![]() |
|














İran nədən narahatdır və nə istəyir? - “Laçın dəhlizinə nəzarət tam ələ alınmalıdır“
Tarix 19.09.21, 20:35 |
|

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edib. Bununla 27 illik işğala son qoyulub, torpaqlarımız yağı tapdağından azad edilib. Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu uğur dostlarımızı sevindirib.
Şanlı Qələbə sayəsində 30 ilə yaxındır nəzarətsiz qalan Azərbaycan-İran, Azərbaycan-Ermənistan sərhədləri də sərhədçilərimiz tərəfindən nəzarətə götürülüb. Beynəlxalq hüquqa və qanunlara görə, bu sərhədlərdən keçməklə Azərbaycan ərazisinə daxil olmaq istəyən hər bir şəxs rəsmi Bakı ilə hesablaşmalı, ölkə qanunvericiliyinin tələblərinə riayət etməlidir. Bu prinsip və qaydalara rəğmən, Azərbaycan böyük humanistlik nümayiş etdirib.
Ermənistanla sülh müqaviləsi imzalanana, sərhədlərin delimitasiya və demarkasiyası tam başa çatana qədər Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi ilə Ermənistan və İran vətəndaşlarının gediş-gəlişini sadələşdirib. Lakin bu humanizmi düzgün başa düşməyən İran və Ermənistan tərəfi bəzi sui-istifadə hallarına yol verib. İrandan və Ermənistandan Azərbaycanın Xankəndi yaşayış məntəqəsindəki separatçılara naməlum yüklərin daşınması həyata keçirilib. İrana məxsus yük avtomobillərinin rusiyalı sülhməramlıların postundan keçməklə Xankəndinə giriş-çıxışı intensivləşib.
Rəsmi Bakı əvvəlcə diplomatik kanallar vasitəsilə Tehrana öz narazılığını üstüörtülü formada çatdırıb. Cənub qonşumuzun laqeydliyini görən Azərbaycan tərəfi İranın ölkəmizdəki səfirini Xarici İşlər Nazirliyinə də dəvət edib. Ona rəsmi Bakının etiraz notası təqdim olunub.
Sentyabrın 13-də və 16-da isə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcəyi, həmçinin maraq kəsb edən digər məsələlər müzakirə olunub. Təbii ki, Azərbaycanın narazılığı hər iki halda növbəti dəfə səfirə çatdırılıb. Paralel olaraq hərbçilərimiz Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini ciddi nəzarətə götürüb, İran yük avtomobillərinin buradan keçidi məhdudlaşdırılıb.
Belə hadisələr fonunda xarici dairələrin təsiri altında olan bəzi şəxslər Azərbaycanın cənub regionunda – İranla sərhəd ərazilərdə yaşayan talışların guya hüquqlarının pozulması barədə beynəlxalq ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa başlayıblar. Ümumilikdə cənub regionunda əhalinin sayı 1 milyonu keçmədiyi halda, iddia olunub ki, guya Azərbaycanın Lerik, Lənkəran, Masallı, Yardımlı və Astara yaşayış məntəqələrində 1 milyon 500 minə yaxın talış var, onların yazmaq və oxumaq, öz dillərində danışmaq hüquqları pozulur.
Son bir neçə ayda baş verən hadisələrin xronologiyasına nəzər salsaq, talışlarla bağlı süni narahatlığın haradan və nədən qaynaqlandığı hər kəsə gün kimi aydın olur. Maraqlıdır, belə bir vəziyyətdə Azərbaycan qonşu İranla münasibətləri hansı formada qurmalı, cənub qonşumuzla necə rəftar etməlidir? Ümumiyyətlə, İran nədən narahatdır və nə istəyir?
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənsabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Azərbaycan ilk növbədə sərhəd məsələsini həll etməli, xüsusən də Laçın dəhlizi vasitəsilə giriş-çıxışa nəzarəti tam ələ almalıdır. Onun sözlərinə görə, bu məsələ beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır: "Bundan irəli gələrək müvafiq icra qurumları öz vəzifələrini yerinə yetirməlidir. Rusiyalı sülhməramlıların Qarabağa gəlməsinin məqsədi və əsas vəzifəsi ondan ibarətdir ki, onlar təhlükəsizliyi təmin etsinlər. Amma sərhədin müəyyənləşməsi, bundan irəli gələn vəzifələrin icrası beynəlxalq hüquqa əsasən Azərbaycanın müvafiq qurumu tərəfindən həyata keçirilməlidir. Hadisələrə bu aspektdən yanaşsaq, reallıq ortadadır. Bu gün İran, sabah isə başqa bir xarici ölkə vətəndaşının avtomobili Qarabağa daxil ola bilər. Bunun üçün məsələni beynəlxalq hüquqa uyğun olaraq, köklü şəkildə həll etməliyik”.
Azərbaycanda yaşayan talışlarla bağlı son günlər internet resurslarda yayılan separatçı fikirlərə gəlincə, T.Zülfüqarov bildirib ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Qələbənin əsas faktorlarından biri Azərbaycandakı milli birlik olub: "Milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan bütün insanlar Vətənin müdafiəsinə qalxdı. Hər kəs özünə borc bildi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bu savaşa qatılsın. Onlar arasından 3 minə yaxın vətəndaşımız şəhid oldu. Bu fakt siyasi baxımdan olduqca əhəmiyyətlidir. Bu kimi reallıqlar fonunda biz onu da görürük ki, bəziləri xaricdən Azərbaycanda separatçılığa, bölücülüyə hesablanmış fikirləri ictimailəşdirirlər. Azərbaycan daxilindən bu kimi zərərli fikirlərə dəstək verən "vətənpərvər” və "millətçilərin” başlıca hədəfi ölkəmizin, xalqımızın milli birliyini pozmaqdır”.
Sabiq nazir söyləyib ki, indiyə qədər də Azərbaycana xaricdən belə həmlələr olub və bundan sonra da olacaq: "Biz bunlara daim hazırıq. Konkret olaraq hər hansı xarici ölkənin məhz bu istiqamətdə fəaliyyətini Azərbaycanın hüquq-mühafizə orqanları ifşa edə, qarşısını ala bilər. Konkret olaraq talış qardaş-bacılarımızın hüquqları ilə bağlı son dövrlər bəzi dairələr tərəfindən ictimailəşdirilən qeyri-obyektiv fikirlərə gəlincə, bunu Azərbaycanda yaşayan digər millətlərə qarşı da edə bilərlər. Bu kimi hallara cavab olaraq biz milli birliyimizi, həmrəyliyimizi daim qorumalı, daha da möhkəmləndirməliyik. Separatçı çağırışlara, təxribatlara qarşı qanunun imkan verdiyi həddə mübarizə aparmalı, sərt formada mövqeyimizi nümayiş etdirməliyik”.
Xəbərin oxunma sayı : 1264
Analiz
Xəbərlər
-
Uşaq peçenyesinin içindən dəmir parçası çıxıb? - FOTOLAR
-
“Qızıl top”un favoritləri açıqlandı - Yeni siyahı
-
Attestat qiymətləri əla, nəticə sıfır: Valideyn-müəllim anlaşması olub?
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
TOP 10
ARXİV