“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı

Tarix 09.09.26, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq və çöl quşu ovlayan şəxslər saxlanılıb.

AzFakt.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, həmçinin xidməti əraziyə aid qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.

İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qızılağac Milli Parkının su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ.Əhmədov saxlanılıb. Ona baxış keçirilən zaman müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.

Həyata keçirilən digər tədbir zamanı isə milli parkın ərazisində qanunsuz ov edən E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalov saxlanılıblar.

Həmin şəxslərdən sənədləri olmayan 4 ədəd ov silahı, həmçinin qanunsuz ovlanmış və “Qırmızı Kitab”a daxil olan müxtəlif növ 72 çöl quşu aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 745




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap