Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

YAP-ın 56 saylı dairədən olan namizədi “avtoş“ imiş - FOTO

Tarix 05.08.24, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq deputat Tahir Süleymanovun oğlu sentyabrda keçiriləcək parlament seçkilərində atasının dairəsindən namizəd olacaq.

Mahir Süleymanlı YAP-ın 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən namizəddir.

YAP Səbayel rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü olan Mahir Süleymanlı, eyni zamanda parlamentdə işləyib. Onun konkret olaraq hansı postu tutduğu dəqiq bilinməsə də, böyük ehtimalla, atasının sayəsində vəzifə sahib olduğu sirri deyil.
 
 
İlk baxışdan ciddi görkəmli görünən bu cavan namizəd, sən demə, heç də "az aşın duzu” olmayıb. Elə özünün sosial şəbəkə hesablarından belə görünür ki, Mahir Süleymanlı maşın həvəskarıdır.
Hətta paylaşdığı maşınların fotolarından da aydın olur ki, deputat oğlu bahalı maşınlara daha çox meyl salıb. Elə sürdüyü "Lexus” markalı avtomobilin qiymətini qeyd etmək kifayətdir ki, onun hansı səviyyədə bahalı "oyuncaq”lara marağı olub.

Lakin Şabrandan gələn xəbərlərdə deyilir ki, Mahir Süleymanı atasının deputatlığı dövründə, daha gənc yaşlarında rayonda az "at oynatmayıb”. Məsələn, onun Şabran və Xaçmazda "avtoşluq” etdiyinə dair iddialar var. Hətta deyilir ki, bu hərəkətlərinə görə, yerli sakinlər, o cümlədən yerli rəsmilər Tahir Süleymanova şikayət belə ediblər. Ondan oğlunun "ipini yığıması”nı xahiş ediblər.

Deyilir ki, Mahir Süleymanlının bu hərəkətləri atasını sonda ciddi addım atmağa vadar edib. Belə ki, o, oğlunu Bakıya aparmaq və orada yaşaması qərarını verib. Amma deputatlığa namizədin Bakıda Xaçmaz və Şabrandakı kimi olmasa da, ara-sıra "qurdunu öldürdüyü” deyilir.
 
Mənbə: Tribunainfo




Xəbərin oxunma sayı : 571




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap