Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Deputat qərar verdi: Seçkiyə getmir, biznes sahəsindən təkliflər alıb

Tarix 20.07.24, 13:50

Font ölçüsü : - / +
bitmap-img6


VI çağırış Milli Məclisin bitərəf deputatı Rüfət Quliyev sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etməyəcək.

Rüfət Quliyev bu barədə "Report”a açıqlamasında deyib.

O, bundan sonra elmi fəaliyyətlə məşğul olmaq istəyini söyləyib:

"Hazırda Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Bundan əlavə, iki universitetdən də iş təklifi almışam. Professoram, uzun müddətdir müəllim kimi çalışmışam və bu yöndə fəaliyyətimi davam etdirmək istəyirəm”.

R.Quliyev biznes sahəsində də müəyyən təkliflər aldığını vurğulayıb:

"Mənim uzunmüddətli sahibkarlıq təcrübəm var. Ona görə də bu sahədə təcrübəmə əsaslanaraq şirkətlərə məsləhət vermək istəyirdim. Hazırda iki nəhəng şirkətdən bununla bağlı təklif gəlib. Həmin təkliflər üzərində düşünürəm”.

"Eyni zamanda, CBC kanalında yayımlanan "Sahibkar saatı” və "Dünya iqtisadiyyatı və Azərbaycan” verilişlərinin də müəllifiyəm. Gördüyünüz kimi, işlərim yetərincə çoxdur. Bu səbəbdən, seçkidə iştirak etməməyə qərar verdim”, - o vurğulayıb.



Xəbərin oxunma sayı : 547




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap