Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“AAAF Park“-dakı qanunsuz tikili - Rüşvət və digər iddalar...

Tarix 28.02.25, 8:14

Font ölçüsü : - / +
bitmap-img6


Aidiyyatı qurumları “susdurmuşuq“ deyən Namiq Məmmədov hansı mesajı verir?

Bir müddət öncə ölkə mediasında Abşeron rayonunda "AAAF Park" Yaşayış Kompleksinin girişində inşa edilən qanunsuz obyektlə bağlı çoxsaylı məlumatlar dərc edilsə də aidiyyatı dövlət qurumları qanunun tələblərinə uyğun olaraq heç bir tədbir görmədilər. 

Tikinti işi başa çatdı və məlum oldu ki, inşa edilən qanunsuz obyekt restoran olacaq. Mətbuatın iddiasına görə qanunsuz tikinti  "AAAF Park" Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərovun yaxın dostu, iş adamı Vüqar Sədizadəyə məxsusdur. Dövlət qurumlarının qanunsuz tikintini görməzdən gəlmələrinin səbəbi isə tikinti sahibinin lazımı olan yerlərlə "anlaşması" ilə izah edildi. 

AzFakt.com-un məlumatına görə sosial şəbəkələrdə "AAAF Park" Yaşayış Kompleksinin girişində inşa edilən qanunsuz obyektlə bağlı yazılan şərhlərdə iddia edilir ki, tikintiyə rəhbərlik edən Namiq Məmmədov adlı şəxs ərazidə yaşayan sakinlərə bildirib ki, aidiyyatı qurumları "susdurmuşam". Şərhlərdə yazılanlara görə iş icraçısı Namiq Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN-nin tikinti idarəösi və Abşeron icra Hakimiyyətinin məsul şəxsləri ilə "anlaşıb". 

Bizim ölkədə birisi "anlaşmaqdan" danışırsa, söhbətin nədən getdiyini hər kəs bilir. Doğrudanmı Namiq Məmmədov çəkinmədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN-nin tikinti idarəsi və Abşeron icra Hakimiyyətinin məsul şəxslərinə rüşvət verdiyini  iddia edir? Bəlkə Namiq Məmmədov bu sözləri açıq şəkildə deməklə bu qurumlara açıq mesaj göndərib?

Maraqlıdır, görəsən Namiq Məmmədovun bu iddaları ilə bağlı adı çəkilən qurumların çəsul şəxsləri nə düşünürlər?..

Xatırladaq ki, AAAF kompleksinin girişində qanunsuz obyektin tikintisinə reaksiya verməyən adı keçən əlaqədar üurumlar dolayısı ilə Namiq Məmmədovun iddialarının goğru olduğunu sübut etməkdədirlər.



Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap