“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycanın məşhur plastik cərrahı ilə bağlı araşdırma başladı - VİDEO

Tarix 16.01.25, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Daha bir cərrah əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.

AzFakt.com Lent.az-a istinadən bildirir ki, son zamanlarda cərrahların əslində sterilliyi daim qorunmalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir.

Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən məlum olur ki, bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edirlər. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.

Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.

Məsələ ilə bağlı əməliyyatda iştirak edən cərrah Təbəssüm Qurbanova münasibət bildirib.


"Başa düşürəm, hazırda plastik cərrahların işi gündəmə açıq bir mövzudur. İnsanlar bilmədən qınayırlar, amma mən qanunazidd heç bir addım atmamışam. Canlı yayımlarda nə əlcəksiz, nə maskasız, nə da saçı açıq bir tibb işçisi görə bilərsiniz. Çünki bizim əməliyyatlarda bütün sterillik qorunur. Biz əksər əməliyyatlarımız zamanı sosial şəbəkələrdə canlı yayım açırıq. Bu, bizim işimizin düzgün şəkildə təbliği üçün yararlıdır. Xüsusilə də bədənşəkilləndirmə əməliyyatı bugünkü gündə diqqətçəkən mövzudur. Mənim pasiyentlərim elə canlılarıma baxaraq müraciət edirlər".

"Xəstənin icazəsi məsələsinə gəldikdə isə mənim əməliyyat masama uzanan hər bir pasiyent canlı yayım açacağım ehtimalının olduğunu bilir. Əvvəlcədən biz bütün xəstələrin buna razılığını alırıq", - deyə cərrah əlavə edib.

Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.

Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib:

"Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".

Qeyd edək ki, yaxın günlərdə də oxşar bir hadisə baş verib. Mama-ginekoloq Ləman Əliyevaya əməliyyat zamanı iş yoldaşları tərəfindən sürpriz edilib. Belə ki, hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şam üfürüb.

Bu görüntülərin sosial şəbəkədə yayılmasından sonra Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2000 manat cərimələnib.








Xəbərin oxunma sayı : 1309




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap