“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycanda sığorta şirkətlərinin sədrləri harada təhsil alıblar? - ARAŞDIRMA

Tarix 10.12.25, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Sığorta şirkətlərinin idarə heyətinin sədrləri (CEO) vəzifəsində çalışan mütəxəssislər arasında iqtisadiyyat, hüquq, maliyyə və tibb kimi sahələr üzrə ali təhsil almış şəxslər üstünlük təşkil edir. Onların təhsil keçdikləri ali məktəblər arasında həm yerli, həm də xarici universitetlər yer alır.

Valyuta.az bu yazıda Azərbaycanın sığorta şirkətlərində İdarə Heyətinin sədrlərinin (CEO-lar) ixtisasları və harada təhsillərini başa vurduqlarını araşdırıb:

Əliyev Seymur, СEO, "AtaSığorta" - 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakultəsini bitirib. 

Əhmədov Elçin, СEO, "Atəşgah" Sığorta Şirkəti - İxtisasca iqtisadçı olan E.Əhmədov N.A.Voznesenskiy adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirib.

İmanov Niyazi, СEO, “İpək Yolu Sığorta” - 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə edilməsi üzrə bakalavr, 2001-2003-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetdə biznesin idarə edilməsi üzrə MBA dərəcəsi alıb.  2015-2017-ci illərdə Hollandiyanın “Maastricht School of Management” universitetinin “Executive MBA” dərəcəsi, 2015-2017-ci illərdə, həmçinin, ADA Universitetinin Biznesin İdarəolunması üzrə MBA dərəcəsini alıb.

Mirzəyev İlkin, СEO, "Azərbaycan Sənaye Sığorta" - İxtisasca iqtisadçı olan İ.Mirzəyev Azərbaycan Dövlət iqtisad Universitetinin və Türk Sığorta İnstitutu Vakfının (TSEV) məzunudur.

İbrahimli Uğur, СEO, "Meqa Sığorta" - Xaricdə Təhsil Dövlət Proqramı ilə İngiltərənin Bayes Biznes Məktəbində “Sığorta və Risklərin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar İnstitutunun doktorantı, Böyük Britaniya Sığorta İnstitutunun (Chartered Insurance Institute - CII) ACII diplomlu üzvüdür. 

İsmayılov Niyaz, СEO, “Paşa Sığorta” - Niyaz İsmayılov ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pilləsi üzrə başa vurub. 2013-cü ildə ABŞ-ın “Harvard Business School” nəzdində “High Potentials Leadership” proqramını, Böyük Britaniyanın “London Business School” nəzdində “Executing Strategy for Result” və “Leading Change and Growth” proqramlarını bitirib.

Talıbov Anar, СEO, “Qala Həyat” Sığorta Şirkəti - 1995-1999-cu ildə Bakı Dövlət Universitetinin “Tarix” fakultəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirib.

Cabbarova Ülviyyə , СEO, "Paşa Həyat Sığorta" - 1994-200-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. 

Ağamaliyev Emil, СEO, "Meqa Həyat Sığorta" - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment ixtisasının bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 




Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap