![]() |
|


645.jpg)






8.jpg)




Əli bəy Hüseynzadənin Parisdə yaşayan oğlu - Türkiyə vətəndaşlığından niyə çıxarılmışdı?
Tarix 25.01.22, 15:57 |
|

Həm sağ, həm də sol əllə çəkə bilən Səlim Turan ənənəvi sənəti müasir incəsənətin mücərrəd cizgiləri ilə uzlaşdırmağa hələ çox gənc yaşlarından başlayan rəssam idi. Parisdəki emalatxanasında vəfat edən rəssam qeyri-adi əsərləri ilə təzadlarla dolu həyatını taclandıran sənətkardı. İstanbulda başlayan həyatı Azərbaycan, Rusiya, Türkiyə və Fransa mədəniyyətlərinin kəsişməsi ilə zənginləşmişdi.
Səlim Turan 1915-ci il mayın 27-də İstanbul şəhərində anadan olub. Atası Azəbaycanın görkəmli ictimai-siyasi xadimi Əli bəy Hüseynzadə, anası Osmanlı ordusunun zabiti Şəmsəddin bəyin qızı Ədhiyyə xanım idi. Atasının millətçi ideyaları, şərq və qərb düşüncələri ilə sintez edilmiş fikirləri onun sənətlə bağlı təfəkkürünə və dünyagörüşünə böyük təsir göstərmişdi.

Səlim Turanın uşaqlığı və gəncliyinin ilk illəri Üsküdar Paşakapısında keçib, ibtidai məktəbi İstanbulda Əli Avni Çələbi və Məlik Akselin şagirdi olaraq bitirib. Onun boya-başa çatdığı Paşakapısı məhəlləsində İsmayıl Haqqı Altunbəzər, Xəttat Kamil Əfəndi, Nəcməddin Okyay kimi ənənəvi sənətlərlə maraqlanan ustadlar da yaşayıb. Uşaqlıq illərində bu məhəllədən aldığı təsirlər onun sənət dünyasına istiqamət verən başlanğıc nöqtələri olub. Buna görə də rəssamlığa gənc yaşlarından maraq göstərib.
Malik Akseldən aldığı rəsm dərsləri rəssamlığa həvəsinin daha da artmasında müstəsna rol oynayıb. Atası Əli bəyin də rəssamlığa olan böyük marağı onun üçün əsas təkan nöqtələrindən biri olub. Üstəgəl, Qalatasaray Liseyində Cihad Burak və Avni Ərbaşla tanışlıq, ölkəni və mədəniyyəti modernləşdirmək ideyalarına valeh olması rəssam olmaq qərarını qətiləşdirib.
Beləliklə, İstanbul İncəsənət Akademiyasının Rəssamlıq fakültəsinə daxil olur. Bu illərdə bu fakültəyə Leopold Levi rəhbərlik edirdi və bu müəllimin yetişdirdiyi "Çallı nəsli” rəssamları bu təhsil müəssisəsində dərs deyirdilər. "Çallı nəsli”nin (türk impressionistləri) Nazmi Ziya Güran, Fəyhaman Duran, Zəki Kocaməmi, İsmayıl Haqqı Altunbəzər, Nəcməddin Okyay və Kamil Akdik kimi tanınmış rəssamlarından dərs alıb. Bundan başqa, İbrahim Çallının özündən və Əli Sami Boyar, Hikmət Onat, Əli Camal, Namiq İsmayıl və Hüseyn Avni Lifij kimi rəssamların əsərlərindən önəmli fikirləri mənimsəyib.

1938-ci ildə akademiyanı bitirdikdən sonra - 1939-cu ildə Üsküdardakı orta məktəb və Qızlar İncəsənət Məktəbində rəsm müəllimi işləyib. Digər tərəfdən akademiyanın emalatxanasında və Topkapı Sarayında miniatür üzərində çalışıb.
1941-cı ildə sənət adamlarının qurduğu "Yenilər” qrupunun yaradıcılarından biri olub. Həmin il dövlət səviyyəsində təşkil edilən ölkə turnələrində iştirak edərək, bu səfərlərin "10-cu ildönümü” sərgisində birinci yer mükafatını alıb. Müasir Türkiyə rəssamlığında yeni realizm axtarışlarını müdafiə edən qrup 1947-1951-ci illərdə çox sayda sərgi keçirib. Amma qrupdan ayrılan Səlim Turanın yolu Parisdən keçəcəkdi. Bura qədər "Yenilər” qrupunun qurucu üzvü kimi Türkiyə incəsənətinin ən dinamik dövrünün canlı şahidlərindən biri olmuşdu.
1947-ci ildə Fransa hökumətinin təqaüdü ilə Parisə gedib. Xanımı Şahika Turanla Parisdə məskunlaşan Səlim Turan 1956-cı ilə qədər onunla birlikdə dövrün türk diasporunun toplaşdığı məkan olan Sxola Kantorumun yataqxanasında emalatxana kimi də istifadə etdikləri çardaqda yaşayıb. Bura köçdükdən bir il sonra - 1948-ci ildə Kamil Brayen və Jorj Mate tərəfindən açılan sərgiyə dəvət olunanda ulduzu bu sənət beşiyində parıldamağa başladı. Dırnaqları ilə qazaraq Fransanın paytaxtında özünə yer edə bildi. Bu illərdə yaratdığı inanılmaz dərəcədə gözəl qara və boz abstraktları Səlim Turanın şah əsərləri arasında yer aldı.
1952-ci ildən Parisdə özəl incəsənət məktəblərində təlimatçı kimi çalışan Səlim Mişel Seuforun yazdığı "Abstrakt rəsm lüğəti”ndə ("Dictionnaire de la Peinture Abstrait”) mücərrəd sənətin qabaqcıllarından biri kimi adını yazdırdı. Dövrün məşhur tənqidçisi Klod Rivyer onu "Səlim ilk baxışdan bizi valeh edir” kimi təsvir edib.
Parisdə daha çox mücərrəd sənət üzərində dayanıb. 1950-ci illərdə Parisin ən nüfuzlu qalereyalarında (Galerie Breteau, Galerie Crevan, Galerie Lucien Durand) şəxsi sərgilərini keçirib. Bu işlərindən sonra "Salon des Réalites-Nouvelles”, "Salon Comparison”a dəvət edilib və burada Hans Hartunqun köməkçisi olub. Eyni zamanda, özəl emalatxanalarda rəssamlıq yaradıcılığını davam etdirib. 1953-1983-cü illərdə Ranson və Qetz akademiyalarında dərs deyən rəssam mərmər heykəllər yaradıb. İlk hərəkətli heykəllərini 1976-cı ildə ərsəyə gətirib.
Parisdə YUNESKO-nun muzeylərində təşkil olunan sərgilərdə iştirak edən Səlim Turan 1953-55-ci illərdə Ranson Akademiyasında miniatür və illüminasiya dərsləri deyib. Miniatür və illüminasiyaya marağı ona Parisdə yeni iş sahəsi yaratmışdı. Dərin bilgisi qədər sakit təbiəti və kübarlığı da Parisdə - sənət dünyasının beşiyində ona rəğbəti artırmışdı.
1960-cı illərdən sonra Fransada böyük meydanlar üçün irihəcmli heykəllər yaratmağa başlayıb.
1963-cü ildə Fontenblo Rəssamlıq Məktəbi və 1976-cı ildə Qetz Akademiyasında mühazirələr oxuyub. Parisdə olarkən əsərlərini satıb əldə etdiyi pulları spirtli içkiyə xərcləyərək, sənətdən uzaqlaşmış Fikrət Muallanın yaşadığı evi axtarıb tapmış, bundan çox duyğulanmışdı. Bu səbəbdən Fikrət Muallanın illər əvvəl yaşadığı bu binanın birinci mərtəbəsini alıb, vəfat edənədək bu çıxılmaz dalanda yaşayıb. Fikrət Mualla Haqqı Anlı, Abidin Dino, Rəmzi Raşa, Avni Ərbaş, Nejat Devrim, Mübin Orxon və Albert Bitranla birlikdə Paris Türk Məktəbinin tanınmış rəssamlarından biri idi.

Fransanın paytaxtında dönəmin məşhur rəssamları Kamil Brayen, Jorj Mate, Hans Hartunqla işləmək fürsəti tapıb, Pablo Pikasso ilə tanış olub.
Parisdə yaşayıb yaradarkən Türkiyə vətəndaşlığından çıxarılmışdı. Səlim Turan illərdir konsulluğa getmədiyi və hərbi xidmət keçmədiyi üçün bəzi dostları ilə birlikdə Türkiyə vətəndaşlığından məhrum edilmişdi. O, bu qərarın ləğvi üçün illər boyu mübarizə aparmışdı. Yalnız 1979-cu ildə Türkiyə vətəndaşlığını bərpa etmək uğrunda apardığı mübarizədə qalib gələ bilir. Vətəndaşlığını bərpa etdikdən sonra - 1979-cu ildə o vaxtkı prezident Fahri Korutürkün xüsusi dəvəti ilə Türkiyəyə qayıdır.
Parisə getməzdən əvvəl impressionist və kubist mənzərələr və sosial mövzularla işləyən Səlim Turan daha sonra abstrakt əsərlərə üz tutub. Onun qarışıq texnika ilə yaratdığı mobil heykəllərindən biri böyüdülərək 1993-cü ildə Ankaradakı "Qurtuluş” parkına qoyulub. Fransanın bir çox şəhərində freska, keramika, mozaika və heykəlləri olan sənətkar Edremitin Türkmən Taxtaquşlar kəndində özəl Etnoqrafiya qalereyasının qurulmasında da əməyi olub. O, həmçinin 1991-ci ildə Sorbonna Universitetində professor kimi münsiflər heyətində yer alıb.
1994-cü il oktyabrın 12-də Parisdə yaşayan rəssam və arxeoloq Ruhiyyə Dinç və həkim İşıq Ülkərlə görüşdükdən altı saat sonra Səlim Turan gözlərini əbədiyyətə qədər yumur. Onun cənazəsi Türkiyə Mədəniyyət Nazirliyinin qərarı ilə ölkəyə gətirilir və dövlət mərasimi ilə son səfərə yola salınır.
Türkiyədə ilk fərdi sərgisini yalnız 1969-cu ildə aça bilən rəssam 1980-ci illəri İstanbulda obrazlı əsərlər işləməklə keçirib. Bu illərdə "Sarı qız” əfsanəsi üzərində bir çox məşhur tabloya imza atıb. Bu əsərlərini "Ruhumun əksi” adlandırmışdı. Bir il sonra onun ikinci fərdi sərgisi İstanbulda açılıb.
Ömrünün sonrakı dövrünü Paris və İstanbul arasında keçirib. Qaz dağlarına səyahəti zamanı öyrəndiyi "Taxtaquşlar” və "Sarı qız” əfsanələrindən təsirləndikdən sonra yaradıcılığında yeni dövrün başlanğıcını qoyub. "Sarı qız” mövzulu obrazlı əsərlərini də bu dövrdə yaradıb. Ölümündən əvvəl ən son yaratdığı heykəl "Sarı qız”dır.
Hərəkətli heykəl 1993-cü ildə Ankaranın "Qurtuluş” parkında ucaldılıb. Səlim Turan bu tip əsərlər yaratmağa Kolumbdan əvvəlki Peruda hazırlanmış və 1975-ci ildə muzeydə nümayiş etdirilmiş, toxunduqda hərəkət etməyə başlayan "Cadugər və mələk” heykəlindən təsirlənərək başlamışdı.

Səlim Turan incəsənətin illüstrasiya və miniatür sahələrində də uğurlu işlər görüb. Əsasən miniatür, Şərq incəsənəti, xəttatlıq və Anadolu folkloruna əsaslanan orijinal abstrakt əsərləri ilə tanınıb. Obrazlı ənənənin, Anadolu mənzərələri və gündəlik həyat səhnələrini əks etdirən rəssamın günümüzə qədər gəlib çatmayan "Tütünçülər” əsəri 1942-ci il sərgisinin diqqətçəkən rəsmlərindən biri olub. Rəssamın müxtəlif illərdə Paris, London, Brüssel, Nyu-York, Ankara, İstanbul, İzmir və digər şəhərlərdə şəxsi sərgiləri keçirilib.
2003-cü ildə Türkiyənin önəmli keramika sənətkarlarından olan həyat yoldaşı Fatma Şahika Turan rəssamın əsərlərini İstanbul Universitetinə hədiyyə edib. Şahika Turan onun əsərlərini Parisdəki studiyasından toplayıb İstanbula gətirmişdi. Bu xüsusi kolleksiya 233 rəsm və 19 heykəldən ibarət idi.
Şahika Turan keramika və xəttatlıq ustalarından olub. Səlim Turan onunla 1944-cü ildə ailə həyatı qurub. Şahika Turan 2017-ci il iyulun 4-də 100 yaşında vəfat edib.
Mənbə: Teleqraf.com
Xəbərin oxunma sayı : 682
loading...
Maraqlı
Xəbərlər
-
“Real” 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO
-
Şəbnəm Tovuzlu meydan oxudu: “Hansı efirdə varamsa, orda reytinq var”
-
Kilsə pulsuz ərzaq payladı: İzdihamda 30-dan çox insan həlak oldu
-
30 ildən sonra Ağdamda Xaçınçay çayına su gəldi - VİDEO
-
İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərinə büründü - FOTOLAR
-
“Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu” - Zelenski
-
Yarımçıq qalmış şəhər: Dəliməmmədli - REPORTAJ
-
“Azərişıq”ın problem yaradan yeniliyi - ARAŞDIRMA
-
Bu avtomobillərin kredit şərtləri sadələşdirilə bilər - VİDEO
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb – FOTO
-
Mehriban Əliyevadan “TEKNOFEST Azərbaycan” ilə bağlı paylaşım - FOTO
-
Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir - Prezident İlham Əliyev
-
Rusiya rublu “ayaqda tutmaq” üçün nə qədər pul xərcləyir? - VİDEO
-
Pakistan Prezidenti İlham Əliyevi təbrik edib
-
Ərdoğandan Azərbaycanla bağlı paylaşım - FOTO
-
Britaniya deputatının oğlu Ukraynada cəbhə xəttində Rusiyaya qarşı - FOTO
-
Füzulidə 23 yaşlı gənc minaya DÜŞDÜ
-
Əfv sərəncamı ilə azadlığa çıxan ömürlük məhbus... - Şəmsi Səmədzadə kimdir? + VİDEO
-
Putin iki ölkənin liderləri ilə danışdı – Ukrayna müzakirəsi
-
Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlanıb - FOTO
-
Xəstəxanasız qalan Liman şəhəri - VİDEO
-
Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib - VİDEO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“Savaşda olduğu kimi, sülhdə də Azərbaycanı dəstəkləyirik” - Ərdoğan
-
Ərdoğan və Əliyev bir yerdə festivalda hərbi texnikalarına baxış keçiriblə - VİDEO
-
Pakistan Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO
-
“Can Azərbaycanın Müstəqillik Günündə sizinlə birlikdə olmaqdan məmnunam” - Ərdoğan
-
“Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq“ - İlham Əliyev
-
Milli ordu quruculuğunun memarı - VİDEO
-
“Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır“ - Azərbaycan Prezidenti
-
Səlcuq Bayraktar “TEKNOFEST”də çıxış edib: “Eşq olsun Azərbaycana!”
-
İlham Əliyev və Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - CANLI YAYIM
-
Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - FOTO
-
Ukrayna ABŞ-dan yeni artilleriya qurğusu alıb: “Bu, çox keyfiyyətli texnikadır”
-
Şəhid Araz Seyfullayevin DOĞUM GÜNÜDÜR
-
“İcra başçısı torpağımı əlimdən alıb, öz adamlarına verdi” - Tovuz sakini
-
“Azərişıq” ASC işçilərini istismar edir“ - Şikayət
-
Üçrəngli bayrağımızın ideoloqu Əli Bəy Hüseynzadə - VİDEO
-
“Qoy müstəqilliyimiz əbədi olsun!“ - Mehriban Əliyeva
-
“Ukrayna Xersonda əks-hücuma başlayıb“ - Prezident Ofisi
-
İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin cinayəti
-
Cenifer Lopezin üzünün qırışsız olmasının sirri açıqlandı - FOTO
-
Nəcməddin Sakıkovun “sağ əli“ həbs olundu - Mənimsəmə və dələduzluqda ittiham olunur
-
“Brent” neftinin qiyməti 150 dolları keçə bilər“ - “Bank of America”
-
“Rusiya Silahlı Qüvvələri Donbasa hücumun növbəti mərhələsinə başlayıb“ - Britaniya kəşfiyyatı
-
Suçiçəyinə qarşı peyvənd meymunçiçəyindən qoruyur? - TƏBİB-dən açıqlama
-
Azərbaycan nefti bahalaşdı - 126 dollar
-
Rusiyada 1000 ədəd peyk buraxmaq istəyirlər - Ukraynada müharibəni izləmək üçün
-
Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? - VİDEO
-
Əfv sərəncamının icrasına başlanılıb
-
Azərbaycanda Müstəqillik Günü qeyd edilir
-
Gülşen Bakıda səhnəyə bu geyimdə çıxdı - VİDEO
-
“Qarabağ“ Azərbaycan kubokunu qazandı - VİDEO
-
“Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATOlaşdırdı” - Bayden
-
“Çox şadam ki, fəal çalışırlar“ - Prezident
-
Bakıda qadını qətlə yetirərək yandıran şəxs tutulub - Prokurorluq və DİN birgə məlumat yaydı
-
“PUA-ların yaradılma səbəblərindən biri də Qarabağdır” - Səlcuq Bayraktar
-
Azərbaycanda yaşı 100-dən çox olan neçə seçici var? – VİDEO
-
Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv olundu - SİYAHI
-
10 il əvvəl baş vermiş qətlin üstü açıldı - TƏFƏRRÜAT
-
Bakıda hücuma məruz qalan aktrisa danışdı: “Yolda gedərkən məni arxadan qucaqladı” - VİDEO
-
Səfər Mehdiyev “papanın gül balaları“na vəzifə paylayır - SİYAHI
-
“TEKNOFEST Azərbaycan”da ikinci gün - VİDEOREPORTAJ
-
Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
Prezident əfv sərəncamı imzaladı - Əfv olunanlar arasında tanınmışlar da var + SİYAHI
-
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib - FOTO
-
Baş nazirdən kommersiya təşkilatları ilə bağlı SƏRƏNCAM
-
Hafiz Hacıyev Vilyama qalan mirasdan söz açdı: “Yoldaşının babasının sovet dövründə bir manatı da olmazdı”
-
“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər” - TƏBİB
-
“Rusiya Ukraynada qalib gəlsə...” - Britaniya XİN başçısından xəbərdarlıq
-
Sabah Ərdoğan Azərbaycana gələcək - İki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək
-
Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?
-
Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub - FOTO
-
“Biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik“ - Azərbaycan Prezidenti
-
Rusiyalı deputat Putindən müharibəni dayandırmağı tələb etdi - Qarışıqlıq düşdü + VİDEO
-
“Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır“ - Prezident
-
“İsveç və Finlandiya Türkiyənin tələblərini yerinə yetirməlidirlər” - NATO-nun Baş katibi
-
“Otağımda aşkarlanan 6 milyon arvadımın babasından miras qalmışdı“ - Vilyam Hacıyev
-
“Bu qanun Prezidentin imzası ilə gəlib” - Valeh Ələsgərovdan deputata sərt reaksiya
-
İpoteka borcu olanların nəzərinə: ƏDV nə zaman qaytarılacaq? - VİDEO
-
Sabiq DSK sədri Oğuzda yarım milyonluq ticarət mərkəzi tikdirir - FOTO
-
Horadiz-Ağbənd dəmir yolunun tikintisi işləri sürətlə davam edir - VİDEO
-
Azərbaycanda referendum olacaqmı? - Hökumətdəki mənbələr cavab verib
-
Vilayət Eyvazov töhmət verdiyi rəisi işdən çıxardı - FOTO
-
Bu qanunu pozanlar cərimələnəcək - Dəyişiklik
-
Daxili Qoşunların hərbçisi minaya düşdü - Ağdamda
-
Selçuk Bayraktar Şuşada: “Torpağımızda gözü olanlarla...“
-
Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş - VİDEO
-
Kolbasa və sosis istehsalı müəssisəsində nöqsanlar: Etiket məlumatı başqa, tərkibi başqa - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar
-
Bu gün əfv sərəncamı imzalanacaq
-
Lənkəranda dövlət tenderlərini kimlər udur? – SİYAHI
-
Şakira hakim qarşısına çıxacaq: Həbs oluna bilər
-
“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik dərdi, ya şəxsi intriqa? - FOTO
-
“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır” - Volodimir Zelenski
-
“Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir“ - Britaniya kəşfiyyatı
-
Zəngilan şəhəri belə qurulacaq - Detallar
-
Kabus şəhərə çevrilən Mariupolun içindən dəhşətli görüntülər - VİDEO
-
Prezident və xanımı Oxçuçay sahilində - VİDEO
-
Vəfa Şərifovanın ala bilmədiyi mahnını Günay İbrahimliyə satdılar – “O kimdir ki?” - VİDEO
-
“Zəngilanı biz park şəhərinə çevirməliyik“ - Prezident
-
“Biz tarix yazmalıydıq və bacardıq“ - Joze Mourinyu
-
Sığorta pulunu ala bilməyən sürücülərin diqqətində - VİDEO
-
“Alfons” Müdafiə Nazirliyindən 43 min manat alacaq – Faktlar
-
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
-
Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı LƏĞV edilsin - VİDEO
-
Zəngilanın Baş planı Prezidentə təqdim olundu - FOTOLAR
-
“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var” - Lavrov
-
Mehriban Əliyeva Zəngilandan paylaşım edib - VİDEO
-
Bəzi şəhər və rayonlarda su olmayacaq - Xəbərdarlıq
-
“Nüvə təhlükəsi yenidən reallığa çevrilib” - Antonio Quterreş
-
İŞİD liderinin İstanbulda saxlanıldığı iddia edilir - Ərdoğan açıqlayacaq...
-
Azərbaycan siqaretlər bahalaşdı - Yeni qiymətlər
-
Cavid Qurbanov Hicran Valehovu niyə özünə sələf seçdi? – ARAŞDIRMA
-
BMT-də qorxunc həqiqətlər açıqlandı: “Rusiya ukraynalı uşaqları qaçırır”
-
Zaqatalada 16 min sakin içməli su tapmır - FOTO
-
Xarkov vilayətində Rusiya kəşfiyyatına işləyən ukraynalı idmançı tutuldu - VİDEO
-
Yeni tarif qiymətləri təsdiqləndi – Baş nazir qərarı imzaladı
-
Fərid Qayıbovun işdən çıxardığı direktor sabiq nazirin qaynıdır - FOTO
-
Türk və Azərbaycan şahinləri Bakı səmasında - “Texnofest“dən görüntülər + VİDEO
TOP 10
ARXİV