“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Qarabağ” karyeram üçün mükəmməldir” - Fabiyan Buntiç

Tarix 13.07.24, 22:15

Font ölçüsü : - / +
bitmap-img6


“Bu klubda olduğuma görə çox şadam. Komandanı çox bəyənirəm, burada keyfiyyət yüksəkdir. “Qarabağ” karyeram üçün mükəmməldir. Klubda çalışanlar çox gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu komandanın bir parçası olmaq istəyirəm". 

Bu sözləri "Qarabağ"ın qapıçısı  Fabiyan Buntiç klubun saytına açıqlamasında deyib.

"Yeni komanda yoldaşlarım əladır, bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq, qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı da çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik” - deyə o söyləyib.

Buntiç Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin “Kayzerslautern” və Plzen “Viktoriya”sı ilə yoxlama oyunları barədə fikirlərini bildirib: “Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə bütün komandamız birlikdə hazırlaşır. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burada yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti hava şəraitində oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. “Kayzerslautern”lə görüşdə iştirak etməsəm də, “Viktoriya” ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Əgər yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik”.



Xəbərin oxunma sayı : 1927




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap