“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Oyuna hazırıq“ - De Byazi

Tarix 21.09.22, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasında sabah Slovakiya ilə səfərdə keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“Biz də oyuna hazırlıq. Hər şey özümüzdən asılıdır. Slovakiyanın heyətində yaxşı futbolçular var. Şkrinyar, Lobotka kimi ulduzlara məxsus komandadır. Rəqibdən qorxmamalıyıq. Sabah da bunu göstərəcəyik. Komandada atmosfer yaxşıdır. Ümid edirəm ki, sabahkı görüşdən sonra da oyunçularda atmosfer yaxşı olacaq. 4 matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik".

66 yaşlı mütəxəssis De Byazi Slovakiya ilə görüşdə kompalt şəkildə onayaraq qalib gəlməli olduqlarını söyləyib: "Öz oyunumuz haqqında düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Onlara necə çətinlik yaradacağımızı bilirik".

Sonda De Byazi millimizdəki taleyi barədə də danışıb. O, bildirib ki, yekun qərarı AFFA verəcək: "Yekun qərarı federasiya verəcək. Hər şeyə rəğmən əvvəlki kimi dost olacağıq. Qarşıdakı iki qarşılaşmanın bu məqamda həlledici olacağını düşünmürəm".

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Xəbərin oxunma sayı : 850




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap