Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Bakıxanov qəsəbəsində olan parkda ağaclar təhlükədədir? - VİDEO

Tarix 01.06.26, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


Restoranın ərazisi böyüdülür, quraşdırılan konstruksiyalar isə ağacların bir qisminin ətrafını bağlayıb...

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, sakinlər arasında "Stansiya" kimi tanınan ərazidə lentə alınıb.

Ərazidə yaşayan sakinlər vəziyyətdən narahatdırlar. Onlar ehtimal edirlər ki, ağaclar yaxın zamanda ya kəsiləcək, ya da restoranın ərazisində qalaraq məhv olacaq.

Sakinlər aidiyyəti qurumların təcili tədbir görməsini və ağaclara zərər dəyəcəyi təqdirdə tikinti və genişləndirmə işlərinin dayandırılmasını istəyirlər

Məsələ ilə bağlı ərazidə inşa edilən iaşə obyektinin sahibi ilə əlaqə saxladıq. Bildirildi ki, sakinlərin narahat olması üçün heç bir əsas yoxdur. Həyata keçirilən tikinti işləri qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır və ağacların kəsilməsi nəzərdə tutulmur. Ağaclar inşa edilən konstruksiyanın daxilində saxlanılacaq və yaşıllıq örtüyü tam mühafizə olunacaq.




Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap