![]() |
|
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
![](http://azfakt.com/photos/937755.jpg)
![](http://azfakt.com/photos/337136.jpg)
![](http://azfakt.com/photos/89944e2f-41e7-40cb-9d82-f3a1a10cb5c2.jpg)
![](http://azfakt.com/photos/46737.jpg)
![](http://azfakt.com/photos/309725.jpg)
![](http://azfakt.com/photos/054111.jpg)
Siqareti bacısının bədənində söndürdü: Bakıda işgəncələrlə dolu QƏTL
Tarix 31.05.24, 9:01 |
|
![bitmap-img6](http://azfakt.com/photos/82caf4e183cb192a415eaadfe26acb7d.png)
2023-cü il avqustun 2-də Bakının Binəqədi qəsəbəsində qətl hadisəsi baş verib. Şəhər sakini 1967-ci il təvəllüdlü Azər Əfəndiyev Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gələrək, bacısı Məlahət Əfəndiyevanı öldürməsi haqda məlumat verib.
Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə yollanıblar. Hadisə baş verən evin giriş qapısının qarşısında, paltarsız vəziyyətdə 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanın meyiti aşkar edilib. Meyitin gözlərinin ətrafında və bədənində çoxsaylı xəsarətlərin, boynunda çapığın, tüklərin bəzi hissələrinin qopması, başının yanında dəsmalın, otaqda qan ləkələrinin olması müəyyən olunub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Azər Əfəndiyev 1990-cı ildə Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsinin hökmü ilə iki il, 1991-ci ildə Bakı Şəhər Məhkəməsinin hökmü ilə 15 il, 2004-ci ildə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə yeddi il və 2015-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə beş il müddətinə azadlıqdan məhrum olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Azər Əfəndiyev may və iyul aylarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisələr zamanı mütəmadi bacısı Məlahət Əfəndiyevaya yumruq və təpiklə zərbələr vuraraq, ona ağır dərəcəli bədən xəsarətləri yetirib. Bundan başqa, onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmişə işgəncə verib. Növbəti dəfə, avqustun 2-si saat 13 radələrində Azər stulda oturmuş Məlahətə yaxınlaşaraq, başının sol nahiyəsinə yumruqla ardıcıl, güclü zərbələr endirib. Aldığı zərbələrdən sonra qadın döşəməyə yıxılıb və başı qaz sobasının kənarındakı kafelə dəyib. Nəticədə M.Əfəndiyeva ölüb.
İfadəsinin yerində yoxlanılması zamanı Azər Əfəndiyev, bacısına zərbələr vurduğunu etiraf edib və cinayət əməlini hansı qaydada törətdiyini göstərib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnaz Məmmədova ifadəsində göstərib ki, səkkiz yaşı olanda, anası Məlahət Əfəndiyeva və atası boşanıblar. O, anası ilə birlikdə nənəsigilin evində qalıb:
"Həmin vaxtlar dayım Azər bıçaqla adam yaraladığına görə məhkum olunmuşdu. Ailə həyatı qurduqdan sonra artıq öz evimdə yaşayırdım. Anamla dayımın münasibəti yaxşı deyildi. Azər hər dəfə anamdan pul istəyirdi. Dayıma görə anam Binəqədi qəsəbəsində, kirayədə yaşamağa başladı.
İyunun 4-də ya 5-də anam zəng edib, məndən 30 manat pul istədi. Azərin ondan pul tələb etdiyini, tapmasa onu ölümlə hədələdiyini dedi. Bir neçə gündən sonra anam tanış qadının telefonundan zəng edib, qardaşı tərəfindən işgəncəyə məruz qaldığını söyləyəndə, onu yanıma çağırdım. Evimə gələndə, anamın üzərində çoxsaylı xəsarətlərin olmasını və qolunun sındığını gördüm. Buna görə, anamı Şüvəlan qəsəbəsində yerləşən 26 saylı poliklinikaya apardıq, qoluna gips qoyuldu. 20 günə yaxın ona baxdım. Evinə qayıdandan sonra onunla bir daha əlaqə saxlaya bilmədim, çünki anamın mobil telefonu yox idi. Qocalar evinə gedəcəyini söyləsə də, yəqin orada qalmağı özünə sığışdırmadı. Avqustun 2-də mənə polis bölməsindən məlumat verildi ki, anam qətlə yetirilib".
Şahid qismində dindirilən Təcili Tibbi Yardım Stansiyasının 16 saylı bölməsinin həkimi Fərid Əliyev bildirib ki, mayın 30-da səhər Dövlət Yol Polisinin arxasında yerləşən fərdi yaşayış evinə çağırış daxil olub:
"Məlahət Əfəndiyevanın bədənində şişkinlik var idi. Qadın uzun müddətdir ki, qardaşının onu döydüyünü, bədənində siqaret söndürdüyünü, bu səbəbdən sol biləyini hərəkət etdirə bilmədiyini və döş qəfəsində ağrılar olduğunu demişdi. Məlahət Əfəndiyevaya tibbi yardım göstərib, onu Kliniki Tibbi Mərkəzə hospitalizasiya etdik və aidiyyəti üzrə polis bölməsinə məlumat verdik".
Cinayət işinin materiallarına əsasən, mayın 30-da Kliniki Tibbi Mərkəzdə Məlahət Əfəndiyevaya "sol qolun yerdəyişən sınığı" diaqnozu qoyulub. 24 may 2023-cü il tarixli qərardan görünüb ki, bədənində olan xəsarətlərin müəyyən edilməsi üçün Məlahət Əfəndiyeva məhkəmə-tibbi ekspertizaya getmədiyindən 43-cü Polis Bölməsinin təhqiqatçısı Fərid Nəzərli tərəfindən cinayət işinin başlanılması rədd edilib.
Məhkəmə iclasında Azər Əfəndiyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi Gülnaz Məmmədova ərizə ilə müraciət edərək, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, Azər Əfəndiyevin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla törədildikdə) və 133-cü (işgəncə vermə) maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Əfəndiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
Xəbərin oxunma sayı : 805
Kriminal
Xəbərlər
-
Türkiyəli məşhurların milyonluq gəlirləri - “Forbes“in siyahısı
-
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
-
Azərbaycanda ən çox nələri reklam edirlər? – Siyahı
-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib - Nələr müzakirə edilib? (FOTO)
-
Bakıda qıza görə başından güllələnən Turalın sevgilisi danışdı - “Məni şantaj edirdi“ + VİDEO
-
Qızılın qiyməti kəskin ucuzlaşdı - Bazarda son vəziyyət + VİDEO
-
MSK seçki qrafikini elan edəcək – Seçki dövrü qanunla necə tənzimlənir?
-
Su xətlərinə necə qoşulmaq olacaq? - Yeni qaydalar təsdiqləndi
-
Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır - Sahibkarların fürsətə çevirdiyi dövr
-
Azərbaycan və ABŞ enerji sahəsində güclü əməkdaşlıq qurub - Samir Şərifov
-
“Qafqazda sülhün təmin olunmasına dəstək verməyə davam edəcəyik“ - Yaşar Gülər
-
Naxçıvan Ali Məclisi buraxıldı - Yeni seçkinin tarixi açıqlandı
-
Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
-
Azərbaycanda hamama gedənlərin sayı azalıb? – Rəsmi statsitika
-
Pirsaat çayı daşdı, Qubalıbaloğlan 1 metr su içində qaldı - VİDEO
-
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə bir arada: “Biz bölgədə sabitlikdə maraqlıyıq“
-
“Azərişıq“ sədri vətəndaşları qəbul etdi - Ağcabədidə
-
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Birinci Qarabağ müharibəsinin şəhidi Tərtərdə dəfn olundu – Fotolar
-
Siyavuş Novruzov Türkiyə bələdiyyəsini nümunə göstərdi - “Vergi toplaya bilmir, polisə verir“
-
Tramp-Bayden debatının ABŞ seçicilərinə ciddi təsiri olmayıb - CNN
-
Polis əməliyyat keçirdi: 25 əcnəbi saxlanıldı - VİDEO
-
SOCAR 85 milyardlıq gəliri haradan və hansı məhsullardan qazanıb? – SİYAHI
-
İrandan külli miqdarda narkotiki ölkəmizə gətirən dəstə üzvləri HƏBS EDİLDİLƏR
-
Gələn ay havalar daha isti olacaq - PROQNOZ
-
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
-
Bu yollar 30 iyuna qədər bağlı olacaq - Xəbərdarlıq
-
Xəzərin Azərbaycana mənsub sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO
-
“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər” - VİDEO
-
Bakıda mağaza yandırıldı - Saxlanılan var
-
İranda hakimiyyət keçidi baş verəcəkmi? - “Nezavisimaya qazeta”
-
Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR
-
Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir
-
“Neftçi“dən Roman Qriqorçukun tələbi: 30 milyon, 18 yeni futbolçu, işinə qarışmamaq...
-
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - 15 məsələ müzakirə olunub
-
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edildi - Bu cərimələr artırıldı
-
Aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qayda qəbul edildi - Nələr olacaq?
-
Yaxın qohum evliliyini qadağan edən layihə təsdiqləndi - DETALLAR
-
Prezident Ceyms O’Braynı qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
-
Maşın bazarında qiymətlər kəskin ucuzlaşdı - VİDEO
-
Biləsuvarın sabiq icra başçısının cəzası azaldıldı - QƏRAR
-
VI çağırış Milli Məclisin sonuncu plenar iclası başlayıb - Gündəlikdə 15 məsələ var
-
Hacıqabulda kəndi su basdı, sakinlər təxliyə edildi - VİDEO
-
Azərbaycanda yenə güclü zəlzələ olacaq? - RƏSMİ
-
Yasamalda ağacların kökündən qopması ilə bağlı MÜƏMMA... - Külək, yoxsa MTK?
-
Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
-
Rafil Hüseynovun müavini olmaq istədi - Aldadıb 111 minini aldılar
-
Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - VİDEO
-
Bakının bu rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
“Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb” – FHN
-
Laçın şəhərinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Çimərliklərdə daha çox harada boğulma olur? - VİDEO
-
Azərbaycanda güclü zəlzələ oldu - RƏSMİ
-
Bu tarixdən taksilərdə qiymətlər bahalaşacaq - AÇIQLAMA/VİDEO
-
Günay bunun üçün dəniz kənarında dekor qurdu - Fotolar
-
Sayı 7000-ə qədər azalan taksilərdə qiymətlər artacaq - VİDEO
-
Azərbaycan daha fəal rol oynamağa davam edəcək” – Hikmət Hacıyev
-
“Bu da təcavüzün bir formasıdır...“ – “Bakı COP-29-a qədər müşahidə edəcək, sonra isə...”
-
“III Dünya Müharibəsi də daxil olmaqla istənilən ssenariyə hazırıq“ - Türkiyə MN
-
Plastik butulkalarda satılan sular təhlükəli ola bilər: DİQQƏTLİ OLUN
-
Bakıda bu məşhur lisey bağlandı - RƏSMİ - FOTO
-
“KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur“ - Ermənistan XİN
-
Dünyanın ən uzun dəmir yolu: 13 ölkədən keçir
-
Marketlərdə satılan “xəstəlik”: Onlara pul xərcləməyin
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların gələn ay üzrə qəbul CƏDVƏLİ
-
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - FOTOLAR
-
“Tibbi xidmət müqabilində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır“ - TƏBİB-in icraçı direktoru
-
Sabahdan bəzi bölgələrdə hava şəraiti dəyişəcək - Xəbərdarlıq
-
Azərbaycan məktəblərində yenilik: rəqəmsal dərsliklər hazırlanacaq
-
“Pullar Asəf Məmmədov və Səhhət Həbibbəyliyə çatdırılıb“ - Naxçıvanın keçmiş maliyyə nazirinin məhkəməsi
-
Dövlət Xidməti cərimə yazdı, direktor müavini narazı qaldı
-
Müəllimləri ən aşağı nəticə göstərən rayonlar açıqlanıb - SİYAHI
-
Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib - 1800 manat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xaricdən gətirilən yağı bölüb Azərbaycan adı altında satırlar - Açıqlama
-
Bu seçki dairələrinin adı dəyişdirildi - SİYAHI
-
Şadlıq saraylarına toy sifarişləri artdı - Qiymətlər bahalaşdı
-
Atasının başına butulka vurub öldürdü - Məhkəməsi başlayır
-
Prezident İlham Əliyev BMT rəsmisini qəbul edib - FOTO
-
Qadın geyimində yolda qışqırdı - Həbs edildi
-
4000-dən çox ibtidai sinif müəllimi keçid balını toplaya bilməyib - Emin Əmrullayev açıqladı
-
Taksilər azalacaq, qiymət kəskin BAHALAŞACAQ
-
“Növbəti müsbət addımların şahidi olacağıq“ - Nazir
-
“Veysəloğlu” süni bahalaşmanı və ajiotajı belə yaradır - Araşdırma
-
Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa Çindən avtomobillərlə yük gətirdi - FOTO
-
“Nə qədər yeni plastik əməliyyat çıxır, hamısını elətdirirəm” - Aytac Tovuzlu
-
General Salahov təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi
-
Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI
-
Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna müsbət cavab verdi
-
“SOCAR universal enerji korporasiyasına çevrilmək üçün fəal işləyir” - Rövşən Nəcəf
-
Nazir müavini Zərdabda qəbul keçirdi - Fotolar
-
Könül Cəfərova vəzifəsindən azad edildi - FOTO
-
“Gəncləri işaxtaran yox, iş verən tərəf kimi görmək istəyirik“ - Nazir
-
Japarov bacısı qızının bu davranışına görə üzr istədi - VİDEO
-
Kərə yağı BAHALAŞDI - Açıqlama
-
Vahid Ələkbərov 177,4 milyardla ilk yerdədir - Siyahı
-
Lənkəran və Astarada evləri su basdı, vətəndaşlar təxliyə edildi – VİDEO
-
Türkiyəni 1/8 finala aparan dramatik matç - VİDEO
-
Ali Məhkəməyə Aparat rəhbəri təyin olunub - Cavid Hüseynov kimdir?
-
Yay aylarında zeytun yağından istifadəni artırmaq lazımdır – SƏBƏB
-
“Onu tərksilah edən mülki şəxs rütbəli polisdir” - DİN
-
Bu gün Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasını təsdiqləyəcək
-
Şimali Koreya Donbasa qoşun göndərir - Hər il 115 milyon dollar alacaq
-
“Ya sən öləcəksən, ya mən“ - Bakıdakı hadisənin detalları
-
Boliviyada çevriliş cəhdi olub - General saxlanılıb
-
Toylarda zəhərlənmələr əsasən paytaxt salatından olur - AÇIQLAMA
-
AVRO-2024: 1/8 final cütləri bəlli oldu
-
Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO
-
Binəqədidə zibil qutularının qoyulması kecikdi, ətraf üfunətə çevirildi - VİDEO
-
Parklanma yerini ödəniş etmədən tərk edənlər inzibati məsuliyyətə cəlb ediləcəklər? - VİDEO
-
Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilir? – CƏDVƏL
-
Bakıda küçədə atəş açıldı: Ölən var (VİDEO)
-
Mövsümü meyvələrin qiymətinin artmasına səbəb nədir? - VİDEO
-
İqtisad Universitetinin müəllimi Vüsal Quliyev 200 min borca görə 1 milyonluq evi ələ keçirib- VİDEO
-
Prezidentin Milli Qəhrəman adı verdiyi Natiq Qasımov haqda bilinməyən faktlar - VİDEO
-
Gəncədə bıçaqlanan şəxs məhkəmə hakiminin köməkçisidir - Detallar
-
Tarixi Muzeyində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
-
Əksər rayonlarda leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycana gələn yüklərin qiyməti arta bilər - VİDEO
TOP 10
ARXİV