Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Caliber”: Paşinyan ad gününü Qərbin isti qucağında keçirir - VİDEO

Tarix 01.06.21, 23:14

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan hazırda Fransada rəsmi səfərdədir. İyunun 1-i həm də onun ad günüdür və Ermənistan hökumətinin başçısı özü üçün əlamətdar olan bir günü Qərbin isti qucağında keçirir.

Bu barədə "Caliber”in "YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

"Beləliklə də Ermənistanın Baş naziri səlahiyyətlərinin icraçısı iyunun 1-də Parisə gəlib. Burada onu Emmanuel Makronun isti qucağı gözləyir (hər halda, ötən dəfə belə idi). Fransa prezidenti ilə danışıqlardan sonra ölkənin Milli Məclisi və Senat sədrləri Rişar Ferran və Jeron Larşe ilə açıq şəkildə protokol xarakterli görüşlər olacaq. Növbəti gündə isə Paşinyan NATO-nun yuvasında – Brüsseldə Avropa Şurasının sədri Şarl Mişellə görüşəcək.

Maraqlısı budur ki, faktiki olaraq diplomatik arxa cəbhənin yoxluğu Paşinyanı heç də narahat etmir. Belə ki, ötən ilin noyabrında təyin olunmuş ölkənin XİN başçısı Ara Ayvazyanın ardından, onun müavinləri, hətta nazirliyin mətbuat katibi də istefa verib.

Qeyd edək ki, öncəki xarici işlər naziri də Paşinyanla fikir ayrılıqları səbəbindən vəzifəsini tərk etmişdi. Görünən odur ki, hökumət başçısının istər diplomatlar, istərsə də hərbçilər olsun, peşəkarlara ehtiyacı yoxdur”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı "Caliber”in yeni süjetində:








Xəbərin oxunma sayı : 1081




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap