Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Tarix 09.06.25, 22:12

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin yanvar-mart aylarında Azərbaycan təzə və ya soyudulmuş şalğamaoxşar soğan, səpmə soğan və soğan-şalotun həm ixracını, həm də idxalını həyata keçirib.

AzFakt.com Valyuta.az-a istinadən xəbər verir ki, hesabat dövründə ümumilikdə 4628,8 ton məhsul idxal olunub. İdxalın ümumi dəyəri 1860,12 min ABŞ dolları təşkil edib.

Məlumata görə, əsas idxal ölkələri Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və Niderland olub.

Belə ki, Qazaxıstandan 1691,14 ton məhsul gətirilib. Bunun üçün 676,46 min ABŞ dolları ödənilib. 1 kiloqramın orta qiyməti 0,40 dollar, yəni 68 qəpik olub.

Ən çox Özbəkistandan - ümumilikdə 1796,57 ton soğan idxal olunub. Məhsulun dəyəri 718,63 min dollar təşkil edib. Beləliklə, 1 kiloqram üçün orta qiymət 0,40 dollar və ya 68 qəpik olaraq hesablanıb.

Türkmənistandan alınan məhsulun həcmi 23 ton olub. Bunun müqabilində 9,2 min dollar ödənilib. Bu ölkədən 1 kiloqram sğan almaq 0,40 dollar və ya 68 qəpiyə başa gəlib.

İrandan 101,41 tonlıq idxal həyata keçirilib. Məhsulun ümumi dəyəri 45,53 min dollar olub. Hər kiloqram üçün orta qiymət 0,449 dollar, yəni 76 qəpik hesablanıb.

Niderlanddan isə 23,75 ton məhsul gətirilib. Bu ölkədən gətirilən soğanın dəyəri 13,12 min dollar təşkil edib. 1 kiloqramın qiyməti isə 0,552 dollar - təxminən 94 qəpik olub.



Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap