bağlı maddəyə edilən dəyişikliklərə aiddir".

AzFakt.com məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zaman deyib.

Nazir müavini bildirib ki, həm əməyin mühafizəsi, həm tibbi təhlükəsizlik, həm də əmək intizamının təmin olunması baxımından edilən dəyişiklik bu normanı daha əhatəli, dəqiq və idarəolunan hala gətirir.

O qeyd edib ki, əvvəlki redaksiya əsasən 3 halı, yəni ki:

- icbari tibbi müayinədən yayınmanı;

- həkim tövsiyələrinə əməl olunmamasını;

- insanın immun çatışmazlığı virusu ilə bağlı məcburi tibbi müayinədən imtinanı işdən kənarlaşdırma əsası kimi nəzərdə tuturdu.

Yeni redaksiya isə bu siyahını genişləndirərək aşağıdakı mühüm halları əlavə edir:

- icbari tibbi müayinədən imtina etməsi və ya tibbi göstərişləri yerinə yetirməməsi;

- tibbi rəyə əsasən işin icrasına əks göstəriş olması;

- məcburi tibbi müayinədən imtina etməsi;

- əməyin mühafizəsi üzrə təlim və bilik yoxlamasından boyun qaçırması;

- əmək vəzifələrinin araşdırılmasına maneçilik törətməsi.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap