“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək

Tarix 10.12.25, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, Agentliyin inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Vəliyeva Validə Rəhim qızı olub.
DOST 7800 kv. metr ofis sahəsini 28 ay müddətinə icarəyə götürəcək. Azı 85 otaqdan ibarət olan ofisdə istirahət otağı, 2 lift və 6 mətbəxi var.

Qeyd edək ki, “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsinə görə Validə Vəliyevaya 5 milyon 241 min 600 manat (aylıq 187 min 200 manat) ödəniləcək.

Onu da bildirək ki, DOST ötən il də Validə Vəliyeva ilə analoji müqavilə imzalayıb. “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC-nin hazırda fəaliyyət göstərdiyi inzibati bina Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 560-cı məhəllə, 118 ünvanında yerləşir.



Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap