“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Zeynəbin yaşaması üçün əlinizdən gələn köməyi əsirgəməyin!“ - MÜRACİƏT

Tarix 10.06.25, 21:45

Font ölçüsü : - / +
bitmap-img6


8 aylıq körpə olan Zeynəb dünyaya ürəyində qüsurla gəlib. Ailəsinin bütün səylərinə baxmayaraq hələ də onun sağlamlığını bərpa etmək mümkün olmayıb. Maddi imkanları tükənən ailə Zeynəbin yaşaması üçün imkanı olan hər bir şəxsdən kömək istəyir.

Zeynəbin anası Rəbiyyə Atakişiyevanın müraciətini təqdim edirik: 

"Mən bir ana kimi bu sətirləri yazmaqda çətinlik çəkirəm... Körpəm Zeynəb cəmi 8 aydır ki, dünyaya gəlib. Amma o, həyatının ilk günündən etibarən çətin bir mübarizənin içindədir.

Zeynəb dünyaya ürəyində ağır bir qüsurla – Ventrikulyar septal defekt (VSD Perimembranoz) diaqnozu ilə gəlib. Bu o deməkdir ki, onun balaca ürəyində dəlik var.

Biz bu 8 ayı narahatlıq içində keçirmişik. Hər gün, hər gecə bir ümidlə gözləyirik – bəlkə, sabah nəsə dəyişər, bəlkə balam daha az ağrıyar, bəlkə həyat onun üçün də bir şans verər...

Ancaq müalicəsi üçün tələb olunan vəsait ailə olaraq bizim gücümüzü artıq çoxdan aşıb. Maddi imkanlarımız tükənib. 

Zeynəbin yaşaması üçün ürək əməliyyatına təcili ehtiyac var. Bu əməliyyat onun sağlam, normal bir həyat sürməsi üçün yeganə yoldur. Bu yolda hər birinizin kiçik də olsa yardımına ehtiyacımız var. Bəlkə sizin üçün kiçik görünən bir yardım, bizim üçün – Zeynəb üçün – həyat deməkdi. 

Bir ana olaraq sizdən körpə Zeynəbin gələcəyini xilas etmək üçün kömək istəyirəm!

Bu çarəsizliyə bir işıq, bir ümid gətirə biləcək hər kəsə səslənirəm – Zeynəbin yaşaması üçün əlinizdən gələn köməyi əsirgəməyin!

Əvvəlcədən təşəkkür edirəm. Allah hər birinizin övladına can sağlığı versin, inşəAllah!"

Kömək etmək istəyənlər üçün telefon nömrəsini və bank kartını təqdim edirik:

Mob: 055 442 66 32








Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap