Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Milyonlarla büdcə“ yeyildi, Qarabağ müharibəsi haqda film çəkilmədi“ - VİDEO

Tarix 17.03.23, 10:32

Font ölçüsü : - / +
bitmap-img6


Aktyor Corc Qafarov sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktyor instaqramda İkinci Qarabağ müharibəsinə həsr olunmuş filmin hazırlıq çəkilişlərindən video paylaşaraq ekran işinin lentə alınmadığını bildirib:

"Filmin adı "Milyonlarla büdcə"... Bu kadrlar çəkilişə hazırlıq prosesidir və təlimdir. Keçən il İkinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki, böyük miqdarda pullar yeyildi. Kim necə yedi, orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, mən o çəkilişə pula görə deyil, borc bilib razılıq verdim".

Təlimlərə görə yola düşdük, 1 aya yaxın orada yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətçi deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməliydiniz, etmədiniz. Bu əziyyətə görə, biz az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindəyəm, pul yeyənlər tərəfində deyiləm. Mən dünyaya işıq saçan insanlar tərəfindəyəm. Mən nə edirəmsə, təmiz iş görürəm. İşimə, həyatıma siz keyfiyyətsiz adamların bir ömrü dəyməz. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim yoxdur. Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsənətinə ləkə salanlar bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!".






Xəbərin oxunma sayı : 1279




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap