“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Hələ ki, Qarabağda sülhməramlı fəaliyyətin şahidi olmamışıq” - Vahid Əhmədov

Tarix 27.08.21, 12:30

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Prezidentinin yürütdüyü müstəqil siyasət, Türkiyə ilə daha da yaxınlaşma Ermənistanın himayədar qüvvələrinin məqsədinə uyğun gəlmir. Onlar Azərbaycanın münaqişədən və xarici təsirlərdən uzaq dövlət olmasını istəmir. Paşinyan da bu yolda sadəcə bir alətdir".

AzFakt.com xəbər verir ki, bunları millət vəkili Vahid Əhmədov deyib.

Deputat qeyd edib ki, bölgədə münaqişənin qalmasını istəyən, hər cür vasitə ilə proseslərə müdaxilə məqsədi daşıyan qüvvələr Paşinyandan alət kimi istifadə edirlər: "Rusiya, ABŞ, Fransa kimi dövlətlər münaqişənin daimi olmasını istəyir, bunun vasitəsilə bölgədə öz maraqlarını qorumaq niyyətindədirlər. Paşinyan da məhz havadarlarının maraqlarından istifadə edir. Sərhəddə və sülhməramlıların yerləşdiyi ərazilərdən mövqelərimizin atəşə tutulması da bunun nəticəsidir. Yeri gəlmişkən, üçtərəfli bəyanatın imzalanmasından sonra müəyyən ərazilərdə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib, lakin bu müddət ərzində biz sülhməramlı fəaliyyətin şahidi olmamışıq. Sülhməramlı qüvvələr faktiki olaraq Ermənistana və Qarabağdakı ermənilərə kömək edir, gərginlik yaratmaq cəhdlərinə şərait yaradırlar. Üçtərəfli bəyanata əsasən, bunun tam əksi baş verməli, Qarabağda qalan qanunsuz silahlı birləşmələr tam şəkildə təmizlənməli idi. Bununla, Rusiya gərginliyin qalmasında maraqlı olduğunu göstərir”.



Xəbərin oxunma sayı : 922




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap