“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

“Fransız hərbçiləri artıq Donbasdadır” – Fransadan olan hərbi müxbir

Tarix 08.05.24, 12:24

Font ölçüsü : - / +
bitmap-img6


Qondarma Donbass Xalq Respublikasında yaşayan və işləyən Fransadan olan hərbi müxbir Kristel Nean fransız hərbçilərinin artıq Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşdüklərinə əmin olduğunu bidirib.

Yeniavaz.com xəbər verir ki, o, TASS-a verdiyi müsahibədə bunların Fransa ordusunun peşəkar hərbçiləri və ya keçmiş əsgərləri olduğuna əminliyini ifadə edib.

Açıklama yok.

“Mən demək olar ki, Ukraynada döyüş meydanında fransız əsgərlərinin olduğuna əminəm. Çünki “Sezar” özüyeriyən artilleriya qurğularını Ukrayna hərbçiləri təlimsiz idarə edə bilməz”, - Nean deyib.
O, əlavə edib ki, hazırda Ukraynada insanları faktiki olaraq küçədən səfərbər edirlər, onlara cəmi iki-üç həftə təlim keçir və səfərbərlik çərçivəsində cəbhəyə göndərirlər.
“Məsələyə obyektiv yanaşsaq, siz üç həftəlik təlimdən sonra özüyeriyən silahlardan istifadə edə bilməzsiniz. Deməli, bu qurğulardan başqa, daha təcrübəli biri istifadə edir. Aydın görünür ki, bunlar artıq döyüş təcrübəsi olan, özüyeriyən silahlardan istifadə edən insanlardır. Bu o deməkdir ki, onlar ya peşəkar hərbi qulluqçular, ya da keçmiş əsgərlərdir. Ona görə də düşünürəm ki, döyüş meydanında artıq fransız əsgərləri var”, - Nean bildirib.
O qeyd edib ki, bunu Xarkovda muzdlulara hücumdan sonra Fransa səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması da göstərə bilər. Neanın sözlərinə görə, hazırda Ukraynada fransız hərbi qulluqçularının kiçik qrupları ola bilər, çünki bu, Fransanın siyasi rəhbərliyi üçün daha az risk təşkil edir.
“İndi böyük bir qrup göndərmək Makron üçün böyük risk olar. Əgər onlar kütləvi şəkildə ölsələr, o, cavab vermək məcburiyyətində qalar”, - Nean əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Fransa lideri Britaniyanın “The Economist” jurnalına müsahibəsində Rusiya qoşunlarının cəbhə xəttini yaracağı təqdirdə, Kiyevin tələbi ilə Ukraynaya qoşun göndərmək məsələsinə baxmağın vacib olduğunu bildirmiş, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu sözlərin gərginliyin görünməmiş yeni mərhələsi olduğunu ifadə etmişdi.



Xəbərin oxunma sayı : 952




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap