![]() |
|














İran və Ermənistanın azərbaycanlı PR agenti: Eldar Lənkəranski Brüsseldə necə işləyir?
Tarix 05.08.22, 22:50 |
|

Uğur həmişə yalnız yeni dostları deyil, həm də pis niyyətli insanları cəlb edir. Ola bilsin ki, bu aksioma təkcə konkret şəxsə deyil, hətta bütöv dövlətlərə də şamil edilir. Hər halda, Azərbaycanın diplomatik, iqtisadi və hərbi-siyasi uğurları artıq bir neçə ildir ki, başqalarının rifahına biganə olmayanları da narahat edir.
Təəssüflər olsun ki, Bakının beynəlxalq aləmdə çoxlu düşmənləri var – bir sıra amerikalı konqresmenlərdən, avropalı deputatlardan və Rusiya Federasiyası Dövlət Dumasının erməni lobbisinin pulları hesabına “çiçəklənən” deputatlarından tutmuş, beynəlxalq mediada, QHT-lərdə, beyin mərkəzlərində və siyasi partiyalarda yerləşmiş hər cür “ekspertlərə” qədər. Bunun bir çox səbəbləri var - erməni diasporunun geniş şəbəkəsi, öz diplomatiyamızın çatışmazlıqları və Cənubi Qafqaz regionunda güclərin qlobal maraqları. Təəssüf ki, maliyyə “yardımları” ilə dəstəklənən antiazərbaycan və anti-türk “qvardiya”larında digərləri ilə yanaşı, etnik azərbaycanlılara da rast gəlmək olur. Sonuncular arasında ailəsi şanlı Azərbaycan bölgəsindən - Lənkərandan olan İran üzrə ekspert, politoloq Eldar Məmmədovu da qeyd etmək olar.
Caliber.az xəbər verir ki, E.Məmmədov pasporta əsasən, 1972-ci il dekabrın 13-də Latviyanın paytaxtı Riqada anadan olub. Orada təhsil alıb, Latviyanın bank sektorunda işləyib, “Parex Bank”ın Azərbaycandakı ofisini idarə edib. O, Latviya Xarici İşlər Nazirliyində və bu ölkənin İspaniya və ABŞ-dakı səfirliyində çalışıb. Məmmədovun diplomatik karyerası 2007-ci ildə Brüsseldə işə götürülməsi üçün tramplin olub. O, indi burada yaşayır və Avropa Parlamentinin Sosial Demokratlar qrupunun siyasi məsləhətçisi kimi işləyir.
Məmmədov hazırda subaydır, keçmiş həyat yoldaşı Nataliya Sisoyeva isə deputat A.Ameriksin köməkçisidir.
Məmmədov uzun illərdir ki, sistemli şəkildə məqalələr yazır. Bu yazıların istiqaməti Qərbdə Azərbaycanı nüfuzdan salmağa, onun Brüssel və Vaşinqtonla yaxınlaşmasının qarşısını almağa yönəlmiş ümumi “tezislər” toplusuna çox üzvi şəkildə uyğun gəlir. O, materiallarını sosial şəbəkələrdə və daha çox akademik və politologiya ictimaiyyətinin oxuduğu bir sıra xarici resurslarda və ekspert bloqlarında yerləşdirir. Azərbaycan uzun müddətdir ki, onun maraqları mərkəzindədir. Hələ 2010-cu ildə onun “Hürriyyət” gündəlik xəbər saytında “Azərbaycanda və Türkiyədə azadlığın qara günləri” adlı məqaləsi dərc edib və burada insan haqları kontekstində rəsmi Bakı və Ankaraya qarşı ittihamlar səsləndirib. On il sonra, 2020-ci il oktyabrın 2-də “The American Conservative” jurnalında Bakının ermənilər tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üçün əks-hücum əməliyyatını “Azərbaycanın hücumu” kimi qələmə verib. Məqalədə Türkiyənin guya Suriya döyüşçülərini döyüş bölgəsinə göndərməklə Azərbaycana dəstək verməsi iddiaları da yer alıb.
Eldar Məmmədov “Twitter”də çoxluq təşkil eedən sıradan bir şəbəkə “trolu” olmadığından, analitik təfəkkürlü, hətta Avropa Parlamentində çalışan bir şəxs olduğundan, onun jurnalist fəaliyyətinin motivlərini daha ətraflı öyrənmək qərarına gəldik. Qısa jurnalist araşdırması zamanı biz müəyyən edə bildik ki, Məmmədov 2007-ci il iyunun 22-25-də İran İslam Respublikasına səfər edib. Ehtimallara görə, o, burada İran tərəfi ilə görüşüb və uzunmüddətli əməkdaşlığı rəsmiləşdirib. Maraqlıdır ki, İrana həmin qısa səfər Eldar Məmmədovun Avropa Parlamentində işlədiyi vaxta təsadüf edib. O vaxtdan iranlılar öz aktivlərinə Brüsselə daha bir “tərəfdar” əlavə ediblər ki, onun fəaliyyəti xarici siyasətin məqsədəuyğunluğundan asılı olaraq aktivləşdirilir və ya “yuxu rejiminə” salınır. Məmmədov uzun müddət özünü qızğın liberal və müvafiq olaraq İran hakimiyyətinin əleyhdarı kimi göstərib. Bununla belə, paralel olaraq, o, dəfələrlə İranın Belçikadakı səfirliyində - xüsusən 2010 və 2012-ci illərdə - ABŞ-İran böhranı zamanı görüntülənib. Ola bilər ki, o, liberal dəyərləri “müdafiə etməyə” gedib.
Bu günlərdə İsrail səfiri Dikin “Təbriz nağılları” ilə məşhur fləşmobu zamanı Məmmədov Nizami Gəncəvinin “fars” mənşəli olması ilə bağlı paylaşımlar edərək iranlı “tərəfdaşları” sevindirmək qərarına gəlib:
Ona görə də təəccüblü deyil ki, 2018-ci ildə İranın Brüsseldəki diplomatik missiyası Donald Trampın pozduğu “nüvə sazişi”ni dəstəkləmək üçün lobbiçilik aksiyası təşkil etmək və Avropa Parlamentində İranın fəal lobbiçiliyi üçün Məmmədova müraciət edib. İranlılar öz maraqlarını təmin etmək üçün heç bir vəsait əsirgəmirlər. Avropanın diplomatik dairələrində heç kimə sirr deyil ki, Məmmədov bu gün iranlı diplomatların Belçikada əsas “qoçu”na çevrilib və onların Avropa siyasətçiləri ilə ünsiyyəti üçün şəxsi tezislər hazırlayır.
Məmmədov həm də İran və Avropanın beyin mərkəzləri, məsələn, Avropa Siyasət Araşdırmaları Mərkəzi (CEPS) arasında əlaqələrin qurulmasında vasitəçidir. Siyasi fondlarla işləməyə də diqqət yetirir. Belə ki, Məmmədov bir neçə il əvvəl Brüsseldə Konrad Adenauer Fondunda İran və Avropa nümayəndələrinin iştirakı ilə qapalı müzakirələr təşkil edib. Avropanın aparıcı mediasında isə o, ictimai rəyə, ekspertlərə və siyasətçilərə İran üçün sərfəli şərtlərlə “nüvə sazişini” təzələməyə təsir etmək məqsədilə hədəflənmiş tezislər irəli sürür.
Bununla belə, gəlin “həmyerlimizin” Azərbaycana həsr etdiyi nəşrlərinə nəzər salaq. Məmmədovun 27 may 2021-ci il tarixində Fridrix Ebert Fondunun onlayn resursunda dərc olunmuş məqalələrindən biri “Azərbaycanda İsrail niyə tənqid olunmur” adlanır. O, analitik hesablamalarında heç bir ciddi mənbədə rast gəlinməyən məlumatları təbliğ edir ki, guya Azərbaycan İrana qarşı kəşfiyyat fəaliyyəti üçün İsrailə tramplin verir.
2020-ci il iyulun 22-də “Responsible Statecraft” jurnalında dərc olunan məqaləsində Məmmədov Azərbaycanı regiondankənar anti-İran proqramlarının manipulyasiyasına məruz qalmamaq üçün ayıq olmağa çağırır. Tanış ritorika, elə deyilmi? Görünür, məqaləni yazan zaman SEPAH-ın briqada generalının ruhu Məmmədovun bədəninə köçüb.
E.Məmmədov sosial şəbəkələrdə də artıq erməni maraqlarına uyğun gələn maraqlı tezisləri fəal şəkildə təbliğ edir. Onun “Twitter”dəki son paylaşımlarından birində deyilir ki, “Aİ-nin Rusiya qazına ciddi alternativ kimi Azərbaycandakı payı uzaqgörənlikdən kənardır və real deyil”. Maraqlıdır, Azərbaycanla Aİ arasında qaz sövdələşməsi kimləri bu qədər narahat edib?..
Ümumiyyətlə, son illər Məmmədov artıq açıq şəkildə erməni tərəfini dəstəkləməyə başlayıb. Ola bilsin ki, bu da İran qonorarlarının ümumi məbləğinə daxildir, kim bilir. Sosial şəbəkələrdə Eldar erməni “Twitter” fəallarının Azərbaycan əleyhinə yazılarını paylaşır. Hətta repostlarının birində o, Azərbaycan rəhbərliyini və “liberal olmayan” müxalifətini tənqid edən paylaşımına münasibət bildirən erməni təşviqatçıya təşəkkür edir:
Ola bilsin ki, İranla qazanclı dostluq Eldar Məmmədovda erməni yazılarına sevgi yaradıb. Nə yaxşı ki, orada kifayət qədər sponsorlar var. İştahanın yeməklə birlikdə gəldiyini nəzərə alsaq, Eldar Məmmədovun bununla da kifayətlənməyəcəyini proqnozlaşdırmaq mümkündür. Axı hamımız bilik ki, pulun qoxusu olmur.
Xəbərin oxunma sayı : 685
Analiz
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV