“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

AYB-dən xəbərdarlıq: Fevralın 1-dək vaxt var, siyahı dərc olunacaq

Tarix 18.01.26, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


"Hazırda yazıçıların ödənişi davam edir və son günlər bu sahədə canlanma müşahidə olunur”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O, yazıçıların üzvlük haqqı ilə bağlı danışarkən qeyd edib ki, Birlikdən xaric olunma xəbərdarlığından sonra bəzi yazıçılar ödənişlərini həyata keçiriblər:

"Mənim əlimdə tam statistika yoxdur, amma ödənişlər artıq başlayıb. Biz üzvlərimizi məsuliyyətsizlikdə günahlandırmırıq. Onlardan bəziləri müəyyən səbəblərdən ödəniş etməyib, bəziləri isə sadəcə unutmuşdu. Bu günlərdə bir çox yazıçı gəlir və ödənişlərini həyata keçirir.

Fevralın 1-dək müddət var, ondan sonra konkret qərar veriləcək. Siyahıda tanınmış imzalar da mövcuddur. İl ərzində 15 manat heç kim üçün çətinlik yaratmamalıdır. Eyni zamanda bu insanlar könüllü olaraq AYB-yə üzv olublar və buna görə də Birliyin nizamnaməsinə uyğun hərəkət etməlidirlər.

Ödəniş etməyənlərin siyahısı əlifba sırası ilə dərc olunacaq və həmin şəxslər Birlikdən xaric ediləcək”.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap