“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Trampa İrana mümkün hərbi zərbələr barədə məlumat verilib - “New York Times”

Tarix 11.01.26, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampa İrana mümkün hərbi zərbələrin yeni variantları barədə məlumat verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” (NYT) ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Bildirilib ki, Tramp ölkə hakimiyyətinin etirazçılara qarşı hərəkətlərinə cavab vermək imkanını nəzərdən keçirir.

Nəşrin yazdığına görə, Tramp hələ yekun qərar qəbul etməyib, lakin etirazların amansız şəkildə yatırılmasına cavab olaraq zərbəyə icazə verilməsi variantını ciddi şəkildə araşdırır.

Qəzetin məlumatına əsasən, ona Tehrandakı qeyri-hərbi obyektlərə zərbələrinn endirilməsi də daxil olmaqla bir neçə variant təklif olunub.
Qeyd edək ki, daha əvvəl İrandakı genişmiqyaslı etirazlar fonunda ABŞ prezidenti dəfələrlə bu ölkəyə zərbə endirməklə hədələyib. Dünən isə o, etiraz aksiyalarının iğtişaşlara çevrildiyini bildirərək, nümayişçilərə “yardım etməyə hazır” olduğunu bəyan edib.



Xəbərin oxunma sayı : 232




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap