“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda ingilis dilini necə bilirlər? - Ölkələrin siyahısı

Tarix 13.11.24, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada ingilis dilinin hansı səviyyədə öyrənildiyi barədə növbəti araşdırmanın nəticəsi açıqlanıb. 

Yeniavaz.com xəbər verir ki, belə bir araşdırmanı İsveçrənin "EF Education First” şirkəti həyata keçirib.

İsveçrə şirkət uzun illərdir ingilis dili biliyi üzrə ölkələrin illik reytinqini hazırlayır. Bu ilki reytinqə 116 ölkə daxil edilib.

Azərbaycan 116 ölkə arasında ingilis dili bilmə səviyyəsinə görə 86-cı sırada yer alıb. Bu nəticəyə əsasən Azərbaycanda insanların ingilis dili bilmə səviyyəsi aşağı olub.

İngilis dili bilmə səviyyəsi region ölkələrindən Gürcüstan, Belarus, Moldova, Ermənistan, Rusiya və Ukraynada orta səviyyədə olub.
Azərbaycanla bərabər Türkiyə, İran və Qırğızıstanda isə zəif hesab olunub.

Region ölkələri ingilis dilini bilmə səviyyəsinə görə aşağıdakı yerlərdə qərarlaşıblar:

Grücüstan – 34 (Orta)
Belarus – 35 (Orta)
Ermənistan – 38 (Orta)
Moldova – 39 (Orta)
Ukrayna – 40 (Orta)
Rusiya – 44 (Orta)
İran – 62 (Zəif)
Türkiyə - 65 (Zəif)
Azərbaycan – 86 (Zəif)
Qırğızıstan –88 (Zəif)
Özbəkistan – 98 (Çox zəif)
Qazaxıstan –  103 (Çox zəif)
Tacikistan – 109 (Çox zəif)

İngilis dili bilmə səviyyəsinə görə tərtib edilən siyahıya Niderland başçılıq edib. İlk onluğa Norveç, Sinqapur, İsveçrə, Xorvatiya, Portuqaliya, Danimarka, Yunanıstan, Avstraliya və Almaniya da daxildir. Yəmən və Somali sakinlərinin isə ingilis dili bilmə səviyyəsi olduqca pis hesab edilir.






Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap