“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ölkəyə qanunsuz 80 ədəd “iPhone 14” gətirənlər saxlanıldı - Fotolar

Tarix 26.09.22, 11:31

Font ölçüsü : - / +
bitmap-img6


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

AzFakt.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Belə ki, Doha-Bakı aviareysi ilə gələn Rusiya və Azərbaycan vətəndaşları “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən “Qırmızı kanal”a yönləndiriliblər.
Vətəndaşlara məxsus çamadanlar rentgen aparatından keçən zaman mobil telefonlara bənzər təsvirlərin əks olunduğu müəyyən edilib. Yoxlama zamanı Rusiya vətəndaşının çamadanından 40 ədəd, Azərbaycan vətəndaşının çamadanından isə 41ədəd olmaqla ümumilikdə 81 ədəd əvvəlcədən gömrük orqanına təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan müxtəlif yaddaşlarda “iPhone” markalı (15 ədəd “iPhone 14 Pro 128gb”, 20 ədəd “iPhone 14 Pro 256gb”, 5 ədəd “iPhone 14 Pro 512gb”, 20 ədəd “iPhone 14 Pro Max 128gb”, 20 ədəd “iPhone 14 Pro Max” 256gb”, 1 ədəd iPhone 13 Pro 256 gb”) mobil telefonlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.









Xəbərin oxunma sayı : 703




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap