| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Türkiyənin ədalət savaşı:“Sülh çeşməsi“ni qısqananlar
Tarix 15.10.19, 22:19 |
|
Ankaranın Suriyanın şimalında hərbi əməliyyatlara başlamasına dünyanın böyük dövlətlərinin reaksiyası fərqli olub. Gah yol göstərir, gah hədələyir, gah da müəyyən şərtlər qoyurlar. Xüsusilə Amerikadan müxtəlif fikirlər səslənir. Hətta Donald Trampı milli qürur hissinin olmamasında suçlayırlar.
Burada elə hesab edirlər ki, ABŞ-ın Türkiyəni “cəzalandırmağa” haqqı var. Digərləri Vladimir Putindən addım gözləyirlər. Bir başqaları isə Fransa və Böyük Britaniyaya ümid edirlər. Onların hamısının dərdi birdir: Türkiyənin terrorçulara qarşı apardığı həbi əməliyyatı pozmaq! Ancaq qəribədir ki, bu dairələr, nədənsə, Türkiyənin də böyük dövlət olduğunu və ən əsası, özünü müdafiə etdiyini “unudurlar”. Əslində, unutmurlar, sadəcə, özlərini elə aparırlar.
Terrorla mübarizə: ikili standart mərəzi
Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatı dünyanı qarışdırıb. Böyük dövlətlərin məsələyə münasibəti isə geosiyasi kontekstdə çox maraqlıdır. Çünki ortaya indiyə qədər müxtəlif diplomatik ibarələr altında gizlənən məqamlar çıxır. Onlar göstərir ki, özünü dünyanın ən güclüləri sayanlar, əslində, özlərindən başqa kimsəni düşünmürlər. Onlar ədalətli və real siyasi mövqedən, təəssüf ki, çox uzaqdırlar. Əksər hallarda özlərini hakimi-mütləq kimi aparmağa çalışırlar. Başqalarına ağıl öyrətmək kimi absurd bir işə girişirlər. Reallıq isə tamamilə fərqli bir mənzərəni ortaya qoyur.
Öncə çox sadə bir suala cavab vermək lazımdır: Suriyada illərdir davam edən hansı proseslərə görə Türkiyə burada hərbi əməliyyat keçirmək fikrinə düşdü? Yəni Suriya Türkiyə ilə 900 kilometrdən çox ortaq sərhədi olan bir dövlət kimi hansı vəziyyətdədir, nələrlə üz-üzədir? Bu suala cavab axtarmayanlar Ankaranı “Suriyanı işğal etməkdə” günahlandırmağa çalışırlar. Obyektiv mənzərə belədir: Suriyada ABŞ, Rusiya, İngiltərə, Fransa, Almaniya, İran və digər dövlətlərin hərbi gücləri, bazaları vardır. Ən çox bazaya Amerika sahibdir. Rusiya böyük hərbi qüvvə ilə bir neçə hərbi baza qurub. İran yüzlərlə xüsusi hərbi dəstələri çoxdandır ki, Suriyada istifadə edir.
Bəs bu qədər kənar hərbi qüvvənin Suriyada nə işi var? Məsələn, hansı səbəblərdən İran və Rusiya öz insanlarının Suriyada öldürülməsinə razıdırlar? Maraq nədən ibarətdir? Eyni sualı amerikalılar, ingilislər, fransızlar və digərləri haqqında da vermək olar. Adı çəkilən ölkələr Suriyada bəlli bölgələrdə at oynadır və bir-birlərini Suriyanı işğal etməkdə ittiham edirlər. Məsələn, amerikalılar deyir ki, iranlılar çəkilib getməlidirlər, iranlılar deyirlər ki, əsl işğalçı ABŞ-dır. Bəziləri də Bəşər Əsədin ağzı ilə danışır və istədiyi yerə bomba atırlar. Kim öldü-öldü, onlar üçün fərq etməz, əsas odur ki, yeni silahları sınaqdan çıxara bilir və Suriyada “sakitlik yaradırlar”. Hələb xaraba, Dəməşq darmadağın, 11 milyon suriyalı qaçqın, lakin sadalanan ölkələr Suriyanın sakitliyindən, münaqişənin siyasi yolla həll məsələsindən danışırlar.
Türkiyə 4 milyona yaxın suriyalı qaçqını ərazisində saxlayır və onlara 40 milyard ABŞ dolları həcmində xərc çəkib. Nə üçün? Suriyaya sülh gətirdiklərindən dəm vuran “supergüclər” neçə suriyalını saxlayır? Nəinki saxlamır, hətta Avropanın güclü sayılan ölkələri Fransa, Almaniya, Böyük Britaniya “onlar gəlməsin”, deyə özlərini didirlər. Əcəba, Suriyada sülh yaratmaq beləmi olur? Sən suriyalını normal adam saymayacaqsan, ancaq Suriyada sakitliyin, sülhün olmasını istədiyindən bəhs edəcəksən! Hətta bəzi müsəlman ölkələr belə suriyalıları yaxına buraxmır! Amma iddiaları böyükdür. Özü də Suriya məsələsinin necə həll edilməli olduğunu “bilirlər”!
Gələk Türkiyəyə. İllərdir ki, Türkiyənin ərazisini Suriyadakı radikal cihadçı qruplar həm sərhədin o tərəfindən atəşə tuturlar, həm də ölkə ərazisində terror aktları törədirlər. İndi özlərini Suriyaya dayaq kimi göstərən ölkələr isə sözdə təəssüflənməkdən başqa heç bir iş görmədilər. Onlar həmin hadisələrə görə Suriyada antiterror əməliyyatı keçirmədilər. Özlərini elə apardılar ki, sanki dinc Türkiyə vətəndaşlarını qətlə yetirmək qəhrəmanlıqdır. Üstəlik, Türkiyəni hədəf alan terrorçulardan ABŞ, Rusiya, Avropa silahları çıxırdı. İndi də belədir. Heç bir dəyişiklik yoxdur. PKK-lı terrorçular fəxr edirdilər ki, Amerika onlara silah verib. “Kalaşnikov” da terrorçuların ən çox istifadə etdikləri “klassik silahdır”.
Sülh və ədalət naminə: türk ordusunun missiyası
Belə bir vəziyyətdə Ankara nə etməli idi? Əlbəttə, özünü müdafiə etməlidir. Hərbi əməliyyat bunun üçündür. Ancaq “böyük dövlətlər” yenə də ədaləti unudurlar. Onlar indi də “müdrikdirlər”! Biri Türkiyəyə hədə gəlir ki, “çəkdiyim xətti keçsən, vay halına”, o birisi Aşqabaddan səslənir ki, “əmin deyiləm ki, türklər İŞİD-ə nəzarət edə bilsinlər”! Biri deyir ki, Türkiyənin hərbi əməliyyatına səs vermirəm (heç vermə!), digəri söyləyir ki, “Suriyanın ərazi bütövlüyü zərər görməməlidir”! Əgər belə ağıllı, güclü, ədalətli və qətiyyətlisinizsə, bir neçə ildir nə üçün nə İŞİD-dən yaxa qurtara, nə də Suriyanın ərazi bütövlüyünü təmin edə bilirsiniz?! Amma başqasına yol göstərməyə çalışırsınız. Hələ Suriya ilə heç bir sərhədinizin olmadığı reallığını demirik.
İndi Türkiyə bütün bunların fonunda konkret addımını atır. Ankara Suriyanın müəyyən ərazisində olan və ona birbaşa təhdid yaradan terror qruplarına qarşı hərbi əməliyyat keçirir. Proseslər göstərir ki, doğrudan da, terrorçular çox qəddarlıq edirlər. Onlar dinc insanların arxasında gizlənərək Türkiyədə yaşayan insanları qətlə yetirir və hərbçiləri şəhid edirlər. Türkiyənin əyalətlərinə atılan raketlər artıq on səkkiz dinc sakinin həyatına son qoyub. Hazırda daha neçə günahsızın qətlə yetirildiyi məlum deyil. Bundan başqa, hərbi əməliyyatın keçirildiyi ərazilərdən olan Tel Abyadın kəndlərindən birində gizlənən terrorçular Suriya milli ordusunun dörd əsgərini şəhid ediblər.
Görəsən, terrorçular Amerikada və ya Avropada bir körpəni qətlə yetirsələr, onlar necə reaksiya verəcəklər? Təbii ki, var gücləri ilə terrorçulara qarşı müharibəyə başlayacaqlar. Elə indi də bu ölkələrin KİV-lərində neçə terrorçunu məhv etdiklərini kəskin dillə yazılar. D.Tramp bir neçə gün öncə qürurla yazdı ki, Üsamə ben Ladenin oğlunu öldürüblər. Avropa mətbuatı da tez-tez informasiya yayır ki, filan qədər İŞİD-çini məhv ediblər. Lakin bunların heç birində nə insan haqlarından danışır, nə də mənfi söz deyirlər. Heç Türkiyə də xəbərdarlıq etmir ki, Amerika və ya Avropada hədlərini aşmasınlar, dinc sakinləri qətlə yetirməsinlər. Çünki Ankara terrorun nə bəla olduğunu yaxşı bilir və ədalətli davranır. Digərlərinin də eyni cür davranması zamanı gəlməyibmi?
Bunlar bir yana, bir sıra dairələr özlərini çox zora salırlar. Onlar tələb edirlər ki, Türkiyəyə qarşı hərbi əməliyyatlara başlasınlar. Türklərin “dərsini versinlər”. D.Trampın qüruru yoxdur! Qərb öz marağını niyə qorumur? Fransa və Böyük Britaniya isə Türkiyə məsələsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıblar. Onlar Türkiyəni dayandırmaq üçün BMT-dən sənəd tələb ediblər. Kiçik bir müqayisə aparaq.
Fransa ATƏT-in Minsk qrupunda həmsədr dövlətlərdən biridir və guya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edir. Ancaq bu “sülh qaranquşu” bir dəfə də olsun işğalçı Ermənistandan zəbt etdiyi ərazilərdən çıxmağı tələb edibmi? Və yaxud BMT TŞ-nin qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsi üçün hansı konkret addımı atıb? Niyə BMT TŞ-də Ermənistanın həmin təşkilatın sənədlərini yerinə yetirmədiyinə görə, müzakirəyə çıxarılmasına çağırmayıb? Zərrə qədər də etməyib, əksinə, Ermənistana hər fürsətdə dəstək verib, yardımlar göndərib. Hətta Frankofoniya təşkilatının tədbirini İrəvanda keçiriblər və orada Emmanuel Makron ifadə etdi ki, “ermənilərlə fransızlar qohumdurlar”! Lakin Paris tələm-tələsik BMT-də “Türkiyəni durdurun”, deyə dünyaya səslənir.
Dünya həqiqətən də “beşdən böyükdür”. Ancaq bu “beşlik” dünyanı çox qarışdırır, insanları çaşdırır. Türkiyə bu ehkamı dağıtmış kimi görünür. “Sülh çeşməsi” həm də dünyaya bir cəsarət örnəyi olur. Türklər tarixdə növbəti dəfə sübut edirlər ki, onlar yenilməzdirlər, çünki ədalətlidirlər. Türkiyə haqlı və ədalətli savaşı ilə dünyanın bütün məzlumlarına güc verir.
Hələlik, türk ordusu qarşısına qoyduğu hədəfə doğru irəliləyir – terrorçular məhv edilir! Ancaq qarşıda çox uzun yol vardır. Nəzərə almaq lazımdır ki, xaricdən minlərlə terrorçunu silahlandırıblar. İndi onları xilas etməyə çalışırlar. İstəyirlər ki, birtəhər türk əsgərinin əlindən alıb, kənara çəksinlər. Bunu etsinlər ki, bir neçə il sonra indiki kabus yenidən yaşansın. Müsəlmanlar bir-birini qırsınlar, ondan dividendi isə “supergüclər” götürsünlər!
Bir zamanlar Frensis Fukuyama “tarixin sonu” ifadəsini işlətmişdi. Bu olmadı. Tarix davam edir. Ancaq tarixdəki pisliklərin, ikili yanaşmanın və ədalətsizliyin sonu gələ bilər. Qərb, heç olmasa, bunu etsin!
Newtimes.az
Xəbərin oxunma sayı : 469
Analiz
Xəbərlər
-
Gələn ilin buraxılış imtahanlarının proqramlarında dəyişiklik olacaq? - VİDEO
-
Sakinlərin 10 min manata ərsəyə gətirdiyi uşaq meydançasını sökdülər - VİDEO
-
Trampla Putinin telefon danışığı oldu - Əsas məqamlar
-
Bakıda gecə “avtomobil ovu“ - 7 maşının şüşəsini sındırıb oğurluq etdi
-
“İçərişəhər”in yeni strukturu bəlli oldu - QƏRAR
-
Azərbaycanda kredit həcmi 33,9 milyard manata çatıb - Statistika
-
Qışda isinmək üçün 83 min manatlıq ziyan - 39 ağacı kəsib odun etdi
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs
-
Şəkidə istirahət mərkəzində kanat qırıldı - 2 nəfər öldü
-
Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi
-
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı - 10,4 milyon qiyməti var
-
Tanınmış modelyer Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Şok ittihamla
-
Xəbəriniz olmadan adınıza rəsmiləşdirilən onlayn kreditlərlə bağlı - Xəbərdarlıq
-
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
-
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mətanət İsgəndərli 25 il “cavanlaşdı“ - Yeni görünüşü müzakirə yaratdı (VİDEO)
-
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Araşdırma
-
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır - “Blumberq”
-
Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı - VİDEO
-
Hansı ölkələrin şagirdləri daha savadlıdır? - “PISA 2025”in nəticələri açıqlandı
-
“Sabah Residenc”in uçan fasadını “Avant Grup” düzıldibmiş - VİDEO
-
Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ
-
Koxalski “Qarabağ“dan bu kluba keçdi - RƏSMİ
-
600-dən çox bal topladılar: müəllimlik ixtisasını seçdilər (FOTO)
-
Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi - SİYAHI
-
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
-
Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı
-
Hacıqabulda 85 min manatlıq abadlıq - Sevindik Hətəmov da “MM İnşaat Group“u seçdi
-
Azərbaycanda üç adamdan ikisi oxuduğunu anlamır - Emin Əmrullayev
-
Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
-
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?
-
“Azərbaycanlı şagirdlər belə məsələlərin şərhində çətinlik çəkirlər” - Nazir
-
“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub
-
“Uşaqlar hamısı xəstəlik tutub, dərdimizə əlac edən yoxdur” - Video
-
ABŞ-ın Moskva və Kiyev diplomatiyası: Sülh planı niyə nəticəsiz qaldı?
-
Xəzərlə bağlı xəbərdarlıq: “Sahildən 12 kilometrədək uzaqlaşa bilər“
-
Bu şəxslər pensiya ala bilməyəcək - Nazirlikdən açıqlama
-
Polisdən əməliyyat: 156 axtarışda olan şəxs saxlanıldı
-
Xırdalanda daş sexinin fəaliyyətindən narazılıq - VİDEO
-
Azərbaycanda “buzov pulu” artırıldı - 50-250 manat veriləcək
-
Qazinin əlilliyi niyə dayandırılıb? - VİDEO
-
Yeni tikilən binalara yeni tələb - VİDEO
-
ABŞ Ukraynaya “qış yardım paketi” ayıra bilər - Zelenski
-
Bakıda məktəbdə qalmaqal: 9-cu sinif şagirdləri məktəbdən çıxarılır? (VİDEO)
-
“Hörmüz boğazı tam blokadaya alına bilər” - Möhsün Rezai
-
“Valentino“ restoranından şikayət - “Kababın tüstüsündən evdə oturmaq olmur“
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Məhsul bol olsa da qiymətdən şikayətçidirlər - VİDEO
-
“Neft qiymətləri hər kəsi çətinliyə salacaq“ - Ərdoğan
-
Zelenskidən mühüm mesaj - Danışıqlar olmadan nəticə olmayacaq
-
Avtobuslarda ödəniş sistemi dəyişdirilir: Nə qədər ödəyəcəyik?
-
“Qızıl top”u özümə verərdim, bu oğurluq olmazdı” - Mbappe
-
“Türkiyəyə düşmənçilik edənlər itirəcəklər” - Ərdoğan
-
Azərbaycan vətəndaşı Gürcüstanda itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
-
300 balı sayılmayıb sonra 627-yə yüksələn - Əhməd haradadır?
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Binəqədi rayonunda yeni tikilən binada yanğın - VİDEO
-
Ən çox və ən az əməliyyat edən investisiya şirkətləri - SİYAHI
-
“Tramp möhkəm sülh üçün səy göstərir“ - Stiv Uitkoff
-
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
-
Beyləqanda avtomobillər toqquşub - Ölən və yaralanan var
-
Trampın elçilərinin Kiyev və Moskvaya səfəri nəticəsiz başa çatdı - “Financial Times”
-
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
-
Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? - VİDEO
-
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
-
Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı
-
İrandan ABŞ-a açıq təhdid: “Bizə hücum etsəniz, cavab verəcəyik”
-
Anar Məmmədliyə 13, Anar Abdullayevə isə 12 il iş verildi - Məhkəmədən qərar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Komitə Abşeronda 6 eşşəyin qaldığını açıqlamışdı... - VİDEO
-
Seçim qarşısında qoyulacaq... - Paşinyanı Moskvada nə gözləyir
-
ANAMA İctimai Birlikdən mal-material alır - Şübhəli satınalma
-
Bəzi yerlərə leysan yağır - Güclü külək əsir
-
Yaxın Şərqdə nəqliyyat böhranı: Neftin qiyməti 120 dollara qalxa bilər
-
“Atamın müqaviləsinə müddəti başa çatmamış xitam verildi” - VİDEO
-
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
-
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb - RƏQƏMLƏR
-
Məmur Natiq Hümmətov, onun qardaşı, iki şirkət və 200 milyon manat...
-
İpoteka və Kredit Zəmanət Fondu rəhbəri dəyişdi - SƏRƏNCAM
-
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib - Cütü 3,5 dollara
-
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
-
Vladimir Putin İlham Əliyevə zəng edib - Müzakirə
-
Bakıda “lombard əməliyyatı“ - 22 800 manatlıq dələduzluq
-
Seriyalı qatillər ən çox hansı ölkələrdə qeydə alınıb? - Siyahı
-
Ayı piyindən sabun bişirilən kənd: Zaqatalanın Sabunçusu (VİDEO)
-
Bakıda mənzillərin ən çox ucuzlaşdığı və bahalaşdığı ərazilər açıqlandı - SİYAHI
-
Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
-
“Azərbaycan 2032-ci ildən 2 yeni yaşıl enerji dəhlizini istifadəyə verəcək“ - Pərviz Şahbazov
-
Başqasının kosmetikasından “ortaq” istifadə qətiyyən olmaz - Nazirlik
-
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
-
Azərbaycanda bağçılıq subsidiyalarının şərtləri sadələşdirilib - Bu tələb aradan qaldırılır
-
Səkidə yerləşdirilən lövhə piyadaların hərəkətini çətinləşdirdi - VİDEO
-
Kənd təsərrüfatında potensial təhlükə: Avadanlıqlar casusluq alətinə çevrilə bilər?
-
Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
-
25 min manata yaxın pul yığıb yol çəkdirdilər, üç gün sonra dağıldı - VİDEO
-
Avropa İttifaqının şengen vizasını elektronlaşdırması azərbaycanlı turistlər üçün nəyi dəyişəcək? - VİDEO
-
“Qərarı göstərin, tabe olaq“ - Xətaidə qaraj QALMAQALI - VİDEO
-
Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq - Rzayi açıqlayıb
-
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
-
Bakıda leysan, bölgələrdə şimşək və dolu... - Xəbərdarlıq
-
Azərbaycanda bu maşınlara tələbat artdı - VİDEO
-
Prezidentin sosial media hesablarından videoçarx paylaşılıb - VİDEO
-
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Xəbərdarlıq
-
Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
-
Putin müharibəni yalnız bu şərtlə dayandıracağını açıqlayıb - Bloomberg
-
Bakıda mənzillərin ən çox ucuzlaşdığı və bahalaşdığı ərazilər açıqlanıb - Siyahı
-
Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı - FOTO
-
ABŞ məğlubiyyətini iqtisadi təzyiqlə kompensasiya etməyə çalışır - Abdullahi
-
Kənddə yaşayanlar kənd təsərrüfatından nə qədər qazanır? - Siyahı
-
Müharibənin başa çatmasını yaxınlaşdırmağa hazırıq - Zelenski
-
Bakının göydələnləri, yoxsa başımızın üstündən asılan “Gilyotin“? - FOTOLAR
-
Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşüb - FOTO
-
Heyvan sayında azalma - Mal əti daha da bahalaşacaq?
-
Dolu düşəcək, qar yağacaq - Sabahın hava proqnozu
-
Prezident Hərbi Dəniz Qüvvələrində olub - FOTOLAR
-
Azərbaycanda uşaq böyütmək neçəyə başa gəlir? - RƏQƏMLƏR
-
Bakıda daha bir çimərlik vətəndaşların əlindən alınır? - FOTOLAR
TOP 10
ARXİV






