|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Azərbaycanda qadın maşınına mindiyi leytenatı bıçaqladı: “Mənə elə təkliflər etdi ki...”
Tarix 17.01.23, 19:27 |
|
Gəncə şəhərində 1989-cu il təvəllüdlü Aybəniz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Əliyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 6 dekabr 2021-ci ildə Gəncənin Təbriz küçəsində yerləşən “Lukoil “ adlanan yanacaqdoldurma məntəqəsində baş verib.
Orada Aybənizlə Əlinin arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Münaqişə zamanı Aybəniz ona bıçaqla xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Aybənizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
“Ərimdən boşanmışam”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aybəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ailə üzvləri ilə birlikdə Daşkəsəndə qeydiyyatda olsa da, Gəncə şəhərində mərmər sexinin yanında fərdi yaşayış evində kirayədə qalır: “Himayəmdə azyaşlı övladım var. Əlini bıçaqla vurmamışdan iki gün əvvəl tanımışam. Onunla heç bir düşmənçiliyim və yaxud ədavətim olmayıb.
“Lukoil” yanacaqdoldurma məntəqəsində xadimə işləyirdim. Ərimdən ayrıldıqdan sonra iki azyaşlı övladlarımdan biri atasında qalıb, biri isə mənim himayəmdədir. Övladımı bağçaya qoyuram. İşdən evə və uşağı bağçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarında təsadüfən həmin istiqamətə gedən tanımadığım avtomobillərə əl edirdim.
Avtomobillərdən saxlayan olanda maşına minib uşağımı bağçadan götürürdüm və yaşadığım evə gedirdim”.
“Mənə “bacı” deyə müraciət etdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 4-də səhər tezdən yaşadığı Savalan küçəsindən iş yerinə gəlmək üçün “Mercedes” markalı avtomobilə əl edib: “Xahiş etdim ki, məni işlədiyim “Lukoil” yanacaqdoldurma məntəqəsinə aparsın. Sürücü də razılaşdı. Uşaqla avtomobilə əyləşdim. Yolda sürücü özünün hərbçi olduğunu bildirdi. Məndən mobil nömrəmi istədi ki, evimlə iş yeri arasında olan məsafəni tez-tez gedib-gəlir, lazım olsa, məni də avtomobili ilə aparıb-gətirsin.
Mən də mobil nömrəmi ona verdim. Həmin şəxs mənə - “bacı”, - deyə müraciət etdi. Dedi ki, nə vaxt lazım olsa, avtomobili ilə məni işdən evə və ya əksinə aparacaq. Sonra məni yanacaqdoldurma məntəqəsində düşürdü”.
“Bildirdi ki, ərin yoxdur, sənə kişi lazımdır”
Aybənizin sözlərinə görə, həmin gün günorta saatlarında Əli ona zəng edib:
“Dedi ki, səhər tezdən səni maşınla aparan şəxsdir. Dedim, lap yaxşı. Sonra qayıtdı ki, o da boşanıb və boşanmış bir qadın kimi məndən xoşu gəlir, mənimlə cinsi əlaqədə olmaq istəyir, lazımdırsa, hotel danışsın. Mən də ona düşündüyü kimi qeyrətsiz qadın olmadığımı bildirdim. Ona boşanmağına inanmadığımı da dedim. Həmin vaxt Əli evli olduğunu etiraf etdi. Bildirdi ki, onsuz da ərin yoxdur, sənə də kişi lazımdır, məni arvad kimi saxlaya bilər.
Dedi ki, çox vəzifəli şəxsin arvadını altından çıxarıb saxlayıb, çox qeyrətli qadını yoldan çıxarıb. Sonra söylədi ki, birinci günü axşam işdən çıxandan sonra hotel danışacaq və mənimlə hoteldə cinsi əlaqədə olacaq. Tapşırdı ki, uşağı müvəqqəti saxlamaq üçün harasa qoyum. Mən də cavabımda dedim ki, dünya dağılsa da, uşağı heç kimin yanına qoymayacağam.
Üstəlik bildirdi ki, hoteldə mənimlə iyrənc formada, arxa və qabaq nahiyədən cinsi əlaqədə olacaq.
Əlinin mənə əxlaqsız təkliflər etməyi çox pisimə gəldi, ondan qisas almaq fikrinə düşdüm. Ona görə də birinci günü hoteldə mənimlə cinsi əlaqədə olmaq təklifinə - “hə”, - dedim. Məqsədim o idi ki, Əli məni hotelə aparsın, ondan sonra onunla baş-başa qalım və bıçaqla onu vurub başa salım ki, əxlaqsız qadın deyiləm”.
“Dedi ki, avtomobildə də əxlaqsız hərəkətlər edərəm”
Aybənizin ifadəsinə görə, səhəri gün Əli yenə də ona zəng edib:
“Bildirdi ki, birinci gün axşam işdən çıxandan sonra hotelə gedəcəyik. Hoteldə əvvəlcə mənim seksin iyrənc formasını edəcəyimi, sonra isə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olacağımızı söylədi. Əlini inandırmaq üçün cavab verdim ki, narahat olma, hotelə gedəcəyik və hansı formada desən, səninlə həmin formada cinsi əlaqədə olacağam. Həmçinin dedi ki, avtomobildə qabaqda oturaram, orda da əxlaqsız hərəkətlər edərəm. Etiraz etdim ki, avtomobildə arxada oturacağam. Ona bildirdim ki, onsuz da hotelə gedirik, nə lazımdırsa orada edərəm.
Əlinin sözləri və mənə əxlaqsızlıq təklif etməsi çox pisimə gəldi. Yaşadığım evdə mətbəxdən kiçik ölçülü bıçağı götürüm və əl çantama qoydum ki, Əli ilə görüşəndə onu vurum”.
“Mənə əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğumu dedim”
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün səhər saat 7 radələrində azyaşlı oğlu ilə yoldan keçən tanımadığı avtomobillə Gəncə-Qazax avtomobil yolunda yerləşən və Daşkəsən rayonu istiqamətində böyük körpünün altına gedib: “Orada Əliyə zəng etdim və dedim ki, onu gözləyirəm, gəlsin.
Əli gəldi, azyaşlı oğlumla avtomobilin arxa oturacağında əyləşdim. Dedim ki, telefonda mənə etdiyi əxlaqsız təklifləri üzümə desin. O üzümə qarşı əvvəlki gün dediklərini təkrarladı. Əsəbi formada dedim ki, sür avtomobili, gedək. Bildirdim ki, avtomobili işlədiyim yanacaqdoldurma məntəqəsinə sürsün, guya uşağın sənədlərini götürəcəyəm.
Məqsədim o idi ki, Əlini elə işlədiyim yanacaqdoldurma məntəqəsində bıçaqla vurum, birdən hərəkətdə olan zaman vuraram, avtomobil qəzaya düşər, övladım da xəsarət alar.
Biz avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olan kimi çantamda olan bıçağı çıxardım və Əliyə əvvəlcə sağ bədən nahiyəsinə iki dəfə vurdum. Əli avtomobil hərəkətdə ola-ola sol ayağını avtomobildən yerə saldığı üçün 4-5 dəfə də onun buduna vurdum.
Əli avtomobili saxlayıb yerə düşdü, mən də sürücü tərəfdən avtomobildən endim. Onu yenidən bıçaqla vurmaq istədim. Lakin Əli məndən uzaqlaşdığı, yanacaqdoldurma məntəqəsində işləyən şəxslər mane olduğu üçün onu daha vura bilmədim. Ancaq əsəbdən həm əlimdə olan bıçaqla, həm də ayağımla Əlinin maşınına zərər vurmağa başladım.
Əli avtomobilə əyləşdi və yanacaqdoldurma məntəqəsindən uzaqlaşdı. Mən də bıçağı yanacaqdoldurma məntəqəsində özümə məxsus otaqda pəncərənin yanına qoydum. Sonra oğlumu bağçaya apardım. Daha sonra qayıdıb təmizlik işlərini gördüm. Sonra polisə gedərək tanımadığım bir nəfəri mənə əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğumu dedim”.
“Uşağa rəhmim gəldi”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əlinin sözlərinə görə, ailəsi ilə Göygöl rayonunda yaşayır:
“Hərbi sahədə işləyirəm, baş leytenantam. Evliyəm, himayəmdə 3 azyaşlı övladım var”.
Əli qeyd edib ki, Aybənizi tanıyan vaxtadək onunla hər hansı münasibəti olmayıb:
“Yaşadığım Göygöl rayonundan “Mercedes Benz” markalı avtomobilimlə Gəncə şəhəri ərazisində yerləşən hərbi hospitala gəlib-getmişəm. Həmişə olduğu kimi dekabrın 4-də saat 8 radələrində idarə etdiyim avtomobillə hospitala yola düşdüm. Gəncə şəhəri istiqamətində hərəkətdə olan vaxt yolun kənarında bir nəfər qadının yanında azyaşlı uşaqla dayandığını gördüm.
Qadının yanına çatanda qadın mənə tərəf əl ilə işarə etdi. Əvvəlcə avtomobili dayandırmaq istəmədim. Çünki valideynlərim mənə nəsihət ediblər ki, yolda qadın gördüyün halda heç vaxt avtomobili dayandırmayım. Lakin qadının yanında azyaşlı uşaq dayandığına və səhər tezdən hava soyuq olduğuna görə uşağa rəhmim gəldi.
Qadın avtomobilin arxa sağ qapısını açaraq məndən xahiş etdi ki, onu işlədiyi “Lukoil” yanacaqdoldurma məntəqəsinə aparım. Mən də etiraz etmədim, qadın uşağı ilə avtomobilin arxa oturacağında əyləşdi”.
“Mobil nömrəsini mənə verdi”
Zərərçəkmiş qeyd edib ki, bundan sonra avtomobilini Gəncə şəhəri istiqamətində idarə etməyə başlayıb:
“Yolda Aybəniz “Lukoil” yanacaqdoldurma məntəqəsində xadimə işlədiyini, azyaşlı uşağını isə Gəncə şəhərində bağçaya qoyduğunu bildirdi.
Söhbət zamanı Aybəniz ərindən ayrıldığını və azyaşlı uşağı ilə birlikdə yaşadığını da dedi. Mən də hərbçi olduğumu, hər gün Göygöl rayonuna gedib-gəldiyini söylədim. Aybəniz dedi ki, hər gün azyaşlı uşağı ilə Gəncə şəhərinə gəlib, uşağını bağçaya qoyduqdan sonra özü xadiməçi işlədiyi yanacaqdoldurma məntəqəsinə gedir.
Gəncə şəhərindən aralı yaşadığı üçün hər gün gəlib-getməyin çətin olduğunu bildirdi. Təklif etdim ki, hər gün Gəncə şəhərinə gəlib-getdiyim üçün onu da yolüstü götürə bilərəm. Aybənizdən mobil telefon nömrəsini istədim. O da etiraz etməyərək mobil nömrəsini mənə verdi.
Aybəniz bildirdi ki, şənbə-bazar bağça işləmədiyi üçün azyaşlı uşağını özü ilə yanacaqdoldurma məntəqəsinə aparır”.
“Dedim ki, subay bir kişi kimi ondan xoşum gəlir”
Zərərçəkmiş şəxsin sözlərinə görə, Aybənizi və uşağını işlədiyi yanacaqdoldurma məntəqəsinə aparıb və sonra xidmət etdiyi hərbi hospitala gedib:
“Günorta saatlarında işdə olan vaxt hal-əhvalını soruşmaq üçün Aybənizə zəng etdim. Daha dəqiq desəm, Aybənizə xoşum gəldiyi üçün onunla səmimi münasibət qurmaq fikrində oldum. Fikirləşdim ki, boş vaxtlarında görüşüb, onunla restoranların birində yemək yeyərəm.
Rədd cavabı almamaq üçün əvvəlcə yalandan dedim ki, boşanmışam, subay bir kişi kimi ondan xoşum gəlir. Aybəniz də bildirdi ki, düşündüyün kimi qeyrətsiz qadın deyiləm, mənim də boşanmağıma inanmır. Məcbur qalıb evli olduğumu etiraf etdim.
Aybəniz bildirdi ki, əgər fikirlərimiz üst-üstə düşsə, birgə səmimi münasibət qurarıq. Telefonda danışan zaman dedi ki, gərək onu arvadım kimi saxlayım. Mən də geniş maddi imkanımın olmadığını, himayəmdəki 3 azyaşlı uşağın qayğısına qaldığımı bildirdim.
Aybəniz dedi ki, istəsən məni saxlaya bilərsən, çünki hərbçilərin maaşı yüksəkdir. Söhbətdən belə başa düşdüm ki, o, imkanlı kişi axtarır”.
“Təngə gətirdi...”
Əli qeyd edib ki, bundan sonra Aybənizlə soyuq danışmağa başlayıb və münasibətlərə son qoymağa çalışıb:
“Çünki aylıq məvacibim ailəmin tələbatını birtəhər ödəyir. Həmin gün Aybənizlə bir neçə dəfə mobil telefon vasitəsi ilə əlaqə saxladım, hal-əhval tutsam da, onun bezdirici söhbətlər etməsi, yəni məndən pul istəməsi, onu saxlamağa məcbur eləməsi məni təngə gətirdiyi üçün onun nömrəsini bloka atdım”.
Zərərçəkmiş qeyd edib ki, sonrakı günlər Aybəniz ona dəfələrlə zəng edib:
“Dekabrın 5-də Aybəniz mənə zəng etdi, istirahət günü olduğu üçün hotelə getməyi təklif elədi. Buna razı olmadım, evdə işlərim çox olduğunu bəhanə etdim, onunla hotelə getməkdən boyun qaçırdım”.
Zərərçəkmiş ifadəsində göstərib ki, dekabrın 6-da yuxudan oyananda Aybənizin ona zəng etdiyini görüb, onunla əlaqə saxlayıb, işə gedəndə yolüstü Aybənizi də götürüb.
“30-40 manata gücüm çatacağını bildirdim”
Əli deyib ki, yolda Aybəniz ondan mobil telefon nömrəsini bloklanmış zənglər siyahısına əlavə etməsinin səbəbini soruşub, onunla əsəbi danışmağa başlayıb:
“Mən də dedim ki, onu saxlamağımı tələb etdiyi üçün bu üsula əl atdım. Aybəniz yolda məndən pul istədi. Üzərimdə 21 manat pul olduğu üçün ona veriləcək əlavə pulum olmadığını, olan pula evə ərzaq alacağımı söylədim. Dekabrın sonlarında maaşımı alanda kommunal xərclərinə kömək məqsədi ilə 30-40 manat verməyə gücüm çatacağını bildirdim.
Bundan sonra Aybəniz avtomobili yanacaqdoldurma məntəqəsinə sürməyimi istədi. Mən isə uşağını bağçaya aparmayacağını soruşdum. Bildirdi ki, iş yerindən uşağının paltarını götürüb, sonra bağçaya aparacaq. Onunla razılaşdım, avtomobilini yanacaqdoldurma məntəqəsi istiqamətində idarə etməyə başladım.
Yanacaqdoldurma məntəqəsinə daxil olub maşını saxladım. Aybənizin sağ bədən nahiyəmə iki dəfə zərbə vurduğunu hiss etdim. Əvvəlcə onun məni yumruqla vurduğunu güman etdim. Salonun içərisində olan güzgüdən arxaya baxanda gördüm ki, Aybənizin əlində bıçaq var. Dərhal avtomobildən yerə düşmək istəyəndə Aybəniz əlindəki bıçaqla sağ ayağımın bud nahiyəsindən də bir neçə zərbə vurdu”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsin dediklərinin yalan olduğunu söyləyib. Deyib ki, onun Aybənizi hotelə aparmaq fikri olmayıb.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aybənizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 3 il sınaq müddəti olmaqla 3 il 5 ay 28 gün müddətinə şərti cəza verilib.
Xəbərin oxunma sayı : 379
Kriminal
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV