Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Bizim İrana heç bir borcumuz yoxdur” - Ərdoğan

Tarix 27.01.22, 10:22

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalının efirində jurnalistlərin suallarını cavablandırıb.

O, gecə saat 3-dək yatmadığını, qarın yaratdığı problemlərlə bağlı hadisələri izlədiyini, müvafiq qurumlarla daim əlaqə saxladığını bildirib.

Dövlət başçısı bir müddət öncə İrandan Türkiyəyə qaz verilişinin dayandırılmasını da şərh edib. O, ölkəsinin İslam Respublikasına borclu olmadığını bəyan edib.

“Bizim İrana heç bir borcumuz yoxdur. İran prezidenti ilə görüşümdə dedilər ki, nasazlıq səbəbindən 10-15 gün gecikmə olacaq. Hazırda İranda qış şəraiti sərtdir. Onlar da bu vəziyyətə görə çətinlik çəkdiklərini bildiriblər”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti Ukrayna böhranına da toxunub və gərginliyin dərhal bitməsini istədiklərini vurğulayıb.

“Bölgə bizim bölgəmizdir. Biz istəyirik ki, mövcud gərginlik yeni böhrana çevrilməmiş bitsin. Mən bu mesajları dövlət başçılarına çatdırmışam və bundan sonra da çatdıracağam. Biz regionumuzda sülh və sabitlik istəyirik. Əgər istəsələr, iki ölkənin liderlərini ölkəmizdə bir araya gətirməklə sülh mühiti yarada bilərik. Region qeyri-sabitlikdən kifayət qədər əziyyət çəkib. Biz daha çox ağrı və müharibə istəmirik. Arzumuz problemin dialoq və diplomatiya yolu ilə həllini tapmasıdır. Biz tərəflərin konstruktiv fəaliyyət göstərməsi üçün çağırışlarımızı davam etdiririk. Bununla belə, NATO üzvü olaraq üzərimizə düşəni yerinə yetirməyə də hazırıq”, - deyə dövlət başçısı bildirib.

Həmçinin, Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyəyə səfərə dəvət etdiyini və ondan cavab gözlədiyini qeyd edib.

Mənbə: “Haber Global”



Xəbərin oxunma sayı : 835




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap