“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Bakıda sevgilisindən “yox“ cavabı alan oğlan bıçağa əl atdı - TƏFƏRRÜAT

Tarix 07.05.24, 19:47

Font ölçüsü : - / +
bitmap-img6


Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox” cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinaəyət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmə iclasında məlum olub ki, Sadıq 2017-ci ildən Şəki şəhərində Aytənlə (şərti ad) dostluq münasibətləri olub. 2021-ci ildə Aytən Azərbaycan Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra təhsil almaq üçün Bakı şəhərinə gəlib. Sadıq da Bakıda işləyib və mütəmadi onunla əlaqə saxlayıb, daha sonra evlənmək təklifini edib. Amma qız təklifə "yox" cavabı verib. Aytən Sadıqdan ona zəng etməməsini və axtarmamasını xahiş edib. Lakin oğlan ondan əl çəkməyib. 

2023-cü ilin iyun ayında Şəki şəhərində olarkən Sadıq sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq, hədə-qorxu gəlib və qızın şəkillərini paylaşıb. Aytən Şəki şəhər Polis Şöbəsinə şikayət edib və bununla əlaqədar araşdırma aparılıb. Lakin Sadıq ondan əl çəkməyərək, mütəmadi qızla müxtəlif vasitələrlə əlaqə saxlayaraq onunla ailə həyatı qurmasa, onu öldürəcəyini deyib. Aytən 13 sentyabr 2023-cü il tarixdə Şəki şəhərindən Bakıya qayıdıb. 15 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində rəfiqəsi Aytacla birlikdə universitetdən çıxıb, metronun Sahil stansiyasına gedib. Onıar Nizami küçəsində ("Tarqovı") "Gazelli House" adlanan sərgidə iştirak ediblər. Saat təxminən 14:15 radələrində rəfiqəsi Aytac metroya tərəf hedib, Aytən isə Sahil bağında skamyada oturub. Bundan bir neçə dəqiqə sonra Sadıq ona yaxınlaşıb, danışmağa başlayıb, "səni yaşamağa qoymayacağam, əl çəkməyəcəyəm, sən mənim olmalısan, əks təqddirdə səni öldürəcəyəm" deyib. Daha sonra Sadıq Aytənin kürəyindən, qolundan, belindən, boynundan və üzündən bıcaqla vurub. 

Məhkəmənin qərarı ilə Sadıq Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 934




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap