Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Deputatın qardaşı Ali Məhkəməyə müraciət etdi - Nədə ittiham olunur?

Tarix 24.05.24, 19:46

Font ölçüsü : - / +
bitmap-img6


Deputat İqbal Məmmədovun qardaşı Çingiz Məmmədov barəsindəki cinayət işi əlaqədar Ali Məhkəməyə müraciət edilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, kassasiya şikayətini Çingiz Məmmədov verib. Lakin şikayəti zərərçəkənlərin verdiyi barədə də iddialar var. 

Ələsgər Novruzov iş üzrə hakim təyin edilib. Lakin şikayətə nə vaxt baxılacağı bəlli deyil. 

Çingiz Məmmədov Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə ittiham edilib. Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 
162-1.1-ci maddədə 7 min manatdan 10 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Çingiz Məmmədova hansı cəza verildiyi bəlli deyil. Məlum olunan odur ki, deputatın qardaşı bu maddə ilə təqsirli bilinib. O, hazırda məhkumdur. 

Deputatın qardaşının cinayət işi üzrə 24 nəfər, həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınıb. 

Çingiz Məmmədov İqbal Məmmədovun bir neçə şirkətinin rəhbəri vəzifəsində çalışıb. Onun oğlu Orxan Nərimanlı isə "Relax" İstirahət Mərkəzinin rəhbəri olub.

Orxan Nərimanlı 2019-cu ildə "Relax" İstirahət Mərkəzində vergi əməkdaşları ilə bağlı qalmaqalla gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda onun vergi əməkdaşlarını döydüyü bildirilirdi. Bu olaya görə Orxan Nərimanlı barəsində cinayət işi başlanıb və saxlanılıb, lakin sonradan azadlığa buraxılıb.



Xəbərin oxunma sayı : 874




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap