Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Çin və Rusiya birləşərsə, nə baş verər? – “İstənilən qüvvə üçün qorxulu yuxuya çevrilər...”

Tarix 14.05.21, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


“G7” ölkələrinin xarici işlər nazirlərinin üç günlük toplantısı zamanı ABŞ dövlət katibi Entoni Blinken dünyaya belə bir mesaj göndədrdi: “ABŞ Çinə təzyiq göstərməyə cəhd göstərmir, lakin beynəlxalq nizam qaydalarını müdafiə etmək və həmçinin də Sinzyan, Honkonq və Tayvan məsələlərinin həll olunmasını istəyir”.

Bəzi xarici KİV-lər hətta bəyan ediblər ki, ”G7” ölkələrinin xarici işlər nazirlərinin bu yaxınlardakı görüşündə Çin və Rusiyaya qarşı necə mübarizə aparılması əsas mövzu olub. Blinken bunun yeni “soyuq müharibə” olmasını təkzib etsə də, onun söylədikləri ABŞ-ın mövqeyini aydın ortaya qoyur. Belə ki, amerikalıların məqsədi Çinin qabağını almaqdır.

Blinkenin sözlərini məcburi fəaliyyət kimi də qəbul etmək mümkündür, çünki o, bilir ki, Vaşinqton Avropanı və Yaponiyanı Çindən güclə “aralamağı” bacarmayacaq. Hər necə olsa da, Çinlə fikir ayrılığı olan ölkələrin Pekinlə əməkdaılıq etməsi onlar üçün çox vacibdir və elə bu səbəbdən də “yeni soyuq müharibə” ideyası belə ölkələr arasında populyar deyil.

Əgər ABŞ Çinə qarşı mövqeyində müttəfiqlərini tam özünə tərəf çəkmək niyyətindədirsə, o zaman bir neçə kəskin problemləri yoluna qoymalıdır. Ona görə ki, ABŞ öz müttəfiqlərini kor-koranə anti-Çin siyasəti yürütməyə məcbur edə bilməz.

Son bir neçə aydır ki, ABŞ-ın yeni administrasiyasının bir cür danışdığının, lakin tamamilə başqa cür hərəkət etdiyinin şahidiyik. Onlar Amerika cəmiyyətinin və Qərb dünyasının Çinə düşmən kimi baxması üçün əllərindən gələn heç nəyi əsirgəmirlər. Çinə qarşı Sinzyan və Honkonq məsələlərində göstərdikləri münasibət Bayden hökumətini Tramp administrasiyasından daha sərt və aqressiv edir. Ağ Ev administrasiyası dünyanı sistemli şəkildə parçalayaraq strateji qarşıdurma yaradır.

Vaşinqton artıq öz metodlarını koordinasiya etməklə tədricən bu istiqamətdə hərəkətə başlayıb.

ABŞ-ın Qərb dünyasındakı idarəetmə modelinin rəqabətə davamlılığının aşağı düşməsini Vaşinqton elitasının anlaması əlamətləri aydın görünür. Onlar həm də yaxşı bilirlər ki, mövcud siyasi baxışlarını hamıya qəbul etdirə bilməzlər.


Ağ Ev süni surətdə fundamental antaqonizm yaratmağa ümid bəsləyir və bundan ötrü Qərb ölkələrinin öncül mövqedə dayandığı və Çin ilə Rusiyanın arxa planda qaldığı beynəlxalq sistemin tətbiqini məcburi hala gətirmək niyyətindədir. ABŞ istəyir ki, Qərbin bəzi texnoloji və iqtisadi üstünlüklərinin köməyi ilə öz hegemoniyasını əbədi saxlasın. Amerikanlar hesab edirlər ki, tərtib edəcəkləri yeni model tədricən Çin və Rusiya qarşıdurmasını da formalaşdıra bilər.

Ancaq Vaşinqtonda anlamalıdırlar ki, əgər sadəcə Çin və Rusiyanın güclərini bir yerə cəmləsək, onda bu güc keçmiş sovet-şərqi Avropa birliyindən dəfələrlə möhtəşəm olacaq. Çin və Rusiyanın iqtisadi, texnoloji və hərbi qüdrəti nəinki öz miqyasına görə nəhəngdir, həm də dünyaya geniş təsir göstərmək imkanına malikdir.

Çin və Rusiyanın bir-birilə birləşməsi istənilən qüvvə üçün qorxulu yuxuya çevriləcək. Çin və Rusiya strateji planda önləyici siyasətə üstünlük verirlər. Əgər ABŞ və Qərb ayrı-ayrı ölkələri Çin və Rusiyaya qarşı qoymağı düşünürsə, onda onlar bu hərəkətlərilə yalnız həmin ölkələrə ziyan vurmuş olacaqlar.

Çindən uzaqlaşmanı “mükafatlandıran” istənilən Qərb ölkəsi uğursuz yola daxil olacaq. Ölkələrin ən yaxşı seçimi ABŞ-ın təxribatçı hərəkətlərinə düzgün reaksiya vermək, Amerika və Çin arasında maksimal balans yaratmaq, ABŞ-ın hansısa təhrikinə uyub anti-Çin münaqişəsinə doğru getməməkdir.

Rusiya ilə qarşıdurma istiqamətinə yönəlmək siyasəti də bu ölkələrin maraqlarına cavab vermir.

Vaşinqton daim öz müttəfiqlərini Çin və Rusiyaya qarşı birləşməyə çağırır, amma Çin və Rusiya onlara qarşı əks blok yaradılması ideyası ilə çıxış etmir. Amma Qərb Çin və Rusiyaya qarşı özünün antaqonist ittifaqını daha çox gücləndirdikcə, bu, Rusiya və Çini adekvat cavab tədbirləri görməyə yönəldir ki, bu da təbiidir. Çünki bu, siyasi mexanikanın əsas qanunundur.

“Xuançyu şibao”- Çin

Tərcümə: “AzPolitika.info”



Xəbərin oxunma sayı : 880




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap