“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Məcsiddə uşaqlara oyuncaq paylayanlar saxlanıldı - Aralarında vəzifəli şəxs də var

Tarix 10.06.25, 21:10

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda bir qrup şəxs məscidlərdə İmam Mehdini tanıtmaq məqsədilə uşaqlara hədiyyələr payladıqları üçün saxlanılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, saxlanılanlar arasında 1995-ci il təvəllüdlü Abbas, 1984-cü il təvəllüdlü Xaliq, 1996-cı il təvəllüdlü və Babək Rayon Mədəniyyət İdarəsində təsərrüfat müdiri vəzifəsində çalışan Elsevər, həmçinin Oruc adlı şəxs var.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkili və keçirilməsi qaydalarının pozulması) əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmədə müəyyən edilib ki, adıçəkilən şəxslər tədbirləri Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən Təzə (axund Hacı İntiqam), Hacı Mehdi (axund Hacı Malik) və Xəndək (Hacı Cəlil) məscidlərində təşkil ediblər.

Saxlanılan şəxslərdən bəziləri məscidlərdə dini vəzifələr icra ediblər, digərləri isə müxtəlif sahələrdə çalışıblar. Onlar sakinlərdən 10-15 manat toplayaraq İmam Mehdinin mövlud gününü qeyd ediblər.

Uşaqların da iştirak etdiyi bu tədbirlərdə dini çıxışlar edilib, onlara şirniyyat, meyvə suyu, oyuncaq və üzərində ata və anaya hörmət mövzusunda hədislər yazılmış, arxa tərəfində Azərbaycan bayrağı olan təxminən 100 kağız paylanılıb. Hədiyyələrin "Bahar Kargo” tərəfindən hazırlandığı məlum olub.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimələnib.



Xəbərin oxunma sayı : 463




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap