Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Quterreş və digər rəsmilər Bakıdadır - FOTOLAR

Tarix 11.11.24, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.

AzFakt.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

Nepal Prezidenti Ramçandra Paudel də ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Seyşel Adaları Respublikasının vitse-prezidenti Əhməd Afif Didi Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alamın rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak etmək üçün Bakıdadır.

Nümayəndə heyəti İqlim Dəyişiklikləri Nazirliyinin parlament katibi Atiqur Rəhman, vəzifəli şəxslər, tədqiqatçılar, alimlər və digər iqlim ekspertlərindən ibarətdir.

Romina Xurşid Alam konfrans zamanı Pakistanın iqlimə uyğunlaşması və ekoloji sabitliyi üçün ölkədə görülən adaptasiya tədbirlərini diqqətə çatdıracağını bildirib. O, həmçinin Bakıda ətraf mühitin maliyyələşdirilməsinin gündəliyini irəli sürmək üçün müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirəcək.

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İranın vitse-prezidenti Şina Ənsari ölkəmizdə səfərdədir

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Banqladeşi müvəqqəti hökumətinin Baş müşaviri Məhəmməd Yunus Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Kot-d`İvuarın vitse-prezidenti Tiemoko Meylie Kone ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.







Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap