Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO Səmranın bu şəkilinə söyüş yağdırdılar - FOTO Afaq Aslanın Dubayda toyu oldu – VİDEO “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə
Axtar
 
  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 29 Avqust 2021

    Səmranın bu şəkilinə söyüş yağdırdılar - FOTO

  • / Maqazin / — 03 Avqust 2021

    Afaq Aslanın Dubayda toyu oldu – VİDEO

  • / Maqazin / — 29 İyul 2021

    “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə

  • / Maqazin / — 26 İyul 2021

    Səmra lüt bədənini 1000 dollara satışa çıxardı – FOTO

  • / Maqazin / — 25 İyul 2021

    Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO

“Laçın dəhlizini bağlamılıyıq!“ – “Biz niyə Ermənistan ərazisini minalamayaq?“

Tarix 05.06.21, 16:41

Font ölçüsü : - / +
bitmap-img6


"Televiziya kanallarımızdan biri müharibəyə qədər xəbərlər proqramına təxminən bu sitatla başlayardı ki, dünya hələ də BMT qətnamələrinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı qətnamələrin yeriə yetirilməməsinə seyrçi qalır. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: Dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasına seyrçi qalır. Müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik".

AzFakt.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Kəlbəcərdə jurnalistlərin və mülki şəxslərin minaya düşərək həlak olmasını şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin.

"Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva zəhmət çəksin bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcədin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər” - deyə, ekspert vurğulayıb.


E. Şahinoğlu ermənilərin indi də Azərbaycan torpaqlarına minalar döşəmək üçün diversantlar göndərdiyini xatırrladır. Eyni zamanda Qarabağdakı separatçıların da bu istiqamətdə “fəaliyyətlərinin” ola biləcəyini istisna etmir.

E. Şahinoğlu deyir ki, minaların partlaması bizə hər iki istiqamətdə ermənilərin qarşısını almaq üçün hərəkətə keçməyə imkan yaradır: "Sərhəddi (bu sıraya Laçın üzərindən sərhəddin qapadılması da daxildir) qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər, Qarabağdakı separatçıları da tərksilah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq. Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, bizə niyə Ermənistan ərazisini minalamayaq?"



Xəbərin oxunma sayı : 838

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda