![]() |
|














Kürü istehsalında rekord artım: Hədəf illik 40 tondur
Tarix 09.06.25, 9:39 |
|

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kiloqram çoxdur. Belə ki, hesabat dövründə Azərbaycanda 103.1 kiloqram nərə balığının kürüsü istehsal edilib.
Bəs qara kürü istehsalı sahəsindəki potensialımız necədir? Gələcəkdə də artımı davam etdirmək mümkün olacaqmı?
AzFakt.com "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Süni balıqartırma müəssisələrindəki işin nəticəsi
Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin sözlərinə görə, artan statistik rəqəmlər təbii nərə balıqlarına aid deyil: "Söhbət Xəzərin təbii nərə balığı kürüsündən gedirsə, bu, müəmmalı rəqəmdir. Çünki təbii kürü artımı bir ildə beş dəfə artırsa, deməli, nərə balıqlarının artımı da buna uyğun olmalıdır. Bu rəqəm süni balıqartırma müəssisələrində qeydə alınıb".
Ə.Əliyevin fikrincə, təbii istehsal üçün potensialımız olsa da, ondan istifadə etmirik: "Nəinki kürü, ümumiyyətlə yerli balıqçılıq üçün ölkəmizin iqlim şəraiti mükəmməldir. Təəssüf ki, Azərbaycanda balıqçılıq təsərrüfatları xaricdən gələn balıqların qiyməti qarşısında rəqabətə tab gətirə bilmir. Azərbaycanda balıq istehsalının qarşısını alan amillərdən ən başlıcası xarici bazardır. İkincisi isə yerli balıq yemləri istehsalının baha başa gəlməsidir. Amma problemlər bununla da bitmir. Ölkədə mütəxəssis çatışmazlığı və təsərrüfatlarda su qıtlığı problemi də var".
"Balıqçılıq sahəsi yenidən qurulacaq"
Sədrin sözlərinə görə, bu ilin sonuna doğru həm balıq istehsalı, həm də kürü istehsalı artacaq: "Çünki hər iki sahə payızda aktivləşir. Hazırda biz 300 mindən artıq çəki balığı yetişdiririk. Bu balıqları payızda Xəzərə və ölkəmizin daxili su hövzələrinə buraxacağıq. İnanıram ki, bu da balıqçılığa öz töhfəsini verəcək. 2025-ci ildən sənaye balıqçılığı Kənd Təsərrüfatı Nazirliyinə verilib. Balıqçılıq sahəsi yenidən qurulacaq. Sahibkarlara dövlət dəstəyi göstərilsə, bu halda inkişaf mümkündür".
Hədəf illik 40 tonluq istehsaldır
Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı isə kürü istehsalında artımın olduğunu təsdiqlədi: "Bəli, artım mövcuddur. Nərə cinsli balıqların böyüməsi üçün uzun zamana ehtiyac var. Məsələn, rus nərəsi, Kür nərəsi 7-9 il sonra kürü verir. Bölgə balığının isə 11-13-cü ildə bizim iqlim şəraitində kürü verməyi müşahidə olunur. O səbəbdən də 6-8 il öncə yetişdirilən balıqlar bu illərdə kürü verməyə başlayıb. Bu artım məxsusi olaraq bununla bağlıdır".
Z.Salmanlının sözlərinə görə, istehsal davam edərsə, rekord göstəricinin əldə edilməsi də mümkündür: "2027-ci ildə ciddi kürü istehsalı gözləyirik. Ölkəmizin həmin illər üçün potensialının 40 ton olacağı gözlənilir. Bu, ölkəmiz üçün böyük rəqəmdir. Hansı ki, hazırda dünyada 100-cü sırada belə deyilik. Amma bu göstərici ilə birdən-birə ilk onluğa daxil ola bilərik. Biz hazırda bu istehsal həcminə ciddi şəkildə hazırlaşırıq".
"Yerli istehsal müdafiə olunmur"
Sədr bu sahədəki mövcud problemlərə də toxundu: "Lakin istehsalın artımının qarşısını kəsən problemlər də var. Hansı ki, əsas problem daxili bazarın tam açıq olmasıdır. Yəni yerli istehsal demək olar ki, müdafiə olunmur. Keyfiyyətsiz və ucuz nərə cinsli balığın əti, kürüsü Çindən, Avropadan və digər ölkələrdən idxal olunur. Eyni zamanda, İran kimi nərə istehsalında ixtisaslaşmış ölkədən gömrük rüsumu olmadan təzə və dondurulmuş balıq idxal edilir. Bu da problemlərin ən ciddisidir".
Z.Salmanlı da düşünür ki, bu sahənin inkişafı üçün dövlət dəstəyi vacibdir: "Yuxarıda qeyd etdiyim hədəfə çatmaq üçün balıqçılığa, bu sahəyə dövlətdən dəstək lazımdır. Həmçinin sənaye sahəsində vergi tətbiq olunur. Xüsusən də vergi siyasətində güzəştlər edilməlidir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çalışırıq. Yəqin ki, digər qurumların da dəstəyi ilə balıq istehsalı sektoru güzəştlər əldə edə biləcək. Gələcəkdə bu problem də həllini tapacaq. Əvvəllər qeyd olunan problemlərin həlli yolu mücərrəd vəziyyətdə idi. Lakin dekabr ayında Prezidentin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin yanında Balıqçılıq və Akvakultura Mərkəzi yaradıldı. Düşünürəm ki, özəl və dövlət sektor arasında yaranan effektiv əməkdaşlıq nəticəsində bu problemlər ən qısa zamanda həll olunacaq".
2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək
Sədrin sözlərinə görə, gələcək illərdə mövcud problemlər də həllini tapdıqdan sonra kürü istehsalımızı davamlı artıra biləcəyik: "Düşünürəm ki, 2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək. İlin sonuna kimi ən pis halda beş ton qara kürü istehsal ediləcəyini proqnozlaşdırıram".
Xəbərin oxunma sayı : 280
Sosial
Xəbərlər
-
Bu halda qazın verilməsi dayandırılacaq - Yeni QAYDALAR
-
Məcsiddə uşaqlara oyuncaq paylayanlar saxlanıldı - Aralarında vəzifəli şəxs də var
-
Ən böyük maaş artımı hansı rayondadır? - DSK açıqladı
-
Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ
-
Macarıstan Ukraynanın hərbi hissələri haqqında məlumat toplayıb - Zelenski açıqladı
-
Bakıda “ipoteka dələduzluğu“ - Hərbçinin 18 000 manatını necə “yedilər“?
-
Deputatlar daha 12 məsələni müzakirəyə çıxaracaq - SİYAHI
-
AMEA prezidentinin aylıq qazancıə nə qədərdir? - Sabiq deputat elə faktlar açıqladı ki...
-
“Holcim Azərbaycan”nın “geydirmə“ “Usta Mənəm” müsabiqəsi: qaranlıq məqam və iddialar var
-
Bakıda yenicə açılışı olan klinika satışa çıxarıldı - 15 milyon manata
-
General və zabitlərə əlavə səlahiyyət verildi - Əsgərlər, matrosları və çavuşların həbsiylə bağlı
-
Azərbaycanda uşaqların sayı kəskin azalıb - Əhali “qocalır“
-
Milli Məclisdə ailə modeli: çoxuşaqlı deputatlar, subaylar - 7 övlad atası kimdir?
-
Qazın qiymətini artıq Tarif Şurası müəyyən etməyəcək - RƏSMİ
-
Azərbaycanın səkkiz rayon və bir şəhərində əməkhaqqı azalıb - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO
-
Sabiq nazir xəstəxanaya yerləşdirildi - Açıqlama
-
Çinlə viza rejimi ləğv edildi - Prezident təsdiq etdi
-
Azərbaycanda işıq pulu sabit tariflə HESABLANACAQ
-
BDU-nun “Məzun Günü” ilə bağlı xərcləri artdı - Bu il 159 min xərclənəcək
-
17 yaşlı yeniyetmənin “ikiqat intiharı“nın sirri - TƏFƏRRÜAT
-
Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - Yeni təyinat
-
“Ukrayna üçün ölmək istəmirik“ - Orban
-
Prezident DGK-nın yeni binasının açılışında iştirak etdi - Fotolar
-
“Çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi barədə layihə hazırlanmır“ - Nazirlik
-
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Rayonların əksəriyyətində işçilərin sayı azalıb - Tam siyahı
-
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq - Deputat
-
Almaniyanın baş kəşfiyyatçısından ciddi xəbərdarlıq - Rusiya NATO-ya hücuma hazırlaşır...
-
Hazırda Azərbaycanda qızılcaya yoluxma var? - RƏSMİ
-
“Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır“ - Zaxarova
-
Azərbaycan çempionatının ən bahalı futbolçuları - SİYAHI
-
İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır? - VİDEO
-
Bu ilin ilk rübündə Naxçıvanın 4 rayonunda yeni iş yeri açılmayıb - Rəsmi
-
Sabunçu rayonu Savalan qəsəbəsində qanunsuz tikinti - Hansı məmur icazə verib?
-
126 minlik dələduzluq - amma hamı məsumdur...
-
Rəsmi Bakıdan Putinin köməkçisinin dediklərinə - Reaksiya
-
Müavinət və təqaüdlər neçə faiz artacaq? - Deputat açıqladı
-
Sənədsiz evlər üçün “əmlak amnistiyası“ tətbiq olunacaq? - VİDEO
-
“NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir“ - Baş katib
-
Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır - VİDEO
-
Çimərliklər mövsümə hazırdır? - VİDEO
-
“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev
-
Dələduz həkimlər 126 mini ödədi, azadlıqda qaldılar - TƏFƏRRÜAT
-
“28 May”da əməliyyat - 4 kiloqram heroini götürüb polisdən qaçmaq istədi
-
Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən
-
Makronun arvadı yenə gündəmdə - Dövlət səfərinə belə gəldi
-
İranda yaşayan türklərin sayı… - Əli Əkbərdən tarixi etiraf
-
Çin husilərə kömək edir: ABŞ-a hücum
-
Skuterin vurduğu aktrisa danışdı - VİDEO
-
Yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi
-
Polşa millisində qalmaqal: Levandovski düşərgəni tərk etdi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar - SİYAHI
-
“II Qaregin subaylıq əhdini pozub, övladı da var“ - Paşinyan
-
Təmir işləri yarımçıq qalır, əziyyəti sakinlər çəkir - VİDEO
-
Universitetlərdə ən aşağı keçid balı hansı ixtisaslardadır? - VİDEO
-
Hacılardan xəbər var - İlk zəvvar qrupu bu tarixdə vətənə dönəcək
-
Azərbaycanda daşınan evlərə tələbat artdı - VİDEO
-
“Qarabağ”dan zəng vurdular, özünə dedilər: Səninlə müqaviləni uzatmırıq
-
“Rusiya bizə ancaq uzunmüddətli müharibə və sanksiyalarsız qalib gələ bilər“ - Zelenski
-
Yağış yağacaq, şimşək çaxacaq… - Sabahın havası
-
“Dronlara qarşı kifayət qədər müdafiə vasitələrimiz yoxdur“ - ABŞ konqresmeni
-
Bu makaronlar zərərlidir? - AQTA-dan açıqlama
-
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - FOTOLAR
-
Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı dağıdır - Viktor Orban
-
Kürü istehsalında rekord artım: Hədəf illik 40 tondur
-
ABŞ-ın yardımı olmasa Rusiyanın qələbə şansı yüksəkdir - Zelenski
-
Portuqaliya Millətlər Liqasının qalibi oldu - VİDEO
-
Maşındakı bu problem sizi yolda qoya bilər - 500 manata qədər xərci var
-
Rusiya əsir və cəsədlərin mübadiləsinin şərtlərini birtərəfli qaydada diktə etməyə çalışır - Budanov
-
Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - Tam siyahı
-
Fond 4 ədəd minik avtomobili alır - 152 min manat ayrılıb
-
“Yasaq sevgilər şirin görünsə də...“ - Ayan Babakişiyevdən ETİRAF
-
Azərbaycan BMT-nin İnsan İnkişaf İndeksində neçənci yerdədir? - Siyahı
-
Ərdoğan Şəriflə telefonda danışdı - Regional məsələləri müzakirə edilib
-
Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
-
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
“Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur” - “Forbes”
-
Əhali ən çox nələrə pul xərcləyir? - Statistika
-
Ukrayna Rusiyaya növbəti pua hücumu - Hərbi-sənaye müəssisələri hədəfə alındı
-
Azərbaycanda tikinti materiallarının qiyməti bahalaşıb - Statistika
-
Milli Məclis önündə insident - İdmançı “Lexus”la xanım sürücünün qarşısını kəsib
-
“Ter-Petrosyan seçkilərin saxtalaşdırılması praktikasının banisidir” - Paşinyandan sərt açıqlama
-
“Sevgilimi hər yerdən “blok“a atmışam, onu həyatımdan çıxartmışam“ - Zeynəb Həsəni
-
Beşdən çox uşağı olan qadınların sayı açıqlandı - Rayonlar üzrə RƏQƏMLƏR
-
Kühül dağı zəbt edilib? - “Bura millətindir, hər hansı vətəndaşın şəxsi mülkiyyəti deyil“
-
Süni dolğunun fəsadları nələrdir? - VİDEO
-
“Uyğunsuzluq aşkarlanan partiya ölkəmizə idxal olunmayıb“ - AQTA
-
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
Şəkili “Qumar kralı“nın “sağ əli“ həbs edildi - FOTO
-
Ata həbs olunursa, aliment borcu silinir? - Hüquqi izah
-
Prezidentliyə namizəd sui-qəsdə uğradı - Başından yaralıdır
-
Qubada yağıntının miqdarı yüksək olub, Şahdağa arabir qar yağıb - FAKTİKİ HAVA
-
İran İsrailin gizli arxivlərini ələ keçirib - İDDİA
-
Rusiya Ukraynada hökumət binalarına hücum planı hazırlayır - “Reuters“
-
Sabunçu bazarında yanğın olub - VİDEO
-
Acun Ilıcalıdan Mahir Emreliyə transfer təklifi - Zəng edibmiş
-
Varlanmağın yolları - Azərbaycanlı deputatdan məsləhətlər
-
Sürücüləri çaşdıran problem - Azneft dairəsində nələr düzgün edilmir?
-
Trampdan Maska açıq hədə: Nəticəsi ağır olacaq
-
Dünyanın ən zəngin qadını OLDU: Milyardlarla sərvətin sahibi KİMDİR...
-
İyunun 10-da bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Paşinyanın impiçment tələbi - İrəvanda ara qarışdı
-
Moskva əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı fərqli siyahı verib - Ukrayna
-
Gədəbəydə qadının üzü kəsildi - Qaynı saxlanıldı
-
Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var
-
“Həyat yoldaşım Ədliyyə Nazirliyində çalışırdı“ - Rəqqasə Fatimə
-
Ukrayna meyitlərin qəbulunu, əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb - Medinski
-
Azərbaycan və İran prezidentləri arasında telefon danışığı oldu - Nələr müzakirə olunub?
-
“Qızıl top”u hansı futbolçu qazanmalıdır? - Ronaldo və Mbappe cavabladı
-
Bakıda minik və yük avtomobilləri toqquşub - 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb
-
Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub - Müzakirə
-
3 və 11 yaşlı uşaqlar bağlı qapı arxasında qaldı - VİDEO
-
Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ/VİDEO
-
İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub - Nələr müzakirə olunub?
-
“Cəhənnəm“ istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ
-
Azərbaycandakı boyalı saxta çaylar - ARAŞDIRMA
-
“Mən narkotikdən istifadə məsələsini şərh etmək istəmirəm“ - Tramp
TOP 10
ARXİV