| |
|
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
Əhaliyə texniki kartof satılır? - ARAŞDIRMA
Tarix 20.01.26, 13:24 |
|
Son vaxtlar bazarlarda insan qidası adı altında əslində heyvan yemi üçün nəzərdə tutulmuş texniki kartof satıldığına dair iddialar var. Bildirilir ki, bu kartofun haradan gəldiyi, necə saxlanıldığı və yetişdrilməsində hansı kimyəvi maddələrdən istifadə olunduğu barədə heç bir məlumat yoxdur. Ekspertlər deyir ki, bu kimi qida təhlükəsizliyi problemləri ciddi xəstəliklərin sürətlə yayılmasına, hətta gənc yaşlarda ortaya çıxmasına təsir göstərir.
Ekspert Vahid Məhərrəmli Qaynar.info-ya deyib ki, kartofun üç növü var:
“Birincisi, yemlik sort - mal-qara üçün yem. İkincisi, texniki sort, ondan sənayedə kraxmal istehsalında istifadə olunur. Bir də bizim bildiyimiz ərzaq üçün kartof. İnsanların nə yemlik, nə də texniki kartofu yeməsi məsləhət deyil. Nəyə görə? Texniki sortu torpaqdan çıxardandan sonra bir qədər açıq şəraitdə saxlayırlar. Harda ki, torpaqdan çıxarırlarsa oradaca sərirlər. Günəşin şüaları kartofun rəngini dəyişir. Kartoflarda solanin əmələ gəlir. Bu zaman günəş şüalarından kartofun rəngi yaşıl olur”.
Qeyd edək ki, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu bölgü ilə razılaşmır:
“Texniki kartof deyilən anlayış yoxdur. Çipsi istehsalı üçün olan kartof var, süfrəlik kartof var, salatlıq kartof var və sairə. Bir neçə sort var. Heyvandarlıq təsərrüfatı üçün xüsusi kartof istehsal olunmur, belə bir kartof mövcud deyil. Bir də faraş kartof var. Bu, saxlanılmır, qabığı soyulan kartofdur.
Azərbaycana xaricdən keyfiyyətsiz kartof gətirilə bilər. Əvvəllər də gətirilirdi. Xəstə kartof da olurdu. Sonra həmin bitki mənşəli xəstəliklər ölkədə yayıla bilirdi. Amma bunun qarşısını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) alır. AQTA məhsulu yoxlayır, bəzən geri qaytarır. O cəhətdən bu dəqiqə nəzarət var. Mən İrandan Azərbaycana texniki kartof gətirilməsi barədə deyilən iddialara inanmıram. Keyfiyyətsiz kartof gələ bilər, onun da qarşısını AQTA alır. Hər bir idxal olunan məhsuldan nümunələr götürülür, partiyalara baxış keçirilir, ondan sonra onun Azərbaycanda dövriyyəsinə və gömrük işlərinə icazə verilir” (APA).
Kartof növləri və onun mümkün zərərləri barədə qısa araşdırma apardıq. Ən böyük kartof istehsalçılarından olan Rusiyada keyfiyyətə nəzarət üzrə dövlət xidməti “Roskaçestva”nın arayışına görə, kartof sortları təyinatına görə süfrə kartofu, sənaye (zavod istehsalı), yem kartofu, universal kartof və yarımfabrikatlar üçün uyğun sortlar kimi təsnif edilir.
![]()
Çipsi, fri, kraxmal istehsalında sənaye emalı üçün nişasta və şəkər payı, həmçinin məhsuldarlığı yüksək olan kartof növlərindən istifadə olunur. Heyvandarlıq üçün xüsusi kartof yetişdirilmə texnologiyası yoxdur. Sadəcə, bu məqsədlə yetişdirmək üçün seçilən kartoflarda dada əhəmiyyət verilmir, əsas diqqət kök yumrularında qida maddələrinin - zülal və quru maddənin daha yüksək olmasına yetirilir.
Onu da bildirək ki, kartof, gecəgülü ailəsinə (və ya başqa sözlə, Solanaceae botanika cinsinə) aiddir. Kartofla bağlı ən təhlükəli məqam onun günəş şüaları altında qalaraq “yaşıllaşması”dır. Qurum belə kartofların əhaliyə satışına görə yüksək cərimələr tətbiq edib. Belə ki, kartof üç-dörd aydan çox saxlanıldıqda, kök yumruları, xüsusən də işığa məruz qalanlar solanin adlı güclü zəhər toplayaraq yaşıllaşır. Solanin (latınca “Solanum” – “gecəgülü” sözündən) bitki qlikozididir (alkaloid). Zəhərli üzvi birləşmədir. Steroidlərlə kimyəvi cəhətdən əlaqəli olan bu bitki gecəgülü ailəsinin bitkilərində olur. İnsanlar və heyvanlar tərəfindən çox miqdarda solaninin qəbul edilməsi zəhərlənməyə səbəb olur.
İşıq və fiziki zədələnməyə məruz qalma kartofun kök yumrularında qlikoalkaloid səviyyəsinin artmasına gətirib çıxarır. Qlikoalkaloidlər xüsusilə dərinin altında, yaşıl və cücərmiş kök yumrularında cəmləşir. Onlar mərkəzi sinir sistemini zəiflədir və baş ağrılarına, ishala, susuzluğa, qızdırmaya, qıcolmalara və ağır hallarda ölümə səbəb ola bilər. Mərkəzi sinir sisteminə təsiri nəticəsində düşüncə yavaşlayır, qavrayışın aydınlığı azalır, hərəkətlərdə qeyri-müəyyənlik yaranır, düzgün qərarlar qəbul etmək qabiliyyəti pozulur və insanın iradəsi zəifləyir.
Bundan əlavə, əsasən sənaye emalı üçün yetişdirilən kartofa xlorprofam (saxlama zamanı kartofun cücərməsinin qarşısını almaq üçün istifadə olunan bitki böyümə tənzimləyicisi) və tiametoksam (Kolorado kartof böcəyi də daxil olmaqla zərərvericilərə qarşı mübarizə vasitəsi) vurulur. Bu maddələrdən istifadə müəyyən olunmuş normadan yüksək olarsa, insan orqanizmi üçün təhlükə yaradır. Lakin xlorprofam yalnız emal, məsələn, kartof çipsi istehsalı üçün nəzərdə tutulmuş kartoflarda istifadə olunur. Yəni belə maddələr yalnız termik emaldan keçiriləcək məhsula vurulmalıdır. Yaxud bu maddə vurulan kartof pərakəndə satışa çıxarılmamalıdır.
Kartof yetişdirilərkən ona azot gübrələri vurulur – bu, kök yumrularında nitratların toplanmasına səbəb olur. Nitratların müəyyən miqdarda - 250 mq/kq həcmində olması insan üçün təhlükə yaratmır. Lakin ondan yüksək həddə istifadə xüsusilə yeni yetişmiş kartofların istehlakı zamanı insan orqanizminə mənfi təsir göstərir. Bu baxımdan kartof nə qədər çox qalarsa, onun tərkibindəki nitratların miqdarı o qədər azalar. Çünki zamanla nitratlar sağlamlıq üçün təhlükəsiz olan zülal və azot birləşmələrinə çevrilir. Mütəxəssislər təzə kartofdan istifadə zamanı bişirməzdən əvvəl onun qabığını soyaraq 30 dəqiqəyə qədər suda saxlamağı məsləhət görürlər. Bu, onun tərkibində nitratları kəskin azaldır.
Azərbaycanda kartof istehsalında sənaye üsulundan geniş istifadə olunur. Bu sahədə gübrələrdən istifadəyə nəzarət vacibdir. Son illərdə kartof istehsalının azalması fonunda idxalın artması ölkəyə gətirilən kartofların keyfiyyət məsələsini də ön plana çıxarır. Xüsusilə İrandan idxal olunan kartofların keyfiyyəti ilə bağlı çoxsaylı məlumatlar yayılır. Musavat.com-un bununla bağlı sorğusuna cavab olaraq, AQTA-dan verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən idxal olunan kartof məhsuluna nəzarət zamanı aparılan risk qiymətləndirilməsinə uyğun olaraq çirkləndiricilərin (ağır metallar, nitratlar), pestisid qalıqlarının, GMO göstəricilərinin, habelə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu yoxlanılır.
Yeri gəlmişkən, 2025-c ildə AQTA İrandan idxal edilən 47 400 kq ərzaqlıq kartof məhsulunda kartof gövdə nematodu müəyyən olunduğu üçün məhsul məhv edilib. Qırğızıstandan idxal olunan daha bir partiya toxumluq kartofda da zərərverici aşkarlanıb və məhsul məhv edilib. Belə faktlar hər il Rusiya, Belarus və digər ölkələrin məhsullarında da aşkarlanır. Lakin indiyədək kartofun tərkibində pestisid və digər kimyəvi preparat qalıqlarının aşkarlanmasına dair faktlara rast gəlinmir.
Musavat.com
Xəbərin oxunma sayı : 940
Sosial
Xəbərlər
-
Mehdiyevin evindən 17 milyon çıxıb - Əməliyyat görüntüləri + VİDEO
-
“Ermənistanın ABŞ nüvə texnologiyasını seçməsi Rusiyada suallar yaradıb“ - Zaxarova
-
Sabah havanın temperaturu 18 dərəcəyədək yüksələcək - PROQNOZ
-
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
-
“Elm və Təhsil Fondu“nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
-
Azərbaycanda ötən il ət məhsulları bu qədər bahalaşıb - STATİSTİKA
-
Mask işə qəbul prosesini açıqladı - Ənənəvi üsuldan istifadə edir
-
“Vüsal 300“ yenə köhnə ampulasında - Yüksək faiz, qanunsuz lizinq
-
Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib - FOTO
-
“ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda hakimiyyət dəyişikliyinə gətirib çıxarsın“ - Hakan Fidan
-
Pensiya kapitalı nə qədər artırıldı? - Depurtat rəqəmləri açıqladı
-
Nazir “qoca“ ləqəbli polkovniki vəzifəsindən azad etdi - FOTO
-
Azərbaycanda pasportu olan qoyunların sayı azalıb - SİYAHI
-
Cəlilabadda güclü qar: Ağac aşdı, bir nəfər xilas edildi (VİDEO)
-
“Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” - Video
-
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
-
Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
-
“Araz-Naxçıvan“ Premyer Liqadan gedir? - İDDİA
-
“İran müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır“ - Pezeşkian
-
“Qida məhsullarının bahalaşması davam edə bilər“ - VİDEO
-
Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin növbəti mərhələsinin konseptual çərçivəsi
-
Azərbaycan-ABŞ iqtisadi əlaqələri yeni mərhələdə
-
“Eltimin hədiyyəsidir, ailə biznesimizdir“ - Röyanın sözləri diqqət çəkdi
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - QALMAQAL
-
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi blokladı - Nə baş verir?
-
Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü - Məhkəmədə bəraət aldı
-
Bakıda bu ərazidə söküntü başlayır - Yeni tunel tikiləcək + VİDEO
-
ABŞ-la Azərbaycan arasında münasibətlər inkişafdadır
-
NATO “Arctic Sentry“ missiyasına başladığını elan edib - Arktikada mövcudluğunu gücləndirmək üçün
-
İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
-
“Burada oxuyan şagird necə yüksək bal toplasın?” - VİDEO
-
ABŞ Meksika və Kanada ilə üçtərəfli ticarət müqaviləsindən çıxa bilər - “Bloomberg“
-
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
-
Qadınlara qarşı zorakılığa biganə qalmayın! - DİN-dən çağırış - Video
-
Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir - İlham Əliyev
-
Almaniyada aviasiya böhranı: “Lufthansa“ işçilərinin tətili minlərlə sərnişinə təsir edəcək
-
Sosial şəbəkədə qeyri-etik sözlər işlətdi, həbs olundu - FOTO
-
“Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir“ - Dövlət başçısı
-
Yüzlərlə məktəb direktorsuz fəaliyyət göstərir: Həll yolu nədir?
-
Fransa yığmasının sabiq futbolçusu Qəbələdə - FOTO
-
Nazirlik Abid Şərifovun qızından ofis icarəyə götürüb - 35 min manata
-
Prezident İlham Əliyev müşavirə keçirdi - FOTO
-
“Verilən sənədlərə imza atmışam...“ - Abasquliyeva ifadə verib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hospitalın rəisi vəzifədən azad edilib - Yerinə təyinat oldu
-
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
-
Minlərlə manat ödəndi, sənəd verilmədi - MTK ilə sakinlər üz-üzə
-
Səfər iki ölkə arasındakı yüksəksəviyyəli etimadın və birbaşa liderlik dialoqunun mühüm nəticəsidir
-
Bu məktəblərə yeni direktorlar təyin olundu - ADLAR
-
Kolumbiya Prezidentinə sui-qəsd cəhdi - “Son 2 gündür ölümdən qaçıram”
-
Abşeron rayon Məmmədli kəndində qanunsuz tikintilər - Makler Ceyhun Mirzəyevi hansı məmur himayə edir?
-
Pensiyalar bu tarixdə tam ödəniləcək - 2 ayın artımı ilə birgə
-
Qar yağacaq, yollar buz bağlayacaq... - Sabah şaxta olacaq
-
Xətaidə fərdi yaşayış evləri uçmaq təhlükəsi ilə üz-üzə - VİDEO
-
Türkiyənin iki naziri dəyişdi - Ərdoğandan gözlənilən dəyişiklik
-
“Aİ Macarıstana “açıq müharibə“ elan edib“ - Orban
-
Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub - VİDEO
-
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
-
ABŞ vitse-prezidenti Vensin Azərbaycana rəsmi səfəri başa çatıb
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu
-
Prezident Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTOLAR
-
Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq - Bu tarixlərdə
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Nəriman ABŞ-da milyonçu olacaq - Maaşı açıqlandı
-
İlhamə Quliyevanın bacısı qızı həbs olundu - 811 min manatlıq dələduzluq
-
Qonşuların ödəmədiyi istliyin haqqının güdazına gedirlər - VİDEO
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub göndərdi - MƏTN
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb - RƏSMİ
-
Tramp İranla bağlı sərt danışdı: “Razılığa gəlməsələr...“
-
Əksər ərazilərə yağış, bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA
-
Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
-
Ağsuda niyə kənd məktəbi hasarsızdır? - VİDEO
-
“Qarabağ“ Nərimanı ABŞ klubuna neçəyə satıb? - MƏBLƏĞ
-
Taksi sürücülərinə bildiriş göndərildi - Qiymət bahalaşır?
-
Prezident və xanımı Vens ailəsi ilə - FOTOLAR
-
Bakıda yeni tunel tikiləcək - Daha bir ərazidə söküntü başlayır - Video
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri - Kim gəlir, kim gedir?
-
Bakıda bu binanın sakinləri qaz olmadığından evlərində papaq və palto ilə gəzirlər - ŞİKAYƏT
-
İzmirdə FETÖ-yə qarşı əməliyyat -12 nəfər saxlanılıb
-
Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
-
“Minlərlə uşaq bağçaya gedə bilmir” - Fazil Mustafa qanunun icrasını tənqid etdi
-
Xırdalan sakinləri illərdir mənzillərinə çıxarış ala bilmirlər - VİDEO
-
Qobustanda müştərilərin olduğu obyektin qapısını bağlayıb yandırdılar - VİDEO
-
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalandı - Tam MƏTN
-
İxtisas yox, iddia var:Ekologiya nazirliyində mümkün qanun pozuntusu
-
Neft embarqosu Kubada aviareysləri iflic edib - Adada minlərlə turist qalıb
-
Pensiya artmılarını necə hesablayaq? - Bu üsul ilə mümkündür
-
“Tramp marşrutu regionda sülhü gücləndirəcək“ - İlham Əliyev
-
Vardanyan məhkəmədə Füzulinin və Cavidin şeirlərini oxudu - Fotolar
-
“Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır“ - Ceyms Devid Vens
-
Ət bahalaşır, balıq bazarında vəziyyət necədir? - Bazardan reportaj
-
İlham Əliyev və Vens mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO
-
Nənə və nəvə dəm qazından boğularaq öldü - Qobustanda
-
Deputatın şirkəti 10,7 milyonluq sifariş alıb - “Azəri Med” hansı qurumların tenderlərini qazanıb?
-
İlham Əliyevlə Vensin geniş tərkibdə görüşü keçirildi - Fotolar
-
Azərbaycanda ən çox şikayət olunan bank məlum olub - SİYAHI
-
“Nəriman özündə deyildi, hər gün...“ - Qurban Qurbanov
-
İlham Əliyev Ceyms Vensi belə qarşıladı - FOTOLAR
-
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə gəlib - VİDEO + FOTO
-
Bakı və rayonlara qar yağacaq, yollar buz bağlayacaq - Sabahın havası
-
Yeni sədrin müavinləri təyin edildi – FOTOLAR + DOSYELƏR
-
Məhkəmədən Ramiz Mehdiyevlə bağlı yeni qərar - Ev dustaqlığı 4 ay uzadıldı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İsrail ABŞ ilə məsləhətləşmədən İrana hücum etməyəcək“ - Rəsmi Tehran
-
Nazir təyin edilən Rəşad İsmayılov kimdir? - DOSYE
-
Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTOLAR
-
m10-da ağlasığmaz talama - On milyonlarla vəsait oğurlanıb
-
Rəşad İsmayılov nazir təyin olundu - SƏRƏNCAM
-
Epşteynlə əlbir olan Maksvell ifadə verməkdən imtina etdi - Trampdan əfv istəyir
-
Prezidentin sədr təyin etdiyi Azər Mursaqulov kimdir? - DOSYE
-
Aİ daxilində kəşfiyyat paylaşımına nəzarət: Avropa Komissiyası planlarını dəyişdi
-
Məmur olmaq istəyənlər imtahan verəcək - Bu tarixdə
-
Dövlət Statistika Komitəsinə yeni sədr təyin edildi - SƏRƏNCAM
-
Paytaxtda duru yağ bahalaşdı, keyfiyyət azaldı - SƏBƏB
-
Tahir Budaqov getdi, YAP-ın aparat rəhbəri kim olacaq? - İki namizədin adı çəkilir
-
Elnur Bağırovdan yeni təyinat - Xəlilovu direktor təyin etdi
-
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə edildi
-
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
-
Trampdan Kanadaya sərt xəbərdarlıq - Hokkey və Stenli Kuboku körpüyə qurban gedəcək?
TOP 10
ARXİV






