Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

“Rusiya Ukraynada “Vaqner”in qırıcı təyyarələrindən istifadə edir“ - Britaniya kəşfiyyati

Tarix 24.06.22, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Ukraynada döyüş əməliyyatlarının dəstəklənməsində “Vaqner” hərbi şirkətinin qırıcı təyyarələrindən istifadə edir.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Ukrayna qüvvələri iyunun 17-də Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsinin vurulması və pilotun qısa müddət sonra ələ keçirilməsi barəsində məlumat yayıb. Pilot Rusiya Hərbi Hava Qüvvələrinin (HHQ) keçmiş mayoru olduğunu, "Vaqner" hərbi şirkəti üçün çalışdığını və münaqişə zamanı bir neçə uçuş həyata keçirdiyini etiraf edib.

““Vaqner”in podratçısı kimi çalışan və təqaüddə olan personalın yaxın hava dəstəyi missiyalarını yerinə yetirməsi onu göstərir ki, Rusiya HHQ çox güman ki, Ukraynaya hücumu kifayət qədər aviasiya heyəti ilə dəstəkləməkdə çətinlik çəkir. Bu, çox güman ki, Rusiyanın kifayət qədər təlim keçmiş kadrlarının sayının azlığı və döyüş itkilərinin kombinasiyası ilə əlaqədardır. Rus pilotun öz missiyalarını yerinə yetirərkən Rusiya hərbi naviqasiya avadanlıqlarından deyil, kommersiya GPS cihazlarından istifadə etdiyi bildirilir. Bu, çox güman ki, “Vaqner” təyyarələrinin Su-25-in köhnə modelləri olduğunu və Rusiya HHQ-nin “Vaqner”i ən müasir avionika avadanlıqları ilə təmin etmədiyini göstərir”, - deyə Britaniya kəşfiyyatının məlumatında bildirilib.





Xəbərin oxunma sayı : 934




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap