![]() |
|














ABŞ-ın Fransanın kürəyinə sapladığı xəncərin uzaqmənzilli səbəbi – Nə baş verir?
Tarix 19.09.21, 13:50 |
|

Fransa ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırır.
Nə baş verir?
Səbəb anqlo-sakson dünyasının 3 böyüyü – ABŞ, Böyük Britaniya və Avstraliya arasında yeni müdafiə Paktının (AUKUS) təsis olunması və bu çərçivədə əldə olunan razılaşmalardır. İlin hadisəsi olan bu tarixi əhəmiyyətli anlaşma strateji mənada Çinə qarşı yönəlsə də, cari mərhələdə zərbəsi Fransaya dəyib. Zərbə sözü bəlkə də bu kontekstdə yumşaq səslənir, Fransa özü bunu müttəfiqləri tərəfindən arxadan bıçaqlanmaq kimi qiymətləndirir.
Söhbət nədən gedir?
2016-cı ildə Fransa hərbi sənayesi (Naval Group) tərəfindən Avstraliya hərbi dəniz donanması üçün 12 ədəd submarina tikintisini nəzərdə tutan müqavilə imzalanmışdı. Müqavilənin dəyəri 90 milyard Avstraliya dolları (66 milyard ABŞ dolları) təşkil edirdi və uzaq Okeaniya ölkəsi tarixinin ən bahalı hərbi anlaşması idi. Bu, Fransa üçün də olduqca mühüm sövdələşmə idi - təkcə sualtı qayıqların tikintisini deyil, onlar üçün infrastrukturun qurulmasını, texniki xidməti, ekipajların hazırlanmasını da əhatə edən 50 illik sifariş idi. Fransada bu anlaşma "Əsrin müqaviləsi” adlandırılırdı. Lakin Avstraliya hökuməti müqavilədən imtina edərək fransızları şoka saldı.
Əslində Avstraliya dövləti okeandakı hərbi donanmasını gücləndirməkdən vaz keçmir: əksinə, ABŞ və Britaniyanın köməyi ilə atom sualtı qayıqlarından ibarət donanma yaratmaq barədə strateji qərar qəbul edib. İki müttəfiqinin texnoloji və konsultativ yardımı ilə Avstraliya 8 ədəd atom sualtı qayığı inşa edəcək. Bu tip qayıqlar dünyada cəmi 6 ölkədə var: onlar adi sualtı qayıqlardan fərqli olaraq, çox sürətlə hərəkət edir və düşmən tərəfindən aşkarlanması çətin olur. ABŞ indiyədək bu sahədəki texnologiyasını yalnız bir ölkə - 1958-ci ildə Britaniya ilə bölüşüb.
AUKUS Paktı ümumilikdə 3 dövlətin hərbi-sənaye komplekslərinin inteqrasiyasını, texnoloji, o cümlədən kvant texnologiyaları sahəsində mübadiləni, süni zəka sahəsində birgə çalışmaları, daha sıx kəşfiyyat informasiyaları mübadiləsini və ABŞ-ın Avstraliyada hərbi mövcudiyyətinin genişləndirilməsini nəzərdə tutur. ABŞ-ın hər növ döyüş təyyarələri rotasiya qaydasında Avstraliyada olacaq, artıq bunun maddi-texniki bazası hazırdır.
Bütün məlumatların analizi onu göstərir ki, Vaşinqton Avstraliyanı Sakit okean regionunda Çinə qarşı mübarizənin bastionuna çevirir. Avstraliyanın isə qlobal geosiyasətin mərkəzi halına gəlmiş regionda orta çaplı derjavadan aparıcı derjavaya çevrilmək ambisiyası hiss olunur. Yeni sualtı qayıqlar qanadlı raketlərlə təchiz ediləcək və hazır olduqdan sonra ABŞ gəmiləri və qayıqları ilə birlikdə Çinin ətrafında – Cənubi Çin dənizində və Tayvan boğazında üzməyə başlayacaqlar.
Tayvan demişkən, Avstraliyanı gücləndirməkdə əsas məqsədlərdən biri də Tayvanın müdafiəsidir. Məlumdur ki, Çin Kommunist Partiyası Tayvanı öz torpağı sayır və onu "ana vətən”ə birləşdirmək üçün hərbi gücə əl ata biləcəyini də gizlətmir. (Tayvandakı Çin Respublikasını vətəndaş müharibəsində kommunistlərə məğlub olaraq bu adaya qaçan Çan Kayşi və tərəfdarları yaradıb.) Tayvanın hərbi-strateji, eləcə də ABŞ liderliyi baxımından simvolik əhəmiyyəti böyükdür, əgər Çin kommunist-totalitarizmi buranı ələ keçirə bilsə, bu o deməkdir ki, ABŞ erası başa çatdı. Bundan başqa, Tayvanın önəmini artıran daha bir amil yarımkeçiricilər sahəsində dünya lideri olan şirkətin (Taiwan Semiconductor Manufacturing Company - TSMC) bu ölkəyə məxsus olmasıdır. Pandemiyadan sonra, eləcə də avtomobil sənayesinin mikrosxemlərə tələbatı kəskin artdığından bir müddətdir ki, dünyada bu sahədə defisit yaranıb. Çin bu defisiti xüsusilə hiss edir, çünki ABŞ-ın basqısı ilə TSMC və digər nəhəng çip istehsalçısı olan "Samsung” çinlilərə mikrosxemlərin verilməsini dayandırıb. Çin ciddi texnoloji tərəqqiyə nail olsa da, yarımkeçiricilər sahəsində geri qalır. Balaca ada-dövlətin özəl qurumu olan TSMC hazırda 600 milyard dolları ötən kapitalizasiyası ilə Asiyanın ən dəyərli şirkətidir. ABŞ regionda böyük hərbi qruplaşma saxlasa da, bunların Çinlə ehtimal olunan savaş ssenarilərində yetərsiz qalacağı məlumdur, bu səbəblə bilavasitə bölgə dövlətləri arasında yardımçı güc kimi Çini balanslaşdıracaq və çəkindirəcək müttəfiqlərin varlığı ABŞ üçün həyati məsələdir. Bu məqsəd üçün Avstraliya ilə bərabər Yaponiya da düşünülür. Burada önəmli məqam ondan ibarətdir ki, adı çəkilən ölkələr ABŞ-ın təzyiqi ilə bu işə getmir, Tayvanın ÇXR tərəfindən işğalını və ümumilikdə Çinin ehtimal olunan hegemoniyasını özləri üçün ekzistensial təhdid saydıqları üçün buna qarşı ABŞ-la bərabər hərəkət etmə ehtiyacı duyurlar. Ümumiyyətlə, Çinin əsas problemi müttəfiqsiz olması, regionda onun dirçəlişindən narahat olan ölkələrin çoxluğudur. Avstraliya, Yaponiya və Tayvandan başqa, Vyetnam, Filippin, Malayziya və Bruneyin də Çinlə problemləri var. Regionun güclü dövlətlərindən Cənubi Koreya da ABŞ-la müttəfiqdir. Bu ölkələr Çin əndişəsi ilə həm ABŞ-la, həm də bir-biri ilə əməkdaşlığı gücləndirirlər. Məsələn, bir neçə gün əvvəl Yaponiya ilə Vyetnam arasında hərbi texnologiyalar və silahlanma sahəsində əməkdaşlığa dair müqavilə imzalandı. Bundan öncə - avqustun axırında ABŞ-ın vitse-prezidenti Kamala Harris Vyetnama və Sinqapura səfər edərək Çin əleyhinə sərt bəyanatlar səsləndirdi.
ABŞ-Fransa münasibətlərinə qayıtsaq, Vaşinqtonun Parisə qarşı bu addımının səbəbləri barədə çox danışmaq olar. Təməl səbəb əlbəttə ki, Çinlə strateji rəqabətdə ABŞ-ın daha etibarlı müttəfiqlərə ehtiyac duymasıdır. Uzaq keçmişdə Fransa amerikalıların ingilislərə qarşı Müstəqillik müharibəsində onlara hərbi dəstək verməklə ABŞ dövlətinin yaranmasında böyük rol oynayıb, "Luiziana alışı” ilə də bu yeni dövlətə "su qiymətinə” 2,1 milyon kv. km ölçüdə nəhəng ərazilər satıb - əslində bağışlayıb. ABŞ da öz növbəsində 2-ci Dünya müharibəsində Fransanı nasizmdən xilas edərək və sovet-rus kommunizmini Avropanın qərbinə buraxmayaraq, bir növ, borcundan çıxıb. Lakin Şarl de Qollun dövründə Fransanın ABŞ-ın siyasi, hərbi və kultural hegemoniyasına qarşı siyasət aparmağa başlaması, NATO qərargahını ölkədən qovması, NATO-nun hərbi qanadından çıxması yaddaşlarda təzədir. General Qolldan sonra da günümüzə qədər qollist fəlsəfə - milli suverenliyin prioritetliyi və onu qorumağın əsas şərti kimi ABŞ eqosentrizminə müqavimət Fransa xarici siyasətinin ana xətti olaraq qalır. 2003-cü ildə Fransanın ABŞ-ın İraq əməliyyatına qarşı çıxması iki ölkə arasında soyuqluq yaratmış, hətta ABŞ Fransadan idxalatı azaltmış və Parisi ziyarət edən amerikalı turistlərin sayında azalma olmuşdu. ABŞ-ın mədəni təsirləri fransız kültürünü daha elit, seçkin və ümumbəşəri hesab edən Fransa siyasətçiləri və mədəni elitasında hər zaman qıcıq doğurub, hətta dövləti bəzən əks tədbirlərə sövq edib. Məsələn, bununla əlaqədar 1983-cü ildə sosialist hökumətin dövründə keçirilmiş Sorbonn kollokviumu məşhurdur. Günümüzdə də Fransada bu baxış və yanaşmalar qalmaqdadır. NATO-dan kənar Avropa ordusunun yaradılması ideyasının Paris tərəfindən dəstəklənməsi, Makronun "NATO-nun beyin ölümü gerçəkləşib” bəyanatı buna misaldır.
ABŞ-ın "Şimal axını-2” məsələsində Almaniya ilə tez-tələsik razılığa gəlməsinin səbəblərindən biri də məncə, bu məsələ - yəni AUKUS proyektinin hazırlanması olub. Avstraliyanın Fransa ilə müqaviləyə birtərəfli xitam verməsinin Prasidə dərin məyusluq və qəzəbə səbəb olacağını bilən ABŞ, belə görünür ki, bu mərhələdə Almaniyanı da incitmək istəməyib və Putinlə alverində Merkelə mane olmamağa qərar verib. Çünki eyni anda həm Almaniyanı, həm də Fransanı narazı salmaq ABŞ-ın Avropadakı maraqları baxımından ciddi risklər yarada bilərdi. Birini "kötəkləyərkən” o birinə "kökə” vermək lazım idi. Fransa hər nə qədər ABŞ tərəfindən arxadan xəncərləndiyini düşünsə də, bu ölkə ilə əlaqələri qırmaq lüksünə sahib deyil, aralarında çox dərin iqtisadi və sivilizasion bağlılıq var. Lakin "xəncər yarası”nın izi tez silinmir və son hadisə Fransada ABŞ-a qarşı etimadsızlığı artırıb.
Əfqanıstandakı fiaskodan sonra ABŞ-ın bu mühüm geopolitik həmləsi onu "dəfn etməyin” hələ tez olduğunu göstərir. Gələn həftə isə Vaşinqtonda Quad formatında görüş - ABŞ, Avstraliya, Yaponiya və Hindistan liderlərinin zirvə toplantısı keçiriləcək. Bu dördtərəfli təhlükəsizlik dialoqu formatı da Hind-Sakit okean regionunda Çini balanslaşdırmağa və çəkindirməyə yönəlmiş təşəbbüsdür.
Şahin Cəfərli
Xəbərin oxunma sayı : 388
Analiz
Xəbərlər
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
-
34 mindən çox abituriyent imtahan verdi - 5 nəfərdə mobil telefon aşkarlanıb
-
“Avropanın ölkəmizə “demokratiya dərs”i keçməsi qəbulolunmazdır“ - “Gürcü Arzusu”
-
Polis istirahət zonalarında fasiləsiz xidmət aparır - FOTOLAR
-
Bakıda 40 dərəcə isti olacaq, dağlıq ərazilərə yağış yağacaq - Sabahın havası
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur? - VİDEO
-
“Yolunu azmış” oğul Kral ailəsinə qayıdır? - Londonda gizli görüş
-
Dizel və 92 oktanlı benzin bahalaşacaq? - Açıqlama
-
Bakıda yol-nəqliyyat hadisəsi oldu - Tıxac yarandı
-
Saray qəsəbəsində sexdə yanğın olub - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ
-
“Bir gecədə 36 Ukrayna PUA-sını məhv etmişik” - Rusiya MN
-
“Prezident olmaq çox təhlükəli işdir” - Tramp
-
Azərbaycanlılar ən çox bu ölkəyə gedir - Səbəb nədir?
-
İran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır - Netanyahu
-
Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin TƏFƏRRÜATI
-
Bu ərazilərdə 5 gün qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Manatın sabitliyinin gücü və riskləri: Sabit, yoxsa üzən məzənnə?
-
Avtobuslar niyə yolun ortasında dayanır? - VİDEO
-
Prezident İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Xanımı Ərdoğanın çlxışı zamanı ağladı - VİDEO
-
Bakı Suriya və İsrail danışıqlarına ev sahibliyi edəcək - KİV
-
Fitnes məşqçilərinin təqdim etdiyi qidalanma proqramları niyə bahadır? - VİDEO
-
Ölkədə 1,5 milyon sahibkar var - Ən çox biznesmen hansı rayonlardadır?
-
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar: Onları ora nə çəkib aparır?
-
Xurmanı Almaniyadan 17 manata, Çindən 2 manata alırıq - QİYMƏTLƏR
-
“Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir“ - KİV
-
“Epidbiomed” MMC-yə 138 min manatlıq sifariş - Təsisçisi qanunsuz dərman dövriyyəsinə görə həbs edilmişdi
-
Yeni qida normaları kimlərə şamil ediləcək? - DEPUTAT AÇIQLADI
-
Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı: “Zəng edib dedi ki, 30 min manat istə“
-
“Sputnik Azərbaycan“ Rusiya FTX-nin filialından başqa bir şey deyildi - Mətbuat Şurası
-
İlham Əliyevin Suriya Prezidenti ilə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Çay evində zarafat faciə ilə nəticələndi - Göyçaydakı cinayətin TƏFƏRRÜATI
-
SOCAR Suriya Hökuməti ilə Anlaşma Memorandumu imzaladı - FOTO
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Videomüraciət
-
“Türkiyə Suriyada da terror dəftərinin bağlanacağına inanır“ - Ərdoğan
-
Azərbaycan klublarının dəyəri nə qədərdir? - SİYAHI
-
Suriya Prezidenti Azərbaycandadır - Fotolar
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Çarəsiz anadan yardımsevər insanlara MÜRACİƏT
-
Xanımı Polad Həşimovun şəhid xəbərini necə almışdı? - FOTOLAR
-
Dövlət Departamentinin 1300 əməkdaşı işdən çıxarıldı - FOTOLAR
-
Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova təqaüdə göndərildi - FOTO
-
“Evlərimiz təhlükədədir, hər an çökmə baş verə bilər” - VİDEO
-
Koçaryan Simonyana qarşı daha bir iddia qaldırıb - Nədə ittiham edir?
-
Avtomobillərin utilizasiyası sistemində boşluqlar - İşbazlar fürsətdən istifadə edirlər (VİDEO)
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Ölkədə nikahsız doğulanların sayı artır - İki baxış
-
Həm arıq saxlayır, həm də ürəyə xeyirdir - Hazırda mövsümüdür
-
Tələbələrin təqaüdündən xəbərsiz tutulan pullar hara gedir? - VİDEO
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Tovuz döyüşlərindən 5 il ötür
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
TOP 10
ARXİV