| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Paytaxtın tıxac problemi necə həll edilə bilər? - ARAŞDIRMA
Tarix 11.01.26, 23:31 |
|
"Biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra etdik. Bu, bizə imkan verdi ki, müəyyən mərhələdə özümüzü tıxaclardan sığortalayaq. Ancaq inkişaf göz qabağındadır, əhali artır, maşınların sayı artır. Hər il ölkəmizə onminlərlə yeni avtomobil gətirilir. Onların istismar müddəti ilə bağlı indi müəyyən məhdudiyyətlər də qoyulur. Yerli avtomobil istehsalı artır. Ona görə mövcud yol infrastrukturu artıq bizə kifayət etmir", - bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində səsləndirib. Dövlət başçısı bildirib ki, yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. "Hesab edirəm ki, növbəti beş il ərzində bu əsas problemlər öz həllini tapmalıdır", - Prezident qeyd edib.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Avropa şəhərlərində avtomobil sayı Bakıdakından qat-qat çoxdur"
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də düşünür ki, Bakı yollarındakı sıxlığın kökü avtomobillərlə edilən gündəlik səfərlərin çoxluğundadır: "Xüsusilə qısa məsafələrə şəxsi avtomobillə gedənlərin sayı çoxdur və bu səfərlərin mümkün qədər ictimai nəqliyyatla əvəzlənməsi üçün şərait yaradılmalıdır. Avtomobillərin sayının çoxluğu həlledici faktor deyil. Orta statistik Avropa şəhərlərində avtomobil sayı Bakıdakından qat-qat çoxdur. Fərq ondadır ki, həmin şəhərlərdə gündəlik səfərlərin böyük hissəsi avtomobillə edilmir. İnsanların məsafəyə görə hərəkəti üçün alternativlər yaradılmalıdır: qısa məsafələrdə piyada və ya mikromobillik vasitələri, orta və uzun məsafələrdə isə ictimai nəqliyyatın müxtəlif növləri prioritet olmalıdır. Zəruri hallarda avtomobildən istifadə mümkündür".
R.Ağamirzəyevin sözlərinə görə, şəhərdə ümumi parklanmanın idarə olunması da vacib məsələlərdən biridir. Əgər bina tikilərkən parkinq nəzərə alınmayıbsa, sonradan müəyyən sahələrin parkinqə çevrilməsi mümkündür: "Bir çox ölkələrdə yeraltı parkinqlər təşkil olunur və tələbat artdıqca yeni parkinqlərin yaradılması adi praktikadır. Hətta bəzi ölkələrdə avtomobil alınarkən vətəndaşdan onu harada saxlayacağı soruşulur və parkinqlə ən azı birillik müqavilə tələb edilir. Torpaq ən bahalı resursdur və hər yeri parkinqə çevirmək kimi yanaşma səmərəli deyil. Ortaq məxrəc avtomobilin mövcudluğunu qəbul etmək ola bilər, lakin əsas məsələ onun yaşayış məkanını zəbt etmədən saxlanılmasıdır. Avtomobil elə təşkil olunmalıdır ki, şəhər sakinlərinə ziyan vurmasın. Böyük şəhərlərdə torpağın baha olması səbəbindən mərkəzdə parkinqin yüksək qiymətləndirilməsi, avtomobil vergiləri, saxlanma və parkinq xərcləri isə çəkindirmə mexanizmi kimi çıxış edir".
"Problem illərdir yığılan səhvlərin aradan qaldırılmamasıdır"
Memar, urbanist Səbinə Abbasovanın sözlərinə görə, Bakıda gündəlik və alternativsiz avtomobil istifadəsi tıxaclara, parkinq böhranına, vizual və ekoloji çirklənməyə səbəb olur: "Həyətlərin, səkilərin və ictimai məkanların parkinq sahəsinə dönməsi şəhər həyatının keyfiyyətini ciddi şəkildə aşağı salır. İctimai nəqliyyatın yetərincə inkişaf etməməsi, piyada infrastrukturunun keyfiyyətsizliyi, zəif işıqlandırma və şəhər toxumasını parçalayan yol ayırıcıları avtomobilsiz hərəkəti çətin və təhlükəli edir. Bu isə insanları istər-istəməz şəxsi avtomobildən istifadəyə məcbur edir. Piyada mühitinə laqeyd münasibət, avtomobil hərəkətinə üstünlük verilməsi və şəhər küçələrinin tranzit magistrallara çevrilməsi vəziyyəti daha da ağırlaşdırır".
S.Abbasova bildirib ki, şəhərdə avtomobil sayını qadağalarla azaltmaq da effektiv yol sayılmır. Dünyanın bir çox şəhərində tətbiq olunan sərt məhdudiyyətlər nəticə verməyib: "Əsl çıxış yolu insanların gündəlik avtomobil istifadəsindən öz istəkləri ilə imtina etməsinə şərait yaratmaqdır. Bu isə yalnız rahat, etibarlı və şaxələndirilmiş ictimai nəqliyyat, təhlükəsiz və piyada üçün cəlbedici küçə mühiti ilə mümkündür".
"Tramvay xətləri yolların yükünü azalda bilər"
"İnsanyönümlü şəhərlər" layihəsinin təsisçisi, urbanist Anar Əliyevin sözlərinə görə, Baş plana uyğun olaraq paytaxtın insanyönümlü şəhərə çevrilməsi nəzərdə tutulur və bu çərçivədə ictimai nəqliyyatın yaxşılaşdırılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib: "Artıq yeni metro stansiyalarının tikintisinə başlanılıb, lakin problemin həlli yalnız yolların genişləndirilməsi ilə mümkün deyil. İnsanlara real alternativlər təqdim olunmalıdır. Çıxış yolu iritutumlu nəqliyyat vasitələrinin inkişafındadır. Bu baxımdan tramvay xətlərinin Bakıya qaytarılması metronun və avtomobil yollarının yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Avropa şəhərlərinin təcrübəsi də bunu göstərir. Məsələn, Kopenhagen şəhərində 50 il əvvəl ləğv edilən tramvay sistemi ötən il yenidən bərpa olunub. Heç bir şəhər avtomobil mərkəzli inkişaf modeli ilə xoşbəxtlik tapmayıb".
"Şəhər mərkəzinə avtomobillə daxil olmaq getdikcə mümkünsüz olacaq"
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Bakı həm paytaxt, həm sənaye, həm də turizm şəhəridir. Əsas iqtisadi, təhsil və inzibati funksiyaların böyük hissəsi məhz burada cəmləşib. Bu da nəqliyyat vasitələrinə olan tələbatı qaçılmaz edir. E.Cəfərov bildirib ki, Bakının avtomobil limiti artıq tükənib. Sovet dövrü planlamasına əsasən, şəhər 300-400 min avtomobil üçün nəzərdə tutulsa da, hazırda gündəlik hərəkətdə olan avtomobillərin sayı 700-800 minə çatır: "Bu isə kritik həddin çoxdan keçildiyini göstərir. Hazırda Bakı artıq pik saat tıxac mərhələsini geridə qoyub. Səhər və axşamla yanaşı, gün ərzində də yollar dolu olur, alternativ küçələr və məhəllədaxili yollar belə hərəkətsiz olur. İctimai nəqliyyat da bu yük altında ilişib qalır, metro isə artan sərnişin axınından çətinlik çəkir. Növbəti mərhələ isə nəqliyyat iflicidir. Əgər mövcud tendensiya dəyişməzsə, şəhər mərkəzinə avtomobillə daxil olmaq getdikcə mümkünsüz olacaq, parkinq uğrunda mübahisələr artacaq. İnsanlar bu gün tıxaclarda yarım saat itirirsə, gələcəkdə saatlarla tıxacda qalacaqlar".
Ekspertin fikrincə, parklanma problemi də vəziyyəti ağırlaşdırır. Yeni tikilən obyektlərin layihələrində parkinq nəzərdə tutulsa da, real icrada bu tələblərə əməl olunmur.
"Bakının yükü azaldılmalıdır"
Mütəxəssis çıxış yolunu Bakının yükünün azaldılmasında görür: "Variantlardan biri paytaxt funksiyalarının qismən başqa şəhərlərə ötürülməsidir. Digər yanaşma Bakının tarixi və turistik şəhər statusunun gücləndirilməsi, təhsil müəssisələrinin isə ayrıca akademik şəhərcikdə cəmləşdirilməsidir. Bu, gündəlik hərəkət axınını əhəmiyyətli dərəcədə azalda bilər. Avtomobil sahibləri üçün yüksək vergi tətbiqi isə effektiv mexanizm hesab edilmir. Bunun əvəzinə pullu zonaların yaradılması və şəhər mərkəzinə girişin mərhələli şəkildə tənzimlənməsi daha real çıxış yolu kimi dəyərləndirilir. Problemin əsas həlli ictimai nəqliyyatın şaxələndirilməsindən keçir. İritutumlu nəqliyyat vasitələrinin, o cümlədən tramvay xətlərinin yaradılması avtomobildən istifadə edənlərin sayını azalda və şəhərin nəqliyyat yükünü yüngülləşdirə bilər".
Xəbərin oxunma sayı : 511
Sosial
Xəbərlər
-
Bələdiyyə sənədi ilə ev tikənlərə şad xəbər - VİDEO
-
“ABŞ Venesuelanın idarə olunmasında bir neçə il ərzində iştirak edə bilər“ - Kris Rayt
-
Paytaxtın tıxac problemi necə həll edilə bilər? - ARAŞDIRMA
-
Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO
-
Yarım əsrdən çox yaşı olan park baxımsız vəziyyətdə - VİDEO
-
Balıq qıtlığı qapıdadır: Xəzərin çirklənməsi bazara necə zərbə vurur?
-
Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər
-
“Kuba artıq Venesueladan neft və pul almayacaq“ - Tramp
-
Bakıda torpaq qiymətləri: Ən çox və ən az bahalaşma hardadır?
-
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq - Xəbərdarlıq
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Bu avtomobillər 3 min manat bahalanıb - VİDEO
-
ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib - İddia
-
Masallıda əməliyyat: 9 kilo narkotik ələ keçirildi
-
Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır - Sabahdan
-
Azərbaycana 35 ölkədən 952 ton antibiotik tərkibli dərman gətirilib - Qiymətlər
-
Xalqı dinləməyə və islahatlara hazırıq - Pezeşkian
-
Zaminlik müqaviləsi nədir və hansı məsuliyyəti yaradır? - VİDEO
-
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - STATİSTİKA
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Trampa İrana mümkün hərbi zərbələr barədə məlumat verilib - “New York Times”
-
Azərbaycandan Ermənistana daha 979 ton yanacaq göndərildi - Fotolar
-
Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?
-
“Qarşıdurma və toqquşma yaradanlar ağır cəza ilə üzləşəcəklər“ - Əli Laricani
-
Ağdərədə 38 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi
-
Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən xəbərdarlıq (VİDEO)
-
Xəbərdarlıq edilmədi, borc yazıldı: Bələdiyyə ilə sakinlər arasında qalmaqal
-
Culfada evlərindən çıxarılan sakinlər etiraz etdi - VİDEO
-
Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
-
Putini oğurlamağı təklif etdi - Britaniya nazirindən şok açıqlama
-
İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər edam olunacaq
-
AZAL-da bitməyən problemlər - Şirkət nəyi gizlədir, yenə dotasiya?
-
Binəqədi rayonunda keçidin bağlanması sakinlərə ciddi çətinlik yaradıb - VİDEO
-
100 yaşına daha çox kimlər çatır: Ət yeyənlər, yoxsa vegeterianlar?
-
“Max Group“ MMC-dən daha bir dələduzluq - VİDEO
-
Xəstəxana direktoru həkimin kompüterinə dinləmə cihazı yerləşdirdi - QALMAQAL
-
Elektron etibarnamələrlə bağlı yeni xəbər - Bu halda…
-
Venesuelanı yenidən varlı və təhlükəsiz edirəm - TRAMP
-
Bakıda yeni yol çəkilir - Sürücülərin işi asanlaşacaq (VİDEO)
-
Soyuğa məhəl qoymadı, soyundu - FOTOLAR
-
“ABŞ İranda etirazçılara köməyə hazırdır“ - Tramp
-
Vatsapı ələ keçirildi, yaxınlarının pulu mənimsənildi - VİDEO
-
Səhnədə yerə uzandı, o hadisə oldu: “Sizin mənim kimi bədəniniz olsaydı...“
-
“Fənərbağça“ Türkiyə Superkubokunun qalibi oldu - 11 ildən sonra
-
Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu + VİDEO
-
İsraildə kütləvi SMS panikası: Vətəndaşlara bu mesajı göndərilir
-
“Qobu Park” yaşayış massivində binalar əyilir - Rəsmi açıqlama + VİDEO
-
Milyonlarla borcu olan “Kontakt Home“un direktoru yenidən CƏRİMƏLƏNDİ
-
Zaqatalada minik avtomobili aşıb - Ölən və yaralanan var
-
Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş - Analoji cinayət
-
“Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir“ - Tramp
-
Bir neçə şirkətlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
-
Avropanın “son müdafiə xətti” üzərində casus dronlar - Almaniya təşviş içində
-
İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
-
Ağadadaş həmin olaydan danışdı - “Bu, Allahın baltasıdır“
-
Bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
“İran etirazları yatırmaq üçün “Hizbullah“ döyüşçülərindən istifadə edir“ - ABŞ
-
ABM lisenziya verdiyi “Drakaris“i cərimələdi - Terrorçuluqla bağlı tələbləri pozub
-
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
Venesuela və ABŞ səfirlikləri açıla bilər: Delsi Rodrigesdən açıqlama
-
“Kristal“ın göz çıxaran reklamları, dodaq uçuqladan qiymətləri - Ayda 5 500 manatı kim ödəyə bilər?
-
Bakının kanalizasiya problemi bir neçə ilə tamamilə həll oluna bilər? - ARAŞDIRMA
-
“Azərşəkər”in sabiq sədri Anar Mehdiyev buna görə azadlıqda imiş - Yeni detallar
-
“İranlılar dəyişiklik tələb edir“ - ABŞ Dövlət Departamenti
-
“Oreşnik” ballistik raketindən növbəti istifadə: Rusiya kimlərə mesaj verdi?
-
MİS-lər də MMC olacaq: Nə dəyişəcək?
-
İranda 217 etirazçı öldürülüb? - Etirazçılara atəş açıldığı bildirilir
-
“BolT”MMC Şəkidə rəqabət prinsiplərini pozub yerli sahbkarları sıradan çıxarır - İDDİA
-
ABŞ və Ukrayna 800 milyard dollarlıq müqavilə imzalayacaq - “The Telegraph”
-
Təhsil idarəsində milyonluq büdcə talanı iddiası: “Qara kassa”, saxta ştatlar və “geri ödəniş” mexanizmi...
-
“Hansı neft şirkətlərinin Venesuelaya girəcəyinə biz qərar verəcəyik” - Tramp
-
Ramana və Şuşa şəhərciyindəki çuxurların yaratdığı çətinlik - VİDEO
-
Türkiyədə narkotik əməliyyatı - Can Yaman da saxlanıldı
-
8 nəvəsi var, 10-cu uşağı doğuldu - Lənkəranda maraqlı hadisə
-
Arzu Əliyeva sığınacaq və sosial reabilitasiya müəssisəsində - FOTOLAR
-
NASA xəbərdarlıq edir: Nəhəng aysberq yoxa çıxmaq üzrədir
-
Ödənişli parkinq zamanı avtomobilə dəyən ziyan niyə qarşılanmır? - VİDEO
-
“ABŞ bu və ya digər şəkildə Qrenlandiyanı əldə edəcək“ - Tramp
-
Suriya ordusu əməliyyatlarını başa çatdırdı - Hələbi SDQ-dən tam təmizlədi
-
Dünyanın ən güclü pasportları: Azərbaycan neçənci yerdədir?
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Bu rayonlara qar yağır - FAKTİKİ HAVA
-
“Maduronun Rusiyaya sığınmasına icazə verin“ - Vatikanın ABŞ-dən xahişi
-
Ana və oğul dəm qazından zəhərlənib - Ölən var
-
Kərə yağı bahalaşacaq? - Güzəşt ləğv edildi
-
Maşın kanala aşdı - Keçmiş baş həkim öldü (FOTO)
-
Diplom və attestatların elektron formada verilməsi köhnə diplomlara şamil olunacaq? - VİDEO
-
İpotekaya yararlı mənzillərin qiymətində ciddi artım - VİDEO
-
Bu gün instaqramda önə çıxanlar - FOTOLAR
-
AFFA-nın bonus bölgüsü: “Qarabağ“ 6 dəfə çox xərcləyib
-
Əliabad qəsəbəsində yol problemi: “Palçıqdan, zığdan hərəkət edə bilmirik“
-
Sabunçu rayonunda istirahət parkı baxımsız vəziyyətdə: “Zibilin iyindən evdə yata bilmirik“
-
“Məni dayandıra biləcək yeganə şey budur...” - Tramp hansı mesajları verdi?
-
Anar Rzayev AYNA-nı obeykt kimi idarə edir - Məhkəmələrin sayı hesabı yoxdur
-
Rusiya PUA-ları Ukrayna sahillərində iki ticarət gəmisini vurub - Bir nəfər ölüb
-
“Falçıların Azərbaycandakı ŞOK BİZNESİ: Necə “tələ”yə salırlar
-
Salyanda şagirdlərin məktəb problemi - VİDEO
-
Nəsimi Nəbizadənin qardaşı həbs olundu - 13 kq narkotik maddə ilə...
-
Agentlik “Sarı gəlin“in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz“ ancaq Azərbaycana aiddir“
-
“Tramp “Mariner“ gəmisinin heyətindəki iki Rusiya vətəndaşını azad edəcək“ - Zaxarova
-
Xətaidə yaşıllıqlar məhv edilir: “Aldatdılar ki, burada park olacaq“
-
Yevlaxda kişi onuncu uşağa hamilə qalan arvadını qısqandı: Öldürməyə cəhd etdi
-
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib - FOTOLAR
-
Ukrayna SBU Lvova atılan “Oreşnik”in qalıqlarını toplayıb - FOTO
-
Nazir Sabirabadda vətəndaşları qəbul etdi - Fotolar
-
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Baş prokuror Pirallahıda vətəndaşları qəbul etdi - FOTO
-
Xətaidə ötən ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi - Fotolar
-
“Azergold”da növbəti tender müəmması - Adı dələduzluqda hallanan şirkəti kimlər qalib edib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir - Prezident təsdiqlədi
-
Əbülfəz Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir - Açıqlama
-
Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat (FOTO)
-
“Venesuellaya ikinci hücumun qarşısını aldım“ - Tramp
-
Binəqədidə daha bir mənzil obyektə çevrildi - İcazəni Elxan Allahverdiyev verib
-
“Sahil Park”ın Sumqayıt layihəsində reklamla reallıq arasındakı böyük fərq: mənzil neçəyə satılır?
-
Naxçıvanda xarici ölkəyə casusluq edən şəxs saxlanıldı: Odlu silah hissələri...
-
Xamenei Trampa xəbərdarlıq etdi: “O da devriləcək“
-
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın havası
TOP 10
ARXİV






