Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Suriya neftinin pulları ABŞ-a yox, kürd döyüşçülərə çatacaq – Pentaqon

Tarix 08.11.19, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Pentaqon bildirib ki, Suriyanın şimal-şərqində ABŞ tərəfindən mühafizə edilən neft mədənlərindən gələn qazanc Vaşinqtona yox, ona müttəfiq kürd döyüşçülərə çatacaq.

Pentaqonun sözçüsü Conatan Hoffman noyabrın 7-də müxbirlərə deyib ki, “neft gəlirləri ABŞ-a yox, özəyini kürd döyüşçülər təşkil edən SDQ-yə veriləcək”.

Onun sözlərinə görə, bundan məqsəd SDQ-yə “İŞİD-sizləşdirmə kampaniyasında öz gücünü artırmaq” imkanı verilməsidir.

Hoffman izah edib ki, neft mədənlərinə nəzarətin kürd qüvvələrinə və SDQ-yə verilməsi, İŞİD-in bu mədənlərdən xeyir götürməsinin qarşısını alır.

SDQ Suriya münaqişəsi boyunca İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizədə ABŞ-ın müttəfiqi olub.

ABŞ kontr-admiralı və Birləşmiş Qərargahlar Komitəsi direktorunun müavini Villiam Birne deyib ki, cihadçılar 2015-ci ildə bu mədənlərə nəzarət edəndə, onlar günə 40 min barrel neft çıxarmaqla əldə etdikləri 1, 5 milyon dollarlıq gəlirdən ölkə daxilində və xaricində hücumlar həyata keçirmək üçün istifadə edirdilər:

“Biz sadəcə olaraq bunun təkrar olunmasına yol verməyəcəyik”.

ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılmasına əmr verdikdən sonra, oktyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqindəki kürd qüvvələrinə qarşı hücum əməliyyatına başlamışdı.

Tramp bu qərarına görə ABŞ-ın hər iki əsas siyasi partiyası tərəfindən kəskin tənqid edilmiş, bəziləri bunu hətta kürd müttəfiqlərə “xəyanət” adlandırmışdılar.

Tramp bu tənqidlərdən sonra ABŞ qoşunlarının bir hissəsinin Suriyada saxlanacağını və neft mədənlərinin cihadçıların əlinə keçməsinin qarşısını alacağını demişdi. (azadliq.org)



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap