“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakının bəzi əraziləri hələ də istiliksiz QALIB - SİYAHI

Tarix 20.11.23, 16:25

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 15-dən ölkənin bütün ərazisində istilik sistemi işə salınıb. “Azəristiliktəchizat” ASC-nin məlumatına görə, istiliyin verilişi gələn il aprel ayının 15-nə qədər davam edəcək. İstiliyin verilməsindən bir neçə gün keçsə də, paytaxt rayonlarındakı bəzi yaşayış binaları hələ də istiliklə təmin olunmayıb.

Bakının Nizami, Yasamal, Binəqədi, Xətai rayonları, həmçinin Biləcəri, Bakıxanov qəsəbələrində yaşayan sakinlər istiliyin verilməməsindən şikayətçidirlər. Eyni problem Sumqayıt şəhərində də yaşanır. 

Sakinlər konkret ünvanlar göstərərək saytımıza müraciət ediblər. Bu ünvanlara Xətai rayonu Nəsrəddin Tusi küçəsi, Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, metro  “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, Hüseyn Cavid prospekti, 528-ci məhəllə, Binəqədi rayonu 9-cu mikrorayon Cəlal Paşayev küçəsi daxildir. 

Adıçəkilən ərazilərdəki yaşayış binalarının sakinləri istisinə qızına bilmədikləri “istilik”lə bağlı “Azəristiliktəchizat”a müraciət ünvanladıqlarını və müraciətlərinin cavabsız qaldığını qeyd ediblər. 
Məsələ ilə bağlı Bizim.media-ya danışan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bütün binaların istiliklə təmin olunduğunu bildirib:

“İstiliyin olmaması mənzildaxili və binadaxili problemdən də qaynaqlana bilər. Ona görə də hər bir problemin özünün fərdi cavabı var. Hansı mənzilə niyə istilik verilmir araşdırılmalıdır. Çünki binalar istilik alır və bütün qazanxanalar işə düşüb”.



Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap