Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Türkiyə-Azərbaycan birliyi regionda sabitləşdirici amildir

Tarix 21.02.24, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


Gözlənildiyi kimi, Prezident İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Ankaraya etdi. 7 fevral seçkilərini böyük maraq və coşqu ilə izləyən Türkiyə ictimaiyyəti də bu səfəri gözləyirdi. Təsadüfi deyil ki, Prezident bu gözləntilərin təbii olduğunu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzərsiz dərəcədə doğma olduğunu vurğulayıb.
      
İki qardaş ölkənin liderləri seçkilərdən sonrakı yeni dövrdə qarşılıqlı maraq kəsb edən çoxsaylı məsələlər haqqında ətraflı fikir mübadiləsi apardılar. İkitərəfli münasibətlərlə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olundu. Hər iki dövlət başçısı Şuşa Bəyannaməsinə əsasən birgə ordu quruculuğu və təhlükəsizliyin gücləndirilməsi istiqamətində aparılan fəaliyyətləri ardıcıl şəkildə davam etdirəcəklərini bildirdilər. Bu sırada Azərbaycanda hərbi təyinatlı məhsulların "Baykar" şirkəti ilə birgə istehsalının ölkələrimizin müdafiə qabiliyyətinin yüksəldilməsinə böyük töhfə verəcəyi vurğulanıb.
      
Dünyadakı mövcud geo-siyasi vəziyyəti dəyərləndirən Türkiyə və Azərbaycan liderləri Orta Dəhliz layihəsi və bu qlobal layihədə ölkələrimizin mühüm yer alması ilə bağlı fikir mübadiləsi aparıblar. Prezidentlərin iştirakı ilə təhsil, baytarlıq və vergi siyasəti ilə bağlı mühüm razılaşmalar imzalanıb. Görüşlərin çox məhsuldar və faydalı olduğu, eyni zamanda bölgədə sülhün təmin olunmasına mühüm töhfələr verəcəyi şübhəsizdir..

Leyla Fərəcova



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap