| |
|
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Arayik və Vardanyan məhkəmə qarşısında - FOTO
Tarix 17.01.25, 21:05 |
|
Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “dağlıq qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.
AzFakt.com “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu proses, ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət edəcək.
Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin edilib.
Əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilməklə, təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib.
Sonra iş üzrə təqsirləndirilən şəxslərin müdafiəçiləri elan olunub. Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Bildirilib ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub.
Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib.
Sonra məhkəmədə fasilə elan olunub.
Fasilədən sonra A.Harutyunyan məhkəməyə müraciət edərək çıxış etmək istədiyini deyib. Hakim ona söz verib.

A.Harutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir: “Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.
Daha sonda məhkəmə prosesi yanvarın 21-dək təxirə salınıb.
Qeyd edək ki, zərərçəkmiş şəxslərin, onların nümayəndələrinin və hüquqi varislərinin iştirak etdikləri məhkəmə iclas zalında 350-dən çox şəxs olub.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "dağlıq qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
X X X
Daha sonra Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.
Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.
Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.
R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi iki vəsatət verib.
Onlardan biri R.Vardanyan barəsində cinayət işinin Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması, digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.
Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.
Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət təmin olunmayıb.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Xəbərin oxunma sayı : 1372
Hadisə
Xəbərlər
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
“Rumıniya və Moldova hazırda birləşməyə hazır deyil“ - Prezident
-
Mehdiabad sakinlərindən piyada keçidi ilə bağlı şikayət - “Bu yol bizi qıracaq“
-
Azərbaycanda ən çox biznes kreditini bu banklar verir - SİYAHI
-
İlham Rəhimov Rusiya mediasının gündəmində - Putinin dostunun Peterburqdakı büstündən nə yazırlar?
-
Metronun şöbə rəisi işdən çıxıb - YENİ TƏYİNATLAR
-
Gözəllik salonundan şok cavab: “Şikayət etdiyiniz qurumlara məndən salam deyin“
-
“İrana hücum olarsa, müharibə sərhədləri aşacaq“ - Əraqçinin müavini
-
Azərbaycan MDB-də ən çox hansı ölkə ilə ticarət aparıb? - ARAŞDIRMA
-
Professordan xəbərdarlıq: “Evdə antibiotik vurdurmaq yasaqlanmalıdır!“
-
“Ukrayna ordusu Donbası tərk etməlidir, bu, Rusiya üçün vacib şərtdir“ - Kreml
-
“Amazon“ gələn həftə minlərlə işçini ixtisar edəcək - “Reuters“
-
“Sea Breeze Uzbekistan“a müqavimət var - Ağalarovun layihəsinə mane olan kimlərdir?
-
Beynəlxalq hüquq həmişə selektiv tətbiq olunub və “faydalı yalan” olub - Kanada baş naziri
-
Avtoxuliqanlıq edən sürücü - 15 sutka həbs olundu+VİDEO
-
İlon Mask böyük siyasətə qayıdır - “The Wall Street Journal“
-
Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul etdi - Fotolar
-
Avropada gələn il təbii qazın istehlakı azalacaq - PROQNOZ
-
Təhsil eksperti Kamran Əsədov həbs edildi - Məhkəmə zalında
-
Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım etdi - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Keçmiş aparat rəhbəri Cavanşir Yusifov şadlıq sarayı aldı - Şəmkirdə
-
Vidadi Zeynalov hərraca çıxarılan mülklərini özü alacaq - Əsas əmlakları Dubayda, İstanbuldadır...
-
Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər açıqlandı
-
Bakıda ev yanıb - 2 nəfərin yanmış meyiti aşkar edilib
-
Şirkət rəhbəri hərbi xidmətdən necə yayınıb? - Saxta təhsil, yoxsa…
-
Agentlik büdcənin “ağzı“nı taybatay açıb - Jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min xərclənəcək
-
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib - Nazir tapşırıqlar verdi - FOTO
-
Sabiq Aparat rəhbəri Yevlaxa köçüb: “Mən nə edim, deyim adına ev olmasın?“
-
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı
-
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb - Nələr müzakirə olunub?
-
Nektar toplamağa gedən arılar təknəyə qayıtmır - Təsərrüfatlar niyə məhv olur?
-
Prokurorluq və ADY həmin hökmdən narazıdır - “Ziyanın məbləği çoxdur”
-
Bakıda restoranda ad günü məclisində artıq yazılmış hesaba görə dava düşdü: Həbs olunan var
-
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər? - AÇIQLMA
-
İran istiqamətində hərəkət edən böyük donanmamız var - Tramp
-
Cərimə meydançasında illərdir sahibini gözləyən avtomobillərin aqibəti necə olur? - VİDEO
-
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
-
Sahibkarlıq sahəsində yoxlamalar - Daha 1 il dayandırılır
-
Bu şəxslərin təhsil haqlarını dövlət ödəyəcək - Deputat açıqladı
-
Ermənistan hakimiyyəti II Qareginə qarşı yeni cinayət işi hazırlayır - “Hraparak”
-
Əraqçi Zelenskiyə cavab verib: Dünya klounlardan bezib
-
Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi - FOTO
-
Nəsimi rayonunda qanunsuz tikintilər və Zahid Xəlilov...
-
Köhnə “ab-hava” dağıdılmır: Maliyyə-İqtisad Kollecində imtahan ədaləti sual altındadır
-
“Alternativ dəhliz Gürcüstan üçün təhlükə yaratmır” - Kobaxidze
-
Harri gəldi, onlar səfərə getdi - Kral ailəsində gərginlik
-
Saathesabı əməkhaqqına keçid layihəsi hökumətə təqdim olunub - VİDEO
-
Putin-Uitkoff görüşü 4 saatdan çox çəkdi: hansı qərarlar qəbul olundu?
-
Abşeronda “Giper” “Fiber” zavodu sakinlərin həyatını zəhərə döndərib - VİDEO
-
1986-cı ildən dəyişməyən mənzərə: Oğuzda 14 kilometrlik kənd yolu bərbad vəziyyətdədir
-
Plastik tullantıların emalı müəssisəsi sakinlər üçün ciddi təhlükəyə çevrilib - VIDEO
-
Təranə Qumral sükutu pozdu: “Musa qarışıq hamınız ona qurban olun“
-
Kamran Əsədovun qaynı da məhkəməyə gətirildi - O da işin içində imiş
-
Talıbovların geri dönüş ssenarsi: Xanın ətrafı gizli görüşlərə start verib
-
Özəl tibb müəssisələri də onkoloji yardım həyata keçirə biləcəklər - VİDEO
-
“Fransa Rusiyaya məxsus neft tankerini saxlayıb” - Makron
-
Prezident 3 gündə kimlərlə görüşdü? - ADLAR
-
Elvin Cəfərquliyev həftənin ən yaxşıları arasında - FOTO
-
İki uşaq anası küçədə qətlə yetirildi - VİDEO
-
Səfər Əbiyevin oğlu dələduz çıxdı - 20 nəfər şikayətçi var
-
Prezident Davosdan bu kadrları paylaşdı - VİDEO
-
46 kq marixuana aşkarlandı - DİN əməliyyat keçirdi
-
Bu şəxslərə iki dəfə çox maaş ödəniləcək - DETALLAR
-
Su istehsalı müəssisələrində yoxlama - Nöqsanlar aşkarlandı
-
İlham Əliyev Trampla görüşdü - FOTO/VİDEO
-
“Dünya İran xalqına lazımi köməyi göstərmədi“ - Zelenski
-
Vətəndaşların banklarda nə qədər əmanətləri var? - Tam siyahı
-
Sinif otağından həbsə - 21 yaşına kimi orada qalacaq...
-
ABŞ-nin heç vaxt NATO-ya ehtiyacı olmayıb - TRAMP
-
“Hollywood”da kütləvi dava - Tiktokeri döydülər
-
“Qızıl Qübbə“nin bir qismi Qrenlandiyada olacaq“ - Tramp
-
Azərbaycan Prezidentinin adından saxta açıqlama yayılıb - Xəbərdarlıq
-
İsmayıllıda “dəfinə axtararkən” tarixi qalanı uçuranlar saxlanıldı - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sülh Şurası“ BMT ilə birlikdə işləyəcək - TRAMP
-
“Xəzər Dəniz Gəmiçiliyi“ndə dəyişikliyə start verildi - Yeni sədr rəisi yola saldı
-
Yalnız bu şəxslər aptek işlədəcək - Nazirdən yeni qərar
-
Prezident Qəzza ilə bağlı həmin sənədi imzaladı - VİDEO
-
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTO
-
Sahil Babayev sabiq bankiri direktor təyin etdi - FOTO
-
“Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır“ - Tramp
-
Masazırda zibil dizə çıxır - Bələdiyyə və icra hakimiyyəti susur - Fotolar
-
“Qarabağ“ hansı hallarda pley-offa çıxacaq? - Şanslar və ehtimallar
-
Prezident Davosda Sülh Şurası ilə bağlı tədbirdə iştirak etdi - Video - Fotolar
-
“Aİ ABŞ-nin yeni tariflərinə qətiyyətli cavab verəcək“ - Almaniya Kansleri
-
Həmkarımıza biganə qalmayaq - Gülşən Şərifə dəstək olaq!
-
Taksi sürücülərinin növbəti imtahanı - DİM-dən açıqlama
-
Mədəniyyət Nazirliyi Azər Aydəmirə 657 min manat ödəyəcək - Müqavilə
-
Ödəmə terminallarında 500 manatlıq əskinas qəbul edilmir? - VİDEO
-
İqbal Məmmədovun “Lerik Broyler“i fəaliyyətini dayandırdı - Səbəb nədir?
-
Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar
-
Ev alarkən “torpaq tarixini“ yoxlayın: Ekspertlər xəbərdarlıq edirlər
-
Yaşayış binasındakı təkər satışı anbarı bağlandı - VİDEO
-
Putin Qrenlandiyaya qiymət qoydu - 1 milyard dollara qədər...
-
Buraxılış və qəbul imtahanları - DİM vaxtını açıqladı
-
Azərbaycanda daimi yaşama icazəsi istəyən şəxslərin sayı açıqlandı - SİYAHI
-
Masazırda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
-
Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var
-
“Ayntraxt“ı məğlub edən “Qarabağ“ ÇL-də nə qədər pul qazanıb? - MƏBLƏĞ
-
Hansı hallarda mənzillər premium sayılır? - VİDEO
-
Səlim Müslümovla Vilyam Hacıyevin əmlakları satılır - Siyahı
-
ABŞ 2026-cı Kuba hökumətini devirmək niyyətindədir - İlin sonuna qədər
-
Yevlaxda 5 nəfər dəm qazından zəhərlənib - Ölən var
-
Tələbə olmaq istəyənlərə şad xəbər - Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
-
“Hakimin ədalətsiz qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı“ - İlham Əliyev
-
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir
-
Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur
-
İnstaqramda bu günün paylaşımları - FOTOLAR
-
“Qarabağ“dan möhtəşəm qələbə - “Ayntraxt“ı son dəqiqədə aşırdı
-
Azərbaycanın büdcə mövqeyi dayanıqlı qalır - “Moody`s“
-
Prezident Davosda Marta Kosla görüşdü - FOTOLAR
-
Mərdəkanda kanalizasiya sularıdan şikayət - VİDEO
-
Kir Starmer Trampa meydan oxudu: Mən geri çəkilməyəcəyəm!
-
Prezident və ailə üzvüləri Davosda panel iclasa qatıldı - FOTOLAR
-
Binəqədidə açıq özbaşınalıq: Qadağan olunmuş zonada tikinti (VİDEO)
-
“Almanları məğlub etdikdən sonra Qrenlandiyanı Danimarkaya verdik“ - Tramp
-
Ölkənin idxalı və ixracı bərabərləşir - Xarici ticarətdə müsbət saldo 8.3 dəfə azalıb
-
Məktəblərdə dərslər dayandırılacaq? - Agentlikdən açıqlama
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
TOP 10
ARXİV






