“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə anbar icarəyə götürdü - 2,7 miyon manata

Tarix 09.09.26, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Abşeron  Express” MMC (VÖEN – 1101627341) olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, “Abşeron Express” MMC Məşğulluq Agentliyi üçün anbar sahəsi icarəyə verəcək.
İcarəyə götürüləcək anbarın ümumi sahəsi 15 000 kv. metr olacaq və bunun üçün “Abşeron Express” MMC-yə 24 aylıq icarə haqqı olaraq 2 milyon 739 min 598 manat 92 qəpik ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, Agentlik icarəyə götürdüyü anbar sahəsinə hər ay 114 min 150 manat ödəyəcək.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ötən il də “Abşeron Express” MMC-dən anbar icarəyə götürüb.  Ötən il Agentlik icarəyə götürdüyü anbar üçün hər ay 106 min 540 manat ödəyib.

Məlumat üçün bildirək ki, “Abşeron  Express” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən, ev 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Çingiz Aydın oğludur. “Absheron Express” MMC-nin Abşeron Logistika Mərkəzinin törəmə şirkəti olduğu bildirilir.



Xəbərin oxunma sayı : 364




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap