Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Astarada ər arvadını öldürdü: “Hicab taxmadığına, İmam Hüseynə...” – Şok təfərrüat

Tarix 12.01.24, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Astara rayonunda 1991-ci il təvəllüdlü Şirvan 1995-ci il təvəllüdlü həyat yoldaşı Kəmaləni öldürüb, onun 1970-ci il təvəllüdlü anası Səliməyə (adlar şərti verilib – red.) isə xəsarət yetirib.

Şirvan 18 mart 2023-cü ildə saat 15 radələrində Astara rayonu Şiyəkəran kəndində yaşadıqları mənzildə mübahisə zamanı arvadı Kəmalənin ailə başçısı kimi onun hicab taxması və şalvar geyinməməsi tələblərinə məhəl qoymamasından hiddətlənib. Bunu evin kişisi kimi özünə sığışdırmayıb, həyat yoldaşı Kəmaləni və qayınanası Səliməni öldürmək qərarına gəlib.

Kəmalə evin mətbəxində təklikdə olanda bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq onu öldürüb. Sonra qayınanası Səliməyə də bıçaqla bir zərbə vurub.

Səlimiyə vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Xamməd Nuriyevin icraatına verilib.

“Arvadımın ruhu ilə danışıram”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, psixi xəstəlikdən əziyyət çəkir, Lənkəranda və Maştağada müalicə olunub: “Bir müddət əvvəl bıçaq alıb üzərimdə gəzdirməyə başladım. Arvadım Kəmaləni hicab taxmadığına, İmam Hüseynə ibadət etmədiyinə görə vurmuşam. Səbəbi odur ki, başım gedib. Həyat yoldaşımı öldürmüşəm, ancaq ruhu ilə danışıram.

Arvadımı bıçaqla vurarkən uşaqlarımız arxa evdə yatmışdılar. Hadisəni mətbəxdə törətdim. Arvadıma dedim ki, mənə bax, çönüb baxanda əsəbiləşdim və onu bıçaqla vurdum. Təxminən yadımdadır, yeddi bıçaq vurdum.

Kəmaləni bıçaqla vuranda anasını da çağırdım. Qayınanamı bıçaqla vurmağımın səbəbini bilmirəm. Gecə beynimə fikir gəlib”.

“Gecə dava-dalaşımız olmadı”

Təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi məhkəmədə elan edilib. Həmin ifadədən görünür ki, Kəmalə ilə nikahdan onların qız övladı var: “Arvadım, qızım və qayınanamla birlikdə ona məxsus mənzildə yaşamışıq. Əvvəllər münasibətləri normal olsa da, 2023-cü ilin fevralından Kəmalə sözümü eşitmədyinə, öz istədiyi kimi hərəkət etdiyinə görə aramızda mübahisə yaranmağa başladı.

Namaz qıldığım üçün Kəmaləyə hicab taxmağı və şalvar geyinməməyi tapşırdım, o isə sözlərimə məhəl qoymadı. Buna görə aramızda mübahisə oldu. Kəmalə atama zəng edərək məlumat verdi. Atam bizə gəldi, tövsiyə verdikdən sonra bizi öz yaşadığı evə apardı.

Atamın evində təxminən 3 saat qaldıqdan sonra öz evimizə qayıtdıq. Həmin gecə hər hansı dava-dalaşımız olmadı”.

“Arvadımla necə yatmağıma işarə vurdu”

Təqsirləndirilən şəxs deyib ki, səhər saatlarında arvadı Kəmalə ilə birlikdə fiziki qüsuru olan övladını Lənkəran şəhərinə loqopedin yanına aparıb, daha sonra evə gətirib: “Həmin vaxtdan sonra evdə olmuşuq. Günorta ailə üzvlərimlə birlikdə yemək yedik. Sonra Kəmalə anası Səlimə ilə mətbəxdə şirniyyat bişirmək üçün xəmir hazırladı. Mən də evin qarşısında yerləşən pilləkəndə əyləşdim.

Bu zaman qonşumuz Məhərrəmin yeznəsi Vüsal “VAZ-2107” markalı avtomobillə yaşadığım binanın həyətinə gəldi. Mənimlə söhbət etdi, əl hərəkətləri ilə mənim Kəmalə ilə cinsi əlaqədə olan zaman onun hansı nahiyəsinə toxunamağımı işarə elədi.

Kəmalənin hicab bağlamamasından, müxtəlif vaxtlarda kənd sakinlərinə dəli olduğumu bildirməsindən və məni saymayaraq sözlərimi eşitməməsindən bezdiyim üçün onu öldürmək qərarına gəldim”.

“Əvvəl müqavimət göstərmək istədi”

Şirvanın ifadəsinə görə, qayınanası Səlimə mətbəxin qarşısında eyvanda əlini yuyan zaman giriş qapını bağlayaraq mətbəxdə pəncərənin yaxınlığında quraşdırılmış qaz sobasının yanında duran Kəmalənin yanına gedib:

“Təxminən iki ay öncə Lənkəranda bazarda tanımadığım şəxsdən alıb üzərimdə gəzdirdiyim bıçaqla Kəmaləyə çoxsaylı bıçaq xəsarətləri yetirdim. Hadisənin təsirindən ilk bıçaq zərbəsini Kəmalənin hansı nahiyəsinə vurduğumu və bıçaq zərbələrinin sayını xatırlamıram. Əvvəl Kəmalə mənə müqavimət göstərmək istəsə də, ardıcıl bir neçə bıçaq zərbəsi də vurduqdan sonra yerə yıxıldı, hərəkətsiz qaldı. Məqsədim onu öldürmək idi.

Kəmalənin yerə yıxılıb hərəkətsiz qaldığını gördüm. Öldüyünü düşünərək mətbəxin həyətə tərəf olan pəncərəsindən çölə çıxdım. Həyətə çıxanda qayınanamla qarşılaşdım. O, üzərimə gələrək mənimlə mübahisə etməyə başladı. Kəmaləni vuduğum bıçaqla ona bir zərbə vurub hadisə yerindən uzaqlaşdım.

Öncə kəndin içərisində qardaşımla qarşılaşdım, hadisəni ona danışdım, məni Astara Rayon Polis Şöbəsinə aparmasını xahiş etdim. Qardaşım da məni avtomobil ilə polis şöbəsinə apardı”.

“Əgər məndən boşansan...”

İş üzrə zərərçəkmiş Səlimənin sözlərinə görə, yeganə övladı olan Kəmalə 2014-cü ildə Şirvanla ailə qurub: “Onların 2017-ci ildə bir övladları doğuldu. Onlar birlikdə mənə məxsus evdə yaşayırdılar. Şirvan və Kəmalə heç yerdə işləmədikləri üçün ailəni dolandırmaq üçün özüm çox vaxt Dağıstanda qohumlarımın yanında qalmaqla ticarətlə məşğul olurdum.

Əvvəllər Şirvanla Kəmalənin münasibətləri yaxşı idi. 2022-ci ilin dekabrında Kəmalə mənə zəng etdi, Şirvanın onunla yola getmədiyini bildirdi və evə qayıtmağımı istədi. Buna görə yaşadığım kəndə gəldim. Bir daha kənara getmədim. Birlikdə yaşasaq, Şirvanın məndən çəkinəcəyini və ailəsi ilə yaxşı yola gedəcəyini düşündüm.

Bir müddət sonra onlar yola getmədilər. Bu səbəbdən qızım boşanacağını dedi. Şirvan da Kəmaləyə boşanacağı təqdirdə onu öldürəcəyini bildirdi.

Kəmaləyə Şirvanın hər hansı bir hadisə törətməməsi üçün sakit olmasını məsləhət gördüm. Onların dalaşmasına səbəb Şirvanın qızımdan hicab taxmasını tələb etməsi idi. Kəmalə Şirvana xəstə övladı sağaldıqdan sonra hicab taxacağını bildirdi, bunu əhd etdiyini dedi.

Həmçinin Şirvan işləmir, evə qazanc gətirmirdi. Bu səbəblərə görə söz-söhbət olurdu”.

Zərərçəkmiş qeyd edib ki, martın 17-də Kəmalə qayınatası Akifə zəng edib, Şirvanın onunla yola getmədiyini bildirib: “Təxminən yarım saat sonra Akif digər oğlu Fuadla gəldi, Şirvana tövsiyələr verdi, onları evinə apardı. Təxminən 3 saat sonra Şirvan qardaşı və azyaşlı övladı ilə evə qayıtdı. Ş

irvan evə gələndən sonra Kəmalənin atasına şikayət etməsinə əsəbiləşdi”.

“Qızım dedi, gecə narkotikdən istifadə elədi”

Səlimə deyib ki, gecə saat 3 radələrində Kəmalə onu çağıraraq atasına məlumat verdiyi üçün Şirvanın onu incitdiyini bildirib: “Səhər isə Şirvanın narkotik vasitələrdən istifadə etdiyi üçün gecə yatmadığını dedi. Qızımın deməsinə görə, Şirvan narkotikdən istifadə edib, mən özüm belə halın şahidi olmamışam.

Həmin gün səhər saatlarında ərim Telmanın qohumunun yas mərasiminə getdim. Evə qayıdanda Kəmalə Şirvanın onu ölümlə hədələdiyini, lakin heç bir xəsarət yetirmədiyini bildirdi. Qızıma mehriban olmalarını tapşırdım.

Kəmalə qaynına zəng etdi, onları Lənkəran şəhərinə aparmağı xahiş etdi. Onlar qızı Lənkəran şəhərinə loqopedə apardılar, bir neçə saat sonra yenidən evə qayıtdılar. Qızımın qaynı evə daxil olmadan öz evinə getdi”.

“Məni öldürəcəkdi”

Zərərçəkmiş qeyd edib ki, daha sonra birlikdə günorta yeməyi yeyiblər, yeməkdən sonra Kəmalə şirniyyat bişirməyə hazırlaşıb: “Mən dəstəmaz almaq üçün eyvanda əl-ayağımı yudum. Şirvan isə eyvanın qarşısında pilləkəndə əyləşdi. Bu vaxt qonşumuzun yeznəsi idarə etdiyi avtomobillə binanın həyətinə gəldi, Şirvana salam verdi. Şirvan da heç bir söz demədən başı ilə onun salamını aldı. Həmin şəxs Şirvana heç bir söz demədən getdi.

Şirvan mətbəxə girib olaraq Kəmaləyə nəsə dedi. Kəmalə Şirvanın qardaşına zəng edərək onu aparmasını xahiş etdi. Bir neçə dəqiqə sonra mətbəxin giriş qapısının içəridən bağlandığını eşitdim. Kəmalə “ay mama” deyərək qışqırmağa başladı. Mətbəxin giriş qapısı, eyvana tərəf olan pəncərəsi bağlı olduğu üçün içəri girə bilmədim.

Mətbəxin həyətə tərəfə açılan pəncərəsinin qarşısına getdim. Kəmalə kömək etmək və onları ayırmaq üçün pəncərədən içəri daxil olmaq istədim. Şirvan pənəcərədən tullandı. Ondan Kəmaləyə nə etdiyini soruşdum, o da qızımı öldürdüyünü bildirdi. Əlində bıçaqla üzərimə gəldi və “səni də öldürəcəm” deyərək mənə bir bıçaq zərbəsi vurdu. Qışqırıb qonşuları köməyə çağırdım. Şirvan qışqırdığımı gördü və qorxaraq qaçdı. Qışqırmasaydım məni də öldürəcəkdi.

Yaralı formada mətbəxin yola tərəf olan pəncərəsindən içəri keçdim. Qapının kilidini açaraq eyvana çıxdım və qonşuları köməyə çağırdım. Qonşular mənə və qızıma kömək etməyə çalışdılar. Telefonla zəng edərək Şirvanın atasına məlumat verdim. O da hadisə yerinə gəldi. Məni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına apardılar”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şirvan 20 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com





Xəbərin oxunma sayı : 940




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap